Daşınmaz əmlak bazarında ən çox rast gəlinən hüquqi risklər, reyestr və notariusun məsuliyyəti açıqlanıb
Ali Məhkəmə daşınmaz əmlak bazarında ən çox rast gəlinən hüquqi riskləri, daşınmaz əmlak əməliyyatlarında reyestr və notariusun məsuliyyətini açıqlayıb.
Azmedia.info.az xəbər verir ki, məhkəmədən APA-ya verilən məlumata görə, daşınmaz əmlak üzərində hüquqların əldə edilməsində dövlət reyestri və notariat sistemi mühüm rol oynayır:
"Bu iki institut bir-birini tamamlayaraq həm vətəndaşların mülkiyyət hüquqlarının qorunmasına, həm də mülki dövriyyənin təhlükəsiz və sabit şəkildə həyata keçirilməsinə xidmət edir.
Ali Məhkəmənin Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə qərardadında da vurğulanır ki, vicdanlı əldəetmə institutunun düzgün tətbiqi yalnız tərəflərin davranışlarından deyil, həm də reyestr və notariat sisteminin öz vəzifələrini lazımi qaydada yerinə yetirməsindən asılıdır".
Bildirilib ki, qeydiyyat orqanının əsas vəzifəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmaq, həmin hüquqların tanınmasını və qorunmasını təmin etməkdir:
"Dövlət reyestri təkcə məlumat bazası deyil, eyni zamanda ictimai etimad institutudur. Mülki dövriyyənin iştirakçıları əmlakla bağlı qərar qəbul edərkən reyestrdəki məlumatlara güvənirlər. Buna görə də reyestr orqanı yalnız sənədləri formal şəkildə qəbul edib qeydiyyat aparmaqla kifayətlənməməli, təqdim olunan sənədlərin hüquqi əsaslarını yoxlamalı, ziddiyyətli və ya şübhəli halları araşdırmalı, zərurət olduqda müvafiq tədbirlər görməlidir.
Bu vəzifələrin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində şəxslərə zərər vurulduqda, qanunvericiliklə müəyyən edilmiş məsuliyyət yarana bilər".
Məlumata görə, məhkəmə təcrübəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı bir sıra problemlər müşahidə edilir. Bu hallar həm mülki dövriyyənin təhlükəsizliyinə, həm də mülkiyyətçilərin və əmlak əldə edən şəxslərin hüquqlarına birbaşa təsir göstərir.
Xüsusilə aşağıdakı pozuntulara daha çox rast gəlinir:
mülkiyyətçi olmayan şəxsin adına əsassız qeydiyyat aparılması; əmlakı qanuni əsaslarla əldə etmiş şəxslərin hüquqlarının qeydiyyatında gecikmələrin baş verməsi;
eyni daşınmaz əmlak üzərində bir neçə şəxsin hüququnun qeydiyyata alınması (ikili qeydiyyat); daşınmaz əmlakla bağlı etirazların reyestrə daxil edilməməsi və ya vaxtında daxil edilməməsi.
Qeyd olunub ki, bu kimi hallar sonradan yaranan mübahisələrin əsas səbəblərindən biri olmaqla yanaşı, həm əsl mülkiyyətçilərin, həm də reyestr məlumatlarına etibar edərək əmlak əldə edən şəxslərin hüquqlarını risk altına qoya bilər. Buna görə də qeydiyyat prosesinin operativ, dəqiq və hüquqi əsaslar üzrə həyata keçirilməsi mülki dövriyyənin sabitliyi və hüquqi təhlükəsizliyin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:
"Daşınmaz əmlak əməliyyatlarında notariat sistemi də mühüm əhəmiyyət daşıyır. Notariusun fəaliyyəti gələcək mübahisələrin qarşısının alınmasına və hüquqi risklərin minimuma endirilməsinə xidmət edir.
Notarius müqaviləni təsdiq etməzdən əvvəl bir sıra vacib məsələləri yoxlamalıdır. İlk növbədə, əmlaka sərəncam verən şəxsin həmin əmlakı satmaq səlahiyyətinin olub-olmaması müəyyən edilməlidir.
