Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi

12 Noyabr 202614:11

Yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxs barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb.

Azmedia.info.az  xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi məlumat yayıb.

İşin hallarına əsasən, hadisə 2025-ci il iyulun 13-də saat 22:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Mehdiabad-Pirşağı şossesində baş verib.

Belə ki, “Kia Rio” markalı avtomobili idarə edən şəxs yaşayış məntəqəsində müəyyən edilmiş saatda 60 kilometr sürət həddini aşaraq 90–100 km/saat sürətlə hərəkət edib. O, qarşısında eyni istiqamətdə hərəkət edən “Hyundai Santa Fe” markalı avtomobili ötmək məqsədilə bütöv xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxıb.

Bu zaman sürücünün idarə etdiyi avtomobil qarşıdan gələn “Skoda Rapid” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra “Kia Rio” markalı avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı avtomobildə sərnişin qismində olan sürücünün atası aldığı ağır xəsarətlərdən həyatını itirib. Həmin avtomobilin digər iki sərnişininin sağlamlığına ağır, “Skoda Rapid” markalı avtomobilin sürücüsünün və sərnişininin sağlamlığına isə az ağır zərər dəyib.

Aparılmış məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası nəticəsində müəyyən edilib ki, sürücü yol hərəkəti qaydalarının tələblərinə riayət etməyib və hadisənin qarşısını almağa texniki imkanı olub.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Hökmdən narazı qalan məhkum, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisi və digər iki zərərçəkmiş şəxs apellyasiya şikayətləri verərək cəzanın yüngülləşdirilməsini və Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsini xahiş ediblər.

Apellyasiya şikayətlərində bildirilib ki, məhkum törətdiyi əməldən peşman olub, zərərçəkmiş şəxslərlə barışıq əldə edib və onlara dəymiş ziyanı ödəyib. Zərərçəkmiş şəxslər də məhkuma qarşı hər hansı şikayət və tələblərinin qalmadığını, onun azadlıqdan məhrum edilməsini istəmədiklərini bildiriblər. Bununla yanaşı, hadisə nəticəsində atasını itirmiş məhkumun ailənin yeganə gəlir gətirən üzvü olduğu, onun azadlıqdan məhrum edilməsinin ailənin maddi vəziyyətinə ciddi təsir göstərəcəyi də məhkəmənin diqqətinə çatdırılıb.

Bakı Apellyasiya Məhkəməsi işin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin təqsirliliklə bağlı nəticəsini qanuni və əsaslı hesab edib.

Məhkəmə kollegiyası qeyd edib ki, şəxsin Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiqlənib. Bununla belə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirkarın şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır.

Apellyasiya instansiyası məhkəməsi məhkumun əvvəllər məhkum olunmamasını, hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, həmçinin cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb.

Məhkəmə kollegiyası belə qənaətə gəlib ki, konkret işin halları məhkumun təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real çəkmədən də islah olunmasının mümkünlüyünü göstərir. Bu səbəbdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi qanuni, əsaslı hesab edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin olunub, birinci instansiya məhkəməsinin hökmü cəzanın tətbiqi hissəsində dəyişdirilib. Məhkuma təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilib.

Son Xəbərlər

Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar

17 Noyabr 2026 18:33

Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü

17 Noyabr 2026 18:29

Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO

17 Noyabr 2026 18:27

Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto

17 Noyabr 2026 18:17

Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq

17 Noyabr 2026 18:15

Millimiz İraqla qarşılaşır

17 Noyabr 2026 18:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar

17 Noyabr 2026 18:08

“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”

17 Noyabr 2026 18:04

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

17 Noyabr 2026 17:59

Putinlə ikitərəfli görüş keçirmək istəyir

17 Noyabr 2026 17:50

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar

17 Noyabr 2026 17:46

Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi

17 Noyabr 2026 16:24

Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar

17 Noyabr 2026 16:14

“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı

17 Noyabr 2026 13:54

Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət

17 Noyabr 2026 13:24

Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub

17 Noyabr 2026 12:55

Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto

17 Noyabr 2026 12:53

DİA ilə bağlı iddialara - Rəsmi cavab

17 Noyabr 2026 12:49

Sabah hava necə olacaq?

17 Noyabr 2026 12:44

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü

16 Noyabr 2026 15:43

Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib

16 Noyabr 2026 15:40

Taleh Kazımov: "Qlobal çağırışlara baxmayaraq iqtisadi artımımız davam edib"

16 Noyabr 2026 13:55

Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"

16 Noyabr 2026 13:27

“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva

16 Noyabr 2026 13:22

Aynur Elgünəş əməliyyat olundu

13 Noyabr 2026 17:52

İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi

13 Noyabr 2026 17:48

Küləklə bağlı - Xəbərdarlıq

13 Noyabr 2026 17:44

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir

13 Noyabr 2026 17:40

Baş Prokurorluğun nümayəndəsi Haaqada elektron sübutlar və gender əsaslı kibercinayətlərlə bağlı müzakirələrə qatılıb

13 Noyabr 2026 17:30

“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüş keçirdi - Fotolar

13 Noyabr 2026 17:28

“ASAN xidmət”in qarşısında hamilə qadın qətlə yetirildi

13 Noyabr 2026 17:25

“Gənc bəstəkarlar yanıma gəlib ağlayırlar, işə götürülmürlər”

13 Noyabr 2026 17:24

DOST Agentliyinin işdən çıxarılan əməkdaşı ilə bağlı - Açıqlama

13 Noyabr 2026 17:21

“Azərbaycan Avropa üçün çoxtərəfli diplomatiya sahəsində mühüm tərəfdaşdır”

13 Noyabr 2026 16:55

Məktəblərdə bir həftə dərs olmayacaq

13 Noyabr 2026 15:06

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video

13 Noyabr 2026 14:57

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

13 Noyabr 2026 14:52

Arvadına xəyanət etməyən yeganə milyarder...

