İşğal tariximiz: "Gülüstan müqaviləsi"ndən keçən 210 il
Bu gün "Gülüstan müqaviləsi"nin imzalandığı gündən 210 il ötür.
Azmedia.info.az xəbər verir ki, Azərbaycan torpaqlarının İran və Rusiya arasında bölünməsinə səbəb olan "Gülüstan müqaviləsi" 1813-cü ilin 12 oktyabrında imzalanıb.
Tarixi mənbələrə görə, XVIII-XIX əsrlərdə Xəzər regionu Orta və Yaxın Şərqdə gedən geosiyasi rəqabət arenasına çevrilir və bu orbitə Türkiyə və İranla bərabər Rusiya, İngiltərə və Fransa cəlb olunmuşdu. Səfəvi dövlətinin zəifləməsi faktı Xəzər regionunda hərbi-siyasi vəziyyəti gərginləşdirdi. Bu isə öz növbəsində Türkiyə və Rusiyanın regionda möhkəmlənmək istəyindən yaranmışdı.
Qara dənizə çıxışdan məhrum olan Rusiya Xəzər və Xəzəryanı bölgə üzərində öz hakimiyətini qurmaq və bütün Avropa-Asiya ticarətini Türk-Aralıq dənizindən Baltika-Volqa-Xəzər yoluna keçirmək arzusunda idi. Rusiyanın geosiyasi məqsədləri o zaman I Pyotr tərəfindən dəqiq müəyyənləşdirilib: "Bizim maraqlar heç bir dövlətin Xəzər dənizində möhkəmlənməsinə yol vermir".
Arxiv sənədlərinin məlumatlarına görə, 1796-cı ildə Azərbaycana yürüş edərək 30 min nəfərlik ordu ilə Dərbənddən keçib Qubanı, Bakını, Salyan və Şamaxını tutan rus generalı qraf B.Zubov öz hökmdarlarından, "Muğanı ələ keçirdikdən sonra orada bir qala tikdir, adını "Yekaterina sert" ("Yekaterinanın ürəyi") qoy və orada iki min cavan rus əsgəri məskunlaşdır. Həmin gənc əsgərləri erməni və gürcü qızları ilə evləndirib onları xüsusi torpaq sahələri və silahla təmin et" məzmununda tapşırıq aldı.

1813-cü ilin 12 oktyabr tarixində imzalanan birinci müqavilə ilə Azərbaycan Rusiya ilə İran arasında bölündü. Çar Rusiyası Osmanlı İmperiyası arasında 1812-ci ilin yayında imzalanan Buxarest müqaviləsinə əsasən, Osmanlı İmperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara olan iddiasından əl çəkirdi. 1812-ci ildə Napoleonun Rusiya hücumundan faydalanmağa çalışan İran vəliəhdi Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də, general P.Kotlyarevski bu hücumları dəf edir və bölgədə hərbi-siyasi üstünlük qazanır. Hadisələr İngiltərəni bərk narahat edir və onların təkidi ilə İran Rusiya ilə müqavilə imzalamaq qərarına gəlir.
"Gülüstan" sülh müqaviləsindən əvvəl Azərbaycanın ümumi ərazisi 410 min kvadrat kilometr olub. Azərbaycan torpaqlarının parçalanmasına xidmət edən bu biabırçı sülh anlaşması barədə Abbasqulu Bakıxanov "Gülüstani-İrəm" adlı əsərində belə yazırdı: "Həmin ilin baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyil göstərdi. Mirzə Əbülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya və İran dövlətləri arasında əhdnamə bağlandı".
Bu müqavilə tarixə imzalandığı yerin, yəni Gülüstan kəndinin adı ilə- Gülüstan müqaviləsi kimi daxil oldu. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzaladı. 11 maddədən ibarət müqavilə ilə yurdumuz amansızcasına bölüşdürüldü, düşmənçiliyə son qoymaq üçün iki istilaçı ölkə bundan sonra "əbədi dostluq şəraitində yaşayacaqlarına" söz verdilər.
General Ratişevin yazışmalarında bu müqavilə həm də "İran dövləti ilə ümümrusiya imperiyası arasında əbədi sülh haqqında traktat" kimi təqdim olunurdu. Qeyd etmək lazımdır ki, sülh müqaviləsinin maddələrinin razılaşdırılması üzərində də iş xeyli gərgin keçdi. Qacar sarayını bu müqavilənin bağlanmasına meyilləndirmək üçün Qor Uzeley də xüsusi canfəşanlıq göstərdi ki, general Ratişev də öz yazışmalarında Rusiya maraqlarının qorunmasına kömək edən bu ingilis diplomatına minnətdarlığını bildirirdi.