Bundan əlavə, əmlak üzərində ipoteka, girov, həbs və ya digər məhdudiyyətlərin olub-olmaması, həmçinin əmlakın nikah dövründə əldə edilib-edilməməsi araşdırılmalıdır. Reyestrdə əks olunan bu məlumatlar tərəflərə aydın şəkildə izah edilməlidir.
Lakin notariusun vəzifəsi yalnız formal yoxlama ilə məhdudlaşmır. Ali Məhkəmə vurğulayır ki, notarius tərəflərin həqiqi iradəsini və müqavilə bağlamaq niyyətini də müəyyən etməlidir. O, tərəflərin imzaladıqları sənədin hüquqi nəticələrini başa düşdüklərini dəqiqləşdirməli, hər hansı aldatma, təzyiq və ya hədə-qorxu əlamətləri aşkar etdikdə isə müqaviləni təsdiqləməməlidir.
Təcrübədə göstərir ki, bir sıra hallarda mülki dövriyyə iştirakçıları daxil olduqları hüquq münasibətini onun həqiqi məzmununa uyğun şəkildə rəsmiləşdirmirlər və ya rəsmiləşdirə bilmirlər. Bunun səbəblərindən biri tərəflərin hansı müqavilə növünə ehtiyac duyduqlarını hüquqi baxımdan dəqiq ifadə edə bilməmələridir. Digər hallarda isə qanunvericiliyə zidd olmayan, lakin notariat təcrübəsində geniş tətbiq olunmayan əqdlərin rəsmiləşdirilməsindən əsassız şəkildə imtina olunması ilə bağlıdır.
Praktikada tez-tez rast gəlinən hallardan biri borcun təmin edilməsi məqsədilə borcalana (və ya onun yaxınlarına) məxsus daşınmaz əşyanın (torpağın, evin və s.) alqı-satqı müqaviləsi ilə borcverənin (və ya onun göstərdiyi digər şəxsin) adına rəsmiləşdirilməsidir. Yəni tərəflər girov və ya ipoteka kimi qanunla nəzərdə tutulmuş mexanizmlərdən istifadə etmək əvəzinə, borcalan tərəf formal olaraq daşınmaz əmlakını borverənə satır, əslində isə məqsəd borca təminat vermək olur.
İlk baxışdan bu üsul tərəflər üçün rahat görünsə də, sonradan ciddi hüquqi problemlərə səbəb ola bilər.
Əsas risk ondan ibarətdir ki, müqavilə formal olaraq alqı-satqı kimi bağlandığı üçün əşya hüquqi baxımdan artıq digər şəxsin mülkiyyətinə keçir. Mübahisə yarandıqda borclu tərəf adətən iddia edir ki, bu müqavilə əslində satış üçün deyil, borcun təminatı kimi bağlanıb, qarşı tərəf isə bunu inkar edir.
Bu zaman sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı müqavilənin əslində alqı-satqı niyyəti ilə deyil, borcun təminatı kimi bağlandığına dair mötəbər sübutlar təqdim etməlidir. Bu isə əksər hallarda iddiaçı üçün kifayət qədər ağır sübutetmə yükü yaradır".
Ali Məhkəmə vurğulayır ki, belə vəziyyətlərdə notarius formal yanaşma ilə kifayətlənməməli, tərəflərin həqiqi iradəsini və əldə etmək istədikləri hüquqi nəticəni aydınlaşdırmalı, səlahiyyətləri çərçivəsində zəruri addımları atmalı, lazım gəldikdə isə tərəflərə məqsədlərinə uyğun müqavilə növünü təklif edərək onun rəsmiləşdirilməsini təmin etməlidir: Əmlak əməliyyatlarında mübahisələrə səbəb olan məsələlərdən biri də etibarnamələrdən istifadə edilməsidir.
Ali Məhkəmə qeyd edir ki, notarius hər dəfə etibarnamə əsasında əmlak satılarkən etibarnamə verən şəxslə yenidən əlaqə saxlamağa borclu deyil. Bununla belə, etibarnamə verilərkən həmin şəxsə etibarnamənin yarada biləcəyi hüquqi nəticələr ətraflı izah edilməlidir.
