Hesablama Palatası Mədəniyyət Nazirliyi və Kino Agentliyində aşkarladığı nöqsanları açıqladı
Audit Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (bundan sonra Nazirlik) və Kino Agentliyi publik hüquqi şəxs (bundan sonra Agentlik) tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi və kino tədbirlərinin keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin, eləcə də kinostudiyalar tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədini daşımış, 2022-ci ili və 2023-cü ilin 01 avqust tarixinədək olan dövrü əhatə etmişdir.
Auditlə Nazirlik və Agentlikdən əlavə olaraq C.Cabbarlı adına "Azərbaycanfilm”, “Salnamə” və “Filming Azerbaijan” studiyaları, eləcə də, Azərbaycan Dövlət Film Fondu əhatə olunmuş, tabelikdə olan studiyalara auditlə əhatə olunan dövrdə dövlət vəsaiti ayrılmamış və icra edilməmişdir. Auditlə ümumilikdə 10,7 mln. manat vəsaiti əhatə edilmişdir.
Hesablama Palatasının əvvəlki illərdə həyata keçirdiyi audit eyni predmet məsələləri əhatə etmiş, cari auditlə ötən nəzarət tədbirinin nəticələri üzrə tədbirlərin həyata keçirilmədiyi və nöqsanların aradan qaldırılmadığı müəyyən olunmuşdur. Belə ki, kinematoqrafiya sahəsində hüquqi aktların təkmilləşdirilməməsi ötən dövr ərzində də dövlət sifarişinin əhatə dairəsinin və filmlərin bu dairəyə uyğunluğunun qiymətləndirilməsi, həmçinin müsabiqələrin ədalətlilik və şəffaflıq prinsiplərinə uyğun keçirilməsi imkanlarını məhdudlaşdırmışdır.
Əvvəlki auditlə müəyyən edildiyi kimi, cari auditdə də dövlət vəsaitlərinə tələbat və icra göstəriciləri arasında kəskin fərqlər olmuş, filmlərin istehsalında ilkin olaraq özəl studiyaların iştirakı proqnozlaşdırılmasa da, il ərzində bu studiyalara 9 film ilə bağlı vəsait ödənilmiş, icra zamanı ilkin nəzərdə tutulandan 2,7 dəfə az sayda bədii film çəkilmiş, 1 filmə proqnozlaşdırılmış məbləğdən 34,8% daha çox vəsait sərf edilmişdir.
Cari auditlə keçirilmiş müsabiqələrin nəticəsi kimi seçilmiş layihə və ssenarilər üzrə müqavilələrin bir çox hallarda bağlanılmadığı, növbəti illərdə isə yenidən analoji müsabiqələrin keçirildiyi müəyyən olunmuş, 2015-2020-ci illərdə 282,5 min manat məbləğində satın alınmış 20 ssenari üzrə film istehsal edilməmişdir.
2022-ci ili əhatə edən müsabiqə gecikdirmələrlə icra olunmuş, 2023-cü ildə isə auditin əhatə etdiyi dövrün sonunadək müqavilələr bağlanılmamış və layihələrin icrası təmin olunmamış, vəsaitin icra səviyyəsinin aşağı olması da məhz bu amillərlə bağlı olmuşdur.
Auditin əhatə etdiyi illərdə müsabiqələrdə iştirak etməyən filmlər də maliyyələşdirilmiş, 2 dövlət studiyasına 922,1 manat, digər studiyalar üzrə 6 filmə 3,5 mln. manat büdcə vəsaiti əvvəlki illərdə müsabiqədənkənar layihələr üzrə yönəldilmişdir.
Seçilmiş ssenarilər üzrə çəkilməsinə qərar verilmiş bəzi filmlər müxtəlif səbəblərdən konservasiya edilmişdir ki, bu da maliyyələşdirilmiş hissə üzrə vəsaitin səmərəsiz xərclənməsinə yol açmışdır. Bu halların bəziləri üzrə, ümumiyyətlə, filmin istehsalının başlanılması barədə müvafiq əmr verilməmiş, həmçinin film istehsalı işlərinin müvəqqəti dayandırılması və ya xitam verilməsi müvafiq əmrlə rəsmiləşdirilməmişdir. 2022-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə bağlanmış 3, "Salnamə" studiyası ilə bağlanmış 1 müqavilənin icrası başa çatdırılmamış, həmin müqavilələr üzrə 304,7 min manat vəsait ödənilmişdir.
Əvvəlki auditdə olduğu kimi, bu auditlə də bir sıra hallarda bağlanılmış müqavilələrin icra müddəti bitdikdən sonra, filmin başa çatdırılmaması səbəbindən bir sıra hallarda əlavələr edilməklə müqavilənin icra müddətinin uzadıldığı, bəzi hallarda belə uzadılmaya rəğmən istehsalın başa çatdırılmadığı, auditin əhatə etdiyi dövrdə bu halların 3,0 mln. manata yaxın vəsaiti əhatə etdiyi müəyyən olunmuşdur.
Ümumiyyətlə, həm ötən, həm də cari auditin nəticələrinə əsaslanaraq filmlərin dövlət kinostudiyalarında istehsalının təmin edilməsində əsas məqsədin həmin kinostudiyaların saxlanılma məqsədi daşıdığını, filmlərin dəyərinin bu məqsəd üzrə müəyyənləşdirildiyini qeyd etmək olar.
Dövlət və özəl studiyalarda 2022-2023-cü illərdə istehsal olunan filmlərin müqavilə üzrə qeyd olunmuş parametrlərinin (həcmi, növü, formatı) Dövlət Film Fonduna təhvil verilmiş göstəriciləri ilə müqayisəsi bu ya digər istiqamətdə fərqlərin olduğunu göstərmişdir.
Dövlət sifarişlərinin yerinə yetirilməməsi səbəbindən bir sıra hallarda kinostudiyalarla bağlanılmış müqavilə çərçivəsində filmlərin istehsalına ayrılmış vəsaitin icra prosesində təyinatının dəyişdirilməsi hallarına yol verilmiş, bəzi hallarda isə müştərək maliyyələşmə üzrə öhdəliklər yerinə yetirilməmişdir ki, bu məqamlar da filmlərin ilkin dəyərinin artıq müəyyənləşdirildiyini qeyd etmək imkanı verir. Həmçinin bağlanılmış müqavilənin şərtləri pozularaq çəkilmiş filmin müstəsna yayım hüququnun Nazirliyin razılığı alınmadan üçüncü şəxsə verilməsi halı da müəyyən olunmuşdur.
Nazirlik tərəfindən tədbirlərin keçirilməsi ilə bağlı satınalmalarda ehtimal olunan qiymətin bir çox hallarda müəyyənləşdirilməməsi eyni xidmət üzrə fərqli qiymətlərin formalaşmasına səbəb olmuş, eləcə də müqavilələrin düzgün tərtib edilməməsi və qