ƏN-nin PX-nin 15 saylı CÇM-də müasir peşə hazırlığı mərkəzi istifadəyə verilib
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən məhkumların peşə hazırlığının təşkili, onların əmək bazarının tələblərinə uyğun bacarıqlara yiyələnməsi və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Azmedia.info.az xəbər verir ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərdən biri də cəzaçəkmə müəssisələrində sahibkarların (işəgötürənlərin) iştirakı ilə müxtəlif sahələr üzrə peşə təhsili və təlim proqramlarının həyata keçirilməsidir.
Bu məqsədlə Ədliyyə Nazirliyi tərəfindən cəzaçəkmə müəssisələrində əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkili və təlimlərin keçirilməsi, habelə cəza çəkməkdən azad edilmiş məhkumları işə götürmə istiqamətlərində dövlət və özəl tərəfdaşlarla əməkdaşlığı nəzərdə tutan “N.Ə.F.Ə.S.” (Nailiyyət, Əməkdaşlıq, Fərdi inkişaf, Əmək, Sosial inteqrasiya) layihəsinə start verilib.
Layihə çərçivəsində ilk əməkdaşlıq “Azərişıq” ASC ilə qurulub. Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində məhkumların peşə hazırlığının təşkili və praktiki bacarıqlarının artırılması məqsədilə Ədliyyə Nazirliyi və “Azərişıq” ASC-nin birgə peşə hazırlığı mərkəzi yaradılıb.
Noyabrın 18-də ədliyyə naziri Fərid Əhmədov və “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov N.Ə.F.Ə.S. peşə hazırlığı mərkəzində olublar. Fərid Əhmədov və Vüqar Əhmədov mərkəzdə yaradılmış şəraitlə tanış olub, təlim prosesinin təşkili ilə maraqlanıb, eləcə də “Elektrik montyoru” peşə ixtisası üzrə təlimləri uğurla başa vuran məhkumlarla görüşüblər.
Tədbirdə “Elektrik montyoru” peşə ixtisası üzrə təlim proqramını uğurla başa vuraraq müvafiq peşə bacarıqlarına yiyələnən 22 məhkuma sertifikatlar təqdim edilib. Həmçinin təlim proqramını uğurla başa vurmuş və cəza müddəti tamamlanmış şəxslərdən biri “Azərişıq” ASC-də müvafiq ixtisas üzrə işlə təmin olunub, tədbirdə ona iş vəsiqəsi təqdim edilib.
Qeyd edək ki, yeni peşə hazırlığı mərkəzi tədris otaqlarından və geniş təlim meydançasından (təcrübə poliqonu) ibarətdir. Mərkəzin tədris otaqları və təcrübə poliqonu müvafiq tədris istiqamətlərinə uyğun olaraq, ümumilikdə 128 adda 650 ədəddən çox zəruri texniki alət, avadanlıq, qurğu və məlumatverici lövhə, eləcə də tədris materialları ilə təchiz edilib.
Mərkəzdə əmək bazarının tələbləri və “Azərişıq” ASC-nin fəaliyyət istiqamətləri nəzərə alınmaqla elektrik montyoru, uçota nəzarət və sayğacquraşdırma, elektrik çilingəri, elektrik qaynaqçısı, texnik-operator peşə istiqamətləri üzrə təlimlərin təşkili planlaşdırılır.
Mərkəzdə eyni vaxtda 75-80 məhkumun tədris alması üçün imkanlar mövcuddur. Ümumilikdə, Mərkəzdə il ərzində müvafiq istiqamətlər üzrə 500-550 məhkuma təlimlərin keçirilməsi nəzərdə tutulur. Hazırda növbəti qruplar üzrə təlimlər davam etdirilir. Peşə hazırlığı proqramlarına məhkumlar tərəfindən yüksək maraq göstərilir.
“Azərişıq” ASC ilə əldə edilmiş razılığa əsasən digər cəzaçəkmə müəssisələrində də müvafiq peşə hazırlığı mərkəzlərinin yaradılması nəzərdə tutulur.
“N.Ə.F.Ə.S.” layihəsi məhkumların peşə bacarıqlarına yiyələnməsi ilə yanaşı, onların cəmiyyətə reinteqrasiyası, məşğulluq imkanlarının genişləndirilməsi və təkrar cinayət törətmə riskinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə dövlət və özəl tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, əmək bazarında tələbat olan digər peşələr üzrə təlim proqramlarının təşkili və uğurlu təcrübənin müxtəlif cəzaçəkmə müəssisələrində tətbiqi nəzərdə tutulur.
Son Xəbərlər
“Müxalifət Azərbaycan, Türkiyə və Gürcüstana ərazi iddiası irəli sürür” - Rubinyan
20 Noyabr 2026 20:43
BMT-də islahat və enerji təhlükəsizliyi: Şençjen sənədində Bakı üçün önəmli məqamlar
20 Noyabr 2026 19:20
ƏN-nin PX-nin 15 saylı CÇM-də müasir peşə hazırlığı mərkəzi istifadəyə verilib
20 Noyabr 2026 19:12
Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul edib - Fotolar
20 Noyabr 2026 19:06
Yasamal ictimaiyyəti YAP-ın 34 illiyini qeyd edir - Fotolar
19 Noyabr 2026 14:38
Zəfərdən sonra bu rayon 8 dəfə böyüyüb
19 Noyabr 2026 14:29
İlham Əliyev Vyetnama gedəcək
19 Noyabr 2026 14:22
Almaniyada vətəndaşlığın verilməsi qaydaları sərtləşdirilə bilər
18 Noyabr 2026 17:53
Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq
18 Noyabr 2026 17:39
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü - Fotolar
18 Noyabr 2026 17:32
44 yaşında üçüncü dəfə ana oldu - Fotolar
18 Noyabr 2026 17:31
Dənizdə batan gənc Aviasiya Akademiyasının tələbəsi imiş
18 Noyabr 2026 17:24
Ayxan Abbasov Şahruddinin açıqlamasına münasibət bildirdi - “Fikrini tam izah edə bilməyib”
18 Noyabr 2026 17:20
HƏRBİ XİDMƏTƏ YENİ ÇAĞIRILMIŞ ƏSGƏRLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB
18 Noyabr 2026 17:14
“Şamaxinka”dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi
18 Noyabr 2026 17:11
Antalyaya uçan Rusiya təyyarəsində bomba təhlükəsi xəbərdarlığı edildi
18 Noyabr 2026 17:08
Küləklə bağlı - Xəbərdarlıq
18 Noyabr 2026 17:07
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
18 Noyabr 2026 17:05
Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün antikorrupsiya davranışının formalaşdırılması mövzusunda təlim keçirilib
18 Noyabr 2026 17:01
Respublika Fənn Olimpiadalarında iştirak üçün son 1 gün!