Eyni zamanda, notarius aparılan hüquqi əməliyyatın təmsil olunanın (mülkiyyətçinin) mənafeyinə zidd olmasına açıq şəkildə işarə edən halları aşkar etdikdə onun həqiqi iradəsinin müəyyən edilməsi üçün zəruri tədbirlər görməlidir. Məsələn, ər-arvadın nikah dövründə bir-birinə verdikləri etibarnamədən boşanmadan sonra istifadə olunması, daşınmaz əşyanın dəyərindən dəfələrlə ucuz qiymətə satılması və ya xarici ölkədə verilmiş fiziki etibarnamə əsasında daşınmaz əşyanın özgəninkiləşdirilməsi zamanı etibarnamə verən şəxslə telefonla, videogörüntü ilə danışmaqla və ya digər mümkün üsullarla onun həqiqi niyyəti müəyyən edilməlidir.
Əgər notarius əməliyyatın hüquqi baxımdan riskli olduğunu müəyyən edərsə, bu barədə alıcını məlumatlandırmalıdır. Risklər barədə xəbərdar edilməsinə baxmayaraq əməliyyatı davam etdirməkdə israr edən şəxs sonradan həmin risklərin nəticələrini özü daşımalı olacaq.
Vurğulanıb ki, notarius öz vəzifələrini qəsdən və ya ehtiyatsızlıqdan lazımi qaydada yerinə yetirmədikdə və bunun nəticəsində şəxsə zərər vurulduqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki məsuliyyət daşıyır:
"Əgər zərərin yaranmasında başqa şəxslər də iştirak ediblərsə, birgə məsuliyyət yarana bilər. Bu halda zərərçəkmiş şəxs yalnız notariusa, yalnız digər məsul şəxslərə və ya onların hamısına qarşı eyni vaxtda iddia qaldıra bilər. Notariusun peşə məsuliyyəti sığortalandığı hallarda isə zərərin ödənilməsi ilə bağlı tələb sığortaçıya qarşı da irəli sürülə bilər. Təcrübədə tərəflərin həqiqi niyyətlərini notariusdan gizlətdiyi hallar da olur. Əgər aldatma, hədə-qorxu və ya digər qanunsuz hallar tərəflər tərəfindən qəsdən gizlədilibsə və notariusun onları aşkar etməsi obyektiv olaraq mümkün olmayıbsa, sonradan həmin faktların üzə çıxması notarius üçün məsuliyyət yaratmır.
Notarius yalnız əvvəlcədən aşkar olan, bilməli olduğu və ya görə biləcəyi pozuntulara yol verdikdə məsuliyyət daşıyır".
Ali Məhkəmənin mövqeyinə görə, daşınmaz əmlak dövriyyəsinin təhlükəsizliyi həm də reyestr və notariat sisteminin fəaliyyətindən asılıdır:
"Reyestr orqanı hüquqların düzgün qeydiyyatını təmin etməli, notarius isə həm hüquqi vəziyyəti, həm də tərəflərin həqiqi iradəsini araşdırmalıdır. Bu vəzifələrin pozulması şəxslərə vurulmuş zərərin ödənilməsi ilə nəticələnə bilər.
Məhz buna görə reyestr və notariat sistemi daşınmaz əmlak dövriyyəsində yalnız texniki funksiyalar yerinə yetirən qurumlar deyil, mülkiyyət hüququnun və ictimai etimadın əsas təminatçılarından biridir".
Son Xəbərlər
Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar
17 Noyabr 2026 18:33
Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü
17 Noyabr 2026 18:29
Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO
17 Noyabr 2026 18:27
Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto
17 Noyabr 2026 18:17
Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq
17 Noyabr 2026 18:15
Millimiz İraqla qarşılaşır
17 Noyabr 2026 18:10
Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar
17 Noyabr 2026 18:08
“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”
17 Noyabr 2026 18:04
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar
17 Noyabr 2026 17:59
Putinlə ikitərəfli görüş keçirmək istəyir
17 Noyabr 2026 17:50
Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar
17 Noyabr 2026 17:46
Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi
17 Noyabr 2026 16:24
Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar
17 Noyabr 2026 16:14
“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
17 Noyabr 2026 13:54
Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
17 Noyabr 2026 13:24
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub
17 Noyabr 2026 12:55
Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto
17 Noyabr 2026 12:53
DİA ilə bağlı iddialara - Rəsmi cavab
17 Noyabr 2026 12:49
Sabah hava necə olacaq?