Gülüstan müqaviləsi giriş və 11 maddədən ibarətdir. Müqavilənin mətni öz dövrünün dil üslubiyyatına uyğun olaraq hazırlanmışdır. Ona görə bugünkü gün üçün onun dili həm rus dilində, həm də fars dilində kifayət qədər ağırdır və bu mətnin Azərbaycan dilinə tərcüməsi əlavə şərhləri və izahatları tələb edir. Azərbaycan dilində bu müqavilənin mətni kütləvi informasiya vasitələrində çap olunsa da, onun yenidən və daha peşəkar səviyyədə tərcüməsinə ehtiyac var. Çünki bu mətnin hər ifadəsi özlüyündə hüquqi öhdəliklərin daşıyıcısıdır və onların tərcüməsindəki yanlışlıq həmin öhdəliklərin lazımınca təsəvvür edilməsini çətinləşdirə bilər.
Müqavilənin sonuncu maddəsindən göründüyü kimi, Gülüstan müqaviləsi rus dilində tərtib olunub və sonra da fars dilinə tərcümə edilib. Qeyd etmək lazımdır ki, müqavilənin fars dilinə tərcüməsində kifayət qədər sərbəstliyə yol verilib, mətndə fars dilinin üslubiyyatından irəli gələn çoxlu təkrar məzmunlu ifadələr işlədilib. Sülh müqaviləsinin bağlanması üçün aparılan müzakirələrin şahidi olmuş İngiltərənin İrandakı elçiliyinin katibi Moriyer də bu məqamı müşahidə edərək yazırdı: "Gülüstan müqaviləsinin farsca nüsxəsi İran ibarələri ilə yazılıb".
1813-cü ildə Gülüstan müqaviləsi bağlandıqdan sonra Azərbaycanın bir hissəsi, o cümlədən Qazi-Qumuq, Tiflis, İrəvan və Qarabağ xanlıqları Rusiyanın himayəsinə keçdi. Az sonra Quba, Dərbənd, Şirvan və Bakı xanlıqları da Rusiya qoşunları tərəfindən işğal olundu.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevlə söhbətimizdə o bildirdi ki, "Gülüstan müqaviləsi"ndə bircə dəfə də olsun "Azərbaycan" adına rast gəlinmir: "Türkmənçay müqaviləsi"ndə də Azərbaycanın adı göstərilməyib. Rusiya və İran törətdikləri cinayəti, işğal faktını gizlətmək üçün Azərbaycan adını müqaviləyə salmayıblar. Gülüstan müqaviləsi ilə təkcə Azərbaycana aid torpaqlar deyil, həm də Dağıstan camaatlıqları və gürcü çarlıqları Rusiyanın ixtiyarına keçmişdi. Bizim faciələrin başlanğıcı olan Gülüstan müqaviləsində qeyd edilən ən əsas məsələlərdən biri – İran, Azərbaycan torpaqlarına köçmək istəyən ermənilərə nəinki maneçilik törətməməli, əksinə kömək edilməli idi. Müqaviləyə əsasən, həmin ermənilərin mal və mülklərini satmağa İran hökuməti yardım göstərməliydi. 1814-cü ildən ermənilər Gəncə, Bakı və Qarabağda sərbəst şəkildə məskunlaşmağa başladılar. Ruslar çox qısa zamanda ermənilərdən hökumət strukturlarında da istifadə etməyə girişdilər. Bu zaman Rusiyadan kömək umaraq öz hakmiyyətini qorumaq istəyən xanların vəziyyəti lap ağırlaşdı. Bir çoxlarının xan titulu daşımaq ixtiyarı əlindən alınmış, maksimum özünü bəy adlandırmağa icazə verilmişdi. Azərbaycan xanlarına bölgədə olan rus generalının qəbuluna düşmək şansı da tanınmırdı. Onları, uzaqbaşı, polkovnikin köməkçisi qəbul edirdi. 1819-cu ildə Şəki xanlığı, 1820-ci ildə Şirvan xanlığı ləğv edildi. 1822-ci ildə Qarabağ xanlığı da ləğv edildi və onun yerində komendant üsul- idarəsi təsis edildi. Ruslar onları Qacarlara qarşı müharibəyə dəvət edən xanlıqları məhv etməyə başladılar. Xan sülalələri məhv olduqca ermənilərin saraylarda mövqeləri güclənməyə başlandı".
