Bu barədə Azmedia.info.az Yaponiyanın dövlət televiziyası "NHK"ya istinadən xəbər verir.
Dağıntılar altından xilas edilən on üç nəfərin vəziyyəti ağır olaraq qalır, zəlzələ nəticəsində ştat üzrə evlər və müəssisələr də daxil olmaqla ümumilikdə 4600 tikili zərər görüb.
Hazırda 46 min ev və müəssisədə su kəsintiləri davam edir, 8.500 nəfər isə 206 təxliyə mərkəzində sığınacaq tapıb.
Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, iyulun 28-də yerli vaxtla saat 16:27-də Uki və Hikava prefekturalarında zəlzələ baş verib. 10 kilometr dərinlikdə qeydə alınan 7,1 bal gücündə zəlzələ, yanğınlar, yol və körpülərin uçması da daxil olmaqla, ştatda genişmiqyaslı ziyana səbəb olub.