17 Noyabr 2026 12:44
Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü
16 Noyabr 2026 15:43
Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib
16 Noyabr 2026 15:40
Taleh Kazımov: "Qlobal çağırışlara baxmayaraq iqtisadi artımımız davam edib"
16 Noyabr 2026 13:55
Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"
16 Noyabr 2026 13:27
“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva
16 Noyabr 2026 13:22
Aynur Elgünəş əməliyyat olundu
13 Noyabr 2026 17:52
İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi
13 Noyabr 2026 17:48
Küləklə bağlı - Xəbərdarlıq
13 Noyabr 2026 17:44
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir
13 Noyabr 2026 17:40
Baş Prokurorluğun nümayəndəsi Haaqada elektron sübutlar və gender əsaslı kibercinayətlərlə bağlı müzakirələrə qatılıb
13 Noyabr 2026 17:30
“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüş keçirdi - Fotolar
13 Noyabr 2026 17:28
“ASAN xidmət”in qarşısında hamilə qadın qətlə yetirildi
13 Noyabr 2026 17:25
“Gənc bəstəkarlar yanıma gəlib ağlayırlar, işə götürülmürlər”
13 Noyabr 2026 17:24
DOST Agentliyinin işdən çıxarılan əməkdaşı ilə bağlı - Açıqlama
13 Noyabr 2026 17:21
“Azərbaycan Avropa üçün çoxtərəfli diplomatiya sahəsində mühüm tərəfdaşdır”
13 Noyabr 2026 16:55
Məktəblərdə bir həftə dərs olmayacaq
13 Noyabr 2026 15:06
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video
13 Noyabr 2026 14:57
Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
13 Noyabr 2026 14:52
Arvadına xəyanət etməyən yeganə milyarder...
13 Noyabr 2026 14:35
“Azərbaycanın sülh təşəbbüsləri regionun inkişafına xidmət edir”
13 Noyabr 2026 14:28
Polad Həşimovun anasının vəziyyəti necədir?
13 Noyabr 2026 14:25
Şəhidin ata-anası qəzada yaralandı - Fotolar
13 Noyabr 2026 13:52
İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
13 Noyabr 2026 13:48
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
13 Noyabr 2026 13:42
Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaşları qəbul edəcək
13 Noyabr 2026 13:36
“Gənclərin ailə qurmağa marağı azalır”
13 Noyabr 2026 13:32
Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
13 Noyabr 2026 13:29
22° isti... - Sabahın havası
13 Noyabr 2026 13:26
Ölkədə bir şagirdə 1700 manat xərclənir
13 Noyabr 2026 13:18
Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
12 Noyabr 2026 15:46
General Natiq Əliyevin qızı saxlanıldı
12 Noyabr 2026 15:44
Əliyevlə Zelenski Dublində görüşdü - Fotolar
12 Noyabr 2026 15:41
Bu instituta icraçı direktor təyin olundu
12 Noyabr 2026 15:35
İrlandiyanın Baş naziri Prezidenti qarşıladı
12 Noyabr 2026 15:33
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
12 Noyabr 2026 15:29
AFFA-nın keçirdiyi liqada biabırçılıq
12 Noyabr 2026 14:25
Bakıda yanıq xəsarətləri alan şəxs ölüb.