13 Noyabr 2026 14:35

“Azərbaycanın sülh təşəbbüsləri regionun inkişafına xidmət edir”

13 Noyabr 2026 14:28

Polad Həşimovun anasının vəziyyəti necədir?

13 Noyabr 2026 14:25

Şəhidin ata-anası qəzada yaralandı - Fotolar

13 Noyabr 2026 13:52

İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

13 Noyabr 2026 13:48

İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

13 Noyabr 2026 13:42

Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaşları qəbul edəcək

13 Noyabr 2026 13:36

“Gənclərin ailə qurmağa marağı azalır”

13 Noyabr 2026 13:32

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

13 Noyabr 2026 13:29

22° isti... - Sabahın havası

13 Noyabr 2026 13:26

Ölkədə bir şagirdə 1700 manat xərclənir

13 Noyabr 2026 13:18

Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb

12 Noyabr 2026 15:46

General Natiq Əliyevin qızı saxlanıldı

12 Noyabr 2026 15:44

Əliyevlə Zelenski Dublində görüşdü - Fotolar

12 Noyabr 2026 15:41

Bu instituta icraçı direktor təyin olundu 

12 Noyabr 2026 15:35

İrlandiyanın Baş naziri Prezidenti qarşıladı

12 Noyabr 2026 15:33

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video

12 Noyabr 2026 15:29

AFFA-nın keçirdiyi liqada biabırçılıq 

12 Noyabr 2026 14:25

Bakıda yanıq xəsarətləri alan şəxs ölüb.

12 Noyabr 2026 14:23

Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanıb

12 Noyabr 2026 14:16

Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək

12 Noyabr 2026 14:14

Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi

12 Noyabr 2026 14:11

Qubada qəbiristanlıqdan meyit tapıldı

12 Noyabr 2026 14:08

Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi

12 Noyabr 2026 14:06

100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video

12 Noyabr 2026 13:05

Sabah 20° isti olacaq

12 Noyabr 2026 13:02

Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək

12 Noyabr 2026 12:59

Evdə halı pisləşən gənc qız dünyasını dəyişdi - onun 25 yaşı olduğu deyilir

12 Noyabr 2026 12:54

Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi - Fotolar

11 Noyabr 2026 19:21

Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu

11 Noyabr 2026 19:19

Ermənistan həmin hüququndan məhrum edildi

11 Noyabr 2026 19:17

Gəncədə “TIR” sərnişin avtobusuna çırpıldı

11 Noyabr 2026 19:15

“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”

11 Noyabr 2026 19:12

Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb

11 Noyabr 2026 19:11

Məzuniyyətin pulla əvəzlənməsinin qadağan olunması təklif edilir

11 Noyabr 2026 19:09

Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir

11 Noyabr 2026 19:07

Millimiz İsveçrəyə məğlub oldu

11 Noyabr 2026 19:05

Arvadının iynə vurduğu kişi öldü 

11 Noyabr 2026 19:03

Şamaxıda qadın su çənində boğuldu

11 Noyabr 2026 19:01

Zelenski sabah onlarla görüşəcək

11 Noyabr 2026 18:48

Rəna Soltanovanın təşkilatçılığı ilə VI Estetik Tibb Konfransı böyük uğurla baş tutub - Fotolar

11 Noyabr 2026 18:35

Xocavənd rayonunda mina hadisəsi baş verib

11 Noyabr 2026 18:18

Bu ərazilərdə qaz kəsiləcək

11 Noyabr 2026 18:09

Paşinyan Ərdoğan və Pezeşkianla görüşdü

11 Noyabr 2026 18:05

“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama

11 Noyabr 2026 14:21

“Burger King” paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı! - Fotolar

11 Noyabr 2026 13:57

Prezident həmkarına başsağlığı verdi

11 Noyabr 2026 13:44

Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlandı

11 Noyabr 2026 13:40

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11 Noyabr 2026 13:37

Şöbə rəisi qəfil vəfat etdi 

11 Noyabr 2026 13:28

Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşdü - Fotolar

11 Noyabr 2026 13:14

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı

11 Noyabr 2026 12:42

Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi

11 Noyabr 2026 12:23

2 nəfər dəm qazından boğuldu

11 Noyabr 2026 12:20

FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib

11 Noyabr 2026 12:10

Daxili işlər nazirinin Gəncədə keçirəcəyi vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdi

11 Noyabr 2026 12:04

Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

11 Noyabr 2026 11:59

Dünənin Xəbərləri

Köşə

kriminal

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

1 Sentyabr 2026 13:09

Böyükağa Abdullayev

Meşələrdə itib-batan milyonlar – Nazirliyin odunçuluq biznesi

17 Noyabr 2023 15:35

Böyükağa Abdullayev

Çörəyin Ucuzlaşması  Onun Çəkisinə və Keyfiyyətinə Təsir Göstərməməlidir - TƏHLİL 

1 Noyabr 2023 9:51

Gülşən Məmmədoğlu

Rusiya üçün Ermənistana sahiblənməkdən daha önəmli olan nədir?

22 Oktyabr 2023 14:20

Kamal Əliyev

Ermənistan 3+3 formatına razılaşır?
 

20 Oktyabr 2023 12:10

Kamal Əliyev

Paşinyan Meğri məsələsində güzəştə gedəcəkmi?
 

18 Oktyabr 2023 14:57

Rəşad Ergün

Rövnəq Abdullayev, milli komanda və "peraşki"

18 Oktyabr 2023 12:29

Ələddin Rüstəmli

İsrail-Fələstin münaqişəsində haqlı tərəf hansıdır? 

12 Oktyabr 2023 22:13