18 Noyabr 2026 16:58
Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi
18 Noyabr 2026 16:56
Bakıda 21° isti olacaq
18 Noyabr 2026 16:14
Mbappe Ardanın müqaviləsinə sevindi - “Bu gecə daha yaxşı yatacam”
18 Noyabr 2026 16:10
Azərbaycan güləşçiləri Ermənistana gedəcək
18 Noyabr 2026 16:03
Çində Putinlə Tramp arasında qısa söhbət
18 Noyabr 2026 16:00
Qaradağda ədliyyə işçilərinin peşə bayramı münasibətilə tədbir - Fotolar
18 Noyabr 2026 15:57
Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin alınmasına dair sənədlərin qəbulu elan edilib
18 Noyabr 2026 14:57
ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olundu - Fotolar
18 Noyabr 2026 14:52
Fuad Muradovun müavinlərinin sayı artırıldı - Fərman
18 Noyabr 2026 14:50
Peşə təhsili beynəlxalq standartlara uyğunlaşdırılır
18 Noyabr 2026 14:48
Həmkəndlisinin qulağını dişləyib qopardı
18 Noyabr 2026 14:45
Sumqayıt bulvarında 20 yaşlı gənc dənizdə batdı
18 Noyabr 2026 14:43
23 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı
18 Noyabr 2026 13:58
“Ermənistandan keçən 42 kilometrlik hissə ilə bağlı danışıqlar aparılır”
18 Noyabr 2026 13:55
Ramiz Mehdiyev cəzasından narazıdır - Şikayət verdi
18 Noyabr 2026 13:11
Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar
17 Noyabr 2026 18:33
Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü
17 Noyabr 2026 18:29
Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO
17 Noyabr 2026 18:27
Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto
17 Noyabr 2026 18:17
Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq
17 Noyabr 2026 18:15
Millimiz İraqla qarşılaşır
17 Noyabr 2026 18:10
Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar
17 Noyabr 2026 18:08
“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”
17 Noyabr 2026 18:04
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar
17 Noyabr 2026 17:59
Putinlə ikitərəfli görüş keçirmək istəyir
17 Noyabr 2026 17:50
Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar
17 Noyabr 2026 17:46
Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi
17 Noyabr 2026 16:24
Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar
17 Noyabr 2026 16:14
“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
17 Noyabr 2026 13:54
Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
17 Noyabr 2026 13:24
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub
17 Noyabr 2026 12:55
Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto
17 Noyabr 2026 12:53
DİA ilə bağlı iddialara - Rəsmi cavab
17 Noyabr 2026 12:49
Sabah hava necə olacaq?
17 Noyabr 2026 12:44
Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü
16 Noyabr 2026 15:43
Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib
16 Noyabr 2026 15:40
Taleh Kazımov: "Qlobal çağırışlara baxmayaraq iqtisadi artımımız davam edib"
16 Noyabr 2026 13:55
Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"
16 Noyabr 2026 13:27
“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva
16 Noyabr 2026 13:22
Dünənin Xəbərləri
“Müxalifət Azərbaycan, Türkiyə və Gürcüstana ərazi iddiası irəli sürür” - Rubinyan
20 Noyabr 2026 20:43
BMT-də islahat və enerji təhlükəsizliyi: Şençjen sənədində Bakı üçün önəmli məqamlar
20 Noyabr 2026 19:20
ƏN-nin PX-nin 15 saylı CÇM-də müasir peşə hazırlığı mərkəzi istifadəyə verilib
20 Noyabr 2026 19:12
Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul edib - Fotolar
20 Noyabr 2026 19:06
Köşə
kriminal
Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
1 Sentyabr 2026 13:09
Böyükağa Abdullayev
Meşələrdə itib-batan milyonlar – Nazirliyin odunçuluq biznesi
17 Noyabr 2023 15:35
Böyükağa Abdullayev
Çörəyin Ucuzlaşması Onun Çəkisinə və Keyfiyyətinə Təsir Göstərməməlidir - TƏHLİL
1 Noyabr 2023 9:51
Gülşən Məmmədoğlu
Rusiya üçün Ermənistana sahiblənməkdən daha önəmli olan nədir?
22 Oktyabr 2023 14:20
Kamal Əliyev
Ermənistan 3+3 formatına razılaşır?
20 Oktyabr 2023 12:10
Kamal Əliyev
Paşinyan Meğri məsələsində güzəştə gedəcəkmi?
18 Oktyabr 2023 14:57
Rəşad Ergün
Rövnəq Abdullayev, milli komanda və "peraşki"
18 Oktyabr 2023 12:29
Ələddin Rüstəmli
İsrail-Fələstin münaqişəsində haqlı tərəf hansıdır?
12 Oktyabr 2023 22:13