12 Noyabr 2026 14:23
Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanıb
12 Noyabr 2026 14:16
Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
12 Noyabr 2026 14:14
Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
12 Noyabr 2026 14:11
Qubada qəbiristanlıqdan meyit tapıldı
12 Noyabr 2026 14:08
Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi
12 Noyabr 2026 14:06
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
12 Noyabr 2026 13:05
Sabah 20° isti olacaq
12 Noyabr 2026 13:02
Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək
12 Noyabr 2026 12:59
Evdə halı pisləşən gənc qız dünyasını dəyişdi - onun 25 yaşı olduğu deyilir
12 Noyabr 2026 12:54
Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi - Fotolar
11 Noyabr 2026 19:21
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
11 Noyabr 2026 19:19
Ermənistan həmin hüququndan məhrum edildi
11 Noyabr 2026 19:17
Gəncədə “TIR” sərnişin avtobusuna çırpıldı
11 Noyabr 2026 19:15
“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”
11 Noyabr 2026 19:12
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
11 Noyabr 2026 19:11
Məzuniyyətin pulla əvəzlənməsinin qadağan olunması təklif edilir
11 Noyabr 2026 19:09
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
11 Noyabr 2026 19:07
Millimiz İsveçrəyə məğlub oldu
11 Noyabr 2026 19:05
Arvadının iynə vurduğu kişi öldü
11 Noyabr 2026 19:03
Şamaxıda qadın su çənində boğuldu
11 Noyabr 2026 19:01
Zelenski sabah onlarla görüşəcək
11 Noyabr 2026 18:48
Rəna Soltanovanın təşkilatçılığı ilə VI Estetik Tibb Konfransı böyük uğurla baş tutub - Fotolar
11 Noyabr 2026 18:35
Xocavənd rayonunda mina hadisəsi baş verib
11 Noyabr 2026 18:18
Bu ərazilərdə qaz kəsiləcək
11 Noyabr 2026 18:09
Paşinyan Ərdoğan və Pezeşkianla görüşdü
11 Noyabr 2026 18:05
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
11 Noyabr 2026 14:21
“Burger King” paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı! - Fotolar
11 Noyabr 2026 13:57
Prezident həmkarına başsağlığı verdi
11 Noyabr 2026 13:44
Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlandı
11 Noyabr 2026 13:40
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər
11 Noyabr 2026 13:37
Şöbə rəisi qəfil vəfat etdi
11 Noyabr 2026 13:28
Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşdü - Fotolar
11 Noyabr 2026 13:14
Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı
11 Noyabr 2026 12:42
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11 Noyabr 2026 12:23
2 nəfər dəm qazından boğuldu
11 Noyabr 2026 12:20
FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib
11 Noyabr 2026 12:10
Daxili işlər nazirinin Gəncədə keçirəcəyi vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdi
11 Noyabr 2026 12:04
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
11 Noyabr 2026 11:59
Dünənin Xəbərləri
Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar
17 Noyabr 2026 18:33
Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü
17 Noyabr 2026 18:29
Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO
17 Noyabr 2026 18:27
Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto
17 Noyabr 2026 18:17
Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq
17 Noyabr 2026 18:15
Millimiz İraqla qarşılaşır
17 Noyabr 2026 18:10
Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar
17 Noyabr 2026 18:08
“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”
17 Noyabr 2026 18:04
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar
17 Noyabr 2026 17:59
Putinlə ikitərəfli görüş keçirmək istəyir
17 Noyabr 2026 17:50
Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar
17 Noyabr 2026 17:46
Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi
17 Noyabr 2026 16:24
Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar
17 Noyabr 2026 16:14
“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
17 Noyabr 2026 13:54
Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
17 Noyabr 2026 13:24
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub
17 Noyabr 2026 12:55
Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto
17 Noyabr 2026 12:53
DİA ilə bağlı iddialara - Rəsmi cavab
17 Noyabr 2026 12:49
Sabah hava necə olacaq?
17 Noyabr 2026 12:44
Köşə
kriminal
Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
1 Sentyabr 2026 13:09
Böyükağa Abdullayev
Meşələrdə itib-batan milyonlar – Nazirliyin odunçuluq biznesi
17 Noyabr 2023 15:35
Böyükağa Abdullayev
Çörəyin Ucuzlaşması Onun Çəkisinə və Keyfiyyətinə Təsir Göstərməməlidir - TƏHLİL
1 Noyabr 2023 9:51
Gülşən Məmmədoğlu
Rusiya üçün Ermənistana sahiblənməkdən daha önəmli olan nədir?
22 Oktyabr 2023 14:20
Kamal Əliyev
Ermənistan 3+3 formatına razılaşır?
20 Oktyabr 2023 12:10
Kamal Əliyev
Paşinyan Meğri məsələsində güzəştə gedəcəkmi?
18 Oktyabr 2023 14:57
Rəşad Ergün
Rövnəq Abdullayev, milli komanda və "peraşki"
18 Oktyabr 2023 12:29
Ələddin Rüstəmli
İsrail-Fələstin münaqişəsində haqlı tərəf hansıdır?
12 Oktyabr 2023 22:13