1828-ci il fevral ayının 22-də Rusiya ilə İran arasında Türkmənçay müqaviləsinin imzalanması ilə əslində Gülüstan müqaviləsinin müddəaları da öz qüvvəsini itirdi. Bu məsələ Türkmənçay müqaviləsinin 2-ci maddəsində əksini tapıb. Həmin maddədə deyilirdi: "Ali tərəflər arasındakı düşmənçilik imperatorun iradəsinə görə başa çatdığı üçün Gülüstan müqaviləsinin müddəaları da ləğv olunur. Ona görə əlahəzrət İran şahənşahı və əlahəzrət ümumrusiya imperatoru lazım bildilər ki, Rusiya ilə İran arasında sülh və dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün adı çəkilən müqaviləni aşağıdakı maddələrlə və şərtlərlə əvəz etsinlər". Bununla da Gülüstan müqaviləsinin hüquqi mövcudluğuna son qoyuldu.
Əntiqə Rəşid
Son Xəbərlər
Almaniyada vətəndaşlığın verilməsi qaydaları sərtləşdirilə bilər
18 Noyabr 2026 17:53
Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq
18 Noyabr 2026 17:39
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü - Fotolar
18 Noyabr 2026 17:32
44 yaşında üçüncü dəfə ana oldu - Fotolar
18 Noyabr 2026 17:31
Dənizdə batan gənc Aviasiya Akademiyasının tələbəsi imiş
18 Noyabr 2026 17:24
Ayxan Abbasov Şahruddinin açıqlamasına münasibət bildirdi - “Fikrini tam izah edə bilməyib”
18 Noyabr 2026 17:20
HƏRBİ XİDMƏTƏ YENİ ÇAĞIRILMIŞ ƏSGƏRLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB
18 Noyabr 2026 17:14
“Şamaxinka”dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi
18 Noyabr 2026 17:11
Antalyaya uçan Rusiya təyyarəsində bomba təhlükəsi xəbərdarlığı edildi
18 Noyabr 2026 17:08
Küləklə bağlı - Xəbərdarlıq
18 Noyabr 2026 17:07
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
18 Noyabr 2026 17:05
Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün antikorrupsiya davranışının formalaşdırılması mövzusunda təlim keçirilib
18 Noyabr 2026 17:01
Respublika Fənn Olimpiadalarında iştirak üçün son 1 gün!
18 Noyabr 2026 16:58
Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi
18 Noyabr 2026 16:56
Bakıda 21° isti olacaq
18 Noyabr 2026 16:14
Mbappe Ardanın müqaviləsinə sevindi - “Bu gecə daha yaxşı yatacam”
18 Noyabr 2026 16:10
Azərbaycan güləşçiləri Ermənistana gedəcək
18 Noyabr 2026 16:03
Çində Putinlə Tramp arasında qısa söhbət
18 Noyabr 2026 16:00
Qaradağda ədliyyə işçilərinin peşə bayramı münasibətilə tədbir - Fotolar
18 Noyabr 2026 15:57
Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin alınmasına dair sənədlərin qəbulu elan edilib
18 Noyabr 2026 14:57
ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olundu - Fotolar
18 Noyabr 2026 14:52
Fuad Muradovun müavinlərinin sayı artırıldı - Fərman
18 Noyabr 2026 14:50
Peşə təhsili beynəlxalq standartlara uyğunlaşdırılır
18 Noyabr 2026 14:48
Həmkəndlisinin qulağını dişləyib qopardı
18 Noyabr 2026 14:45
Sumqayıt bulvarında 20 yaşlı gənc dənizdə batdı
18 Noyabr 2026 14:43
23 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı
18 Noyabr 2026 13:58
“Ermənistandan keçən 42 kilometrlik hissə ilə bağlı danışıqlar aparılır”
18 Noyabr 2026 13:55
Ramiz Mehdiyev cəzasından narazıdır - Şikayət verdi
18 Noyabr 2026 13:11
Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar
17 Noyabr 2026 18:33
Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü
17 Noyabr 2026 18:29
Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO
17 Noyabr 2026 18:27
Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto
17 Noyabr 2026 18:17
Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq
17 Noyabr 2026 18:15
Millimiz İraqla qarşılaşır
17 Noyabr 2026 18:10
Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar
17 Noyabr 2026 18:08
“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”
17 Noyabr 2026 18:04
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar
17 Noyabr 2026 17:59
Putinlə ikitərəfli görüş keçirmək istəyir
17 Noyabr 2026 17:50
Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar
17 Noyabr 2026 17:46
Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi
17 Noyabr 2026 16:24
Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar
17 Noyabr 2026 16:14
“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
17 Noyabr 2026 13:54
Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
17 Noyabr 2026 13:24
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub
17 Noyabr 2026 12:55
Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto
17 Noyabr 2026 12:53
DİA ilə bağlı iddialara - Rəsmi cavab
17 Noyabr 2026 12:49
Sabah hava necə olacaq?
17 Noyabr 2026 12:44
Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü
16 Noyabr 2026 15:43
Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib
16 Noyabr 2026 15:40
Taleh Kazımov: "Qlobal çağırışlara baxmayaraq iqtisadi artımımız davam edib"
16 Noyabr 2026 13:55
Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"
16 Noyabr 2026 13:27
“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva
16 Noyabr 2026 13:22
Aynur Elgünəş əməliyyat olundu
13 Noyabr 2026 17:52
İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi
13 Noyabr 2026 17:48
Küləklə bağlı - Xəbərdarlıq
13 Noyabr 2026 17:44
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir
13 Noyabr 2026 17:40
Baş Prokurorluğun nümayəndəsi Haaqada elektron sübutlar və gender əsaslı kibercinayətlərlə bağlı müzakirələrə qatılıb
13 Noyabr 2026 17:30
“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüş keçirdi - Fotolar
13 Noyabr 2026 17:28
“ASAN xidmət”in qarşısında hamilə qadın qətlə yetirildi
13 Noyabr 2026 17:25
“Gənc bəstəkarlar yanıma gəlib ağlayırlar, işə götürülmürlər”
13 Noyabr 2026 17:24
DOST Agentliyinin işdən çıxarılan əməkdaşı ilə bağlı - Açıqlama
13 Noyabr 2026 17:21
“Azərbaycan Avropa üçün çoxtərəfli diplomatiya sahəsində mühüm tərəfdaşdır”
13 Noyabr 2026 16:55
Məktəblərdə bir həftə dərs olmayacaq
13 Noyabr 2026 15:06
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video
13 Noyabr 2026 14:57
Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
13 Noyabr 2026 14:52
Arvadına xəyanət etməyən yeganə milyarder...
13 Noyabr 2026 14:35
“Azərbaycanın sülh təşəbbüsləri regionun inkişafına xidmət edir”
13 Noyabr 2026 14:28
Polad Həşimovun anasının vəziyyəti necədir?
13 Noyabr 2026 14:25
Şəhidin ata-anası qəzada yaralandı - Fotolar
13 Noyabr 2026 13:52
İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
13 Noyabr 2026 13:48
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
13 Noyabr 2026 13:42
Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaşları qəbul edəcək
13 Noyabr 2026 13:36
“Gənclərin ailə qurmağa marağı azalır”
13 Noyabr 2026 13:32
Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
13 Noyabr 2026 13:29
22° isti... - Sabahın havası
13 Noyabr 2026 13:26
Ölkədə bir şagirdə 1700 manat xərclənir
13 Noyabr 2026 13:18
Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
12 Noyabr 2026 15:46
General Natiq Əliyevin qızı saxlanıldı
12 Noyabr 2026 15:44
Əliyevlə Zelenski Dublində görüşdü - Fotolar
12 Noyabr 2026 15:41
Bu instituta icraçı direktor təyin olundu
12 Noyabr 2026 15:35
İrlandiyanın Baş naziri Prezidenti qarşıladı
12 Noyabr 2026 15:33
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
12 Noyabr 2026 15:29
AFFA-nın keçirdiyi liqada biabırçılıq
12 Noyabr 2026 14:25
Bakıda yanıq xəsarətləri alan şəxs ölüb.
12 Noyabr 2026 14:23
Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanıb
12 Noyabr 2026 14:16
Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
12 Noyabr 2026 14:14
Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
12 Noyabr 2026 14:11
Qubada qəbiristanlıqdan meyit tapıldı
12 Noyabr 2026 14:08
Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi
12 Noyabr 2026 14:06
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
12 Noyabr 2026 13:05
Sabah 20° isti olacaq
12 Noyabr 2026 13:02
Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək
12 Noyabr 2026 12:59
Evdə halı pisləşən gənc qız dünyasını dəyişdi - onun 25 yaşı olduğu deyilir
12 Noyabr 2026 12:54
Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi - Fotolar
11 Noyabr 2026 19:21
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
11 Noyabr 2026 19:19
Ermənistan həmin hüququndan məhrum edildi
11 Noyabr 2026 19:17
Gəncədə “TIR” sərnişin avtobusuna çırpıldı
11 Noyabr 2026 19:15
“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”
11 Noyabr 2026 19:12
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
11 Noyabr 2026 19:11
Məzuniyyətin pulla əvəzlənməsinin qadağan olunması təklif edilir
11 Noyabr 2026 19:09
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
11 Noyabr 2026 19:07
Millimiz İsveçrəyə məğlub oldu
11 Noyabr 2026 19:05
Arvadının iynə vurduğu kişi öldü
11 Noyabr 2026 19:03
Şamaxıda qadın su çənində boğuldu
11 Noyabr 2026 19:01
Zelenski sabah onlarla görüşəcək
11 Noyabr 2026 18:48
Rəna Soltanovanın təşkilatçılığı ilə VI Estetik Tibb Konfransı böyük uğurla baş tutub - Fotolar
11 Noyabr 2026 18:35
Xocavənd rayonunda mina hadisəsi baş verib
11 Noyabr 2026 18:18
Bu ərazilərdə qaz kəsiləcək
11 Noyabr 2026 18:09
Paşinyan Ərdoğan və Pezeşkianla görüşdü
11 Noyabr 2026 18:05
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
11 Noyabr 2026 14:21
“Burger King” paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı! - Fotolar
11 Noyabr 2026 13:57
Prezident həmkarına başsağlığı verdi
11 Noyabr 2026 13:44
Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlandı
11 Noyabr 2026 13:40
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər
11 Noyabr 2026 13:37
Şöbə rəisi qəfil vəfat etdi
11 Noyabr 2026 13:28
Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşdü - Fotolar
11 Noyabr 2026 13:14
Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı
11 Noyabr 2026 12:42
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11 Noyabr 2026 12:23
2 nəfər dəm qazından boğuldu
11 Noyabr 2026 12:20
FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib
11 Noyabr 2026 12:10
Daxili işlər nazirinin Gəncədə keçirəcəyi vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdi
11 Noyabr 2026 12:04
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
11 Noyabr 2026 11:59
Dünənin Xəbərləri
Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar
17 Noyabr 2026 18:33
Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü
17 Noyabr 2026 18:29
Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO
17 Noyabr 2026 18:27
Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto
17 Noyabr 2026 18:17
Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq
17 Noyabr 2026 18:15
Millimiz İraqla qarşılaşır
17 Noyabr 2026 18:10
Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar
17 Noyabr 2026 18:08
“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”
17 Noyabr 2026 18:04
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar
17 Noyabr 2026 17:59
Putinlə ikitərəfli görüş keçirmək istəyir
17 Noyabr 2026 17:50
Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar
17 Noyabr 2026 17:46
Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi
17 Noyabr 2026 16:24
Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar
17 Noyabr 2026 16:14
“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
17 Noyabr 2026 13:54
Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
17 Noyabr 2026 13:24
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub
17 Noyabr 2026 12:55
Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto
17 Noyabr 2026 12:53
DİA ilə bağlı iddialara - Rəsmi cavab
17 Noyabr 2026 12:49
Sabah hava necə olacaq?
17 Noyabr 2026 12:44
Köşə
kriminal
Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
1 Sentyabr 2026 13:09
Böyükağa Abdullayev
Meşələrdə itib-batan milyonlar – Nazirliyin odunçuluq biznesi
17 Noyabr 2023 15:35
Böyükağa Abdullayev
Çörəyin Ucuzlaşması Onun Çəkisinə və Keyfiyyətinə Təsir Göstərməməlidir - TƏHLİL
1 Noyabr 2023 9:51
Gülşən Məmmədoğlu
Rusiya üçün Ermənistana sahiblənməkdən daha önəmli olan nədir?
22 Oktyabr 2023 14:20
Kamal Əliyev
Ermənistan 3+3 formatına razılaşır?
20 Oktyabr 2023 12:10
Kamal Əliyev
Paşinyan Meğri məsələsində güzəştə gedəcəkmi?
18 Oktyabr 2023 14:57
Rəşad Ergün
Rövnəq Abdullayev, milli komanda və "peraşki"
18 Oktyabr 2023 12:29
Ələddin Rüstəmli
İsrail-Fələstin münaqişəsində haqlı tərəf hansıdır?
12 Oktyabr 2023 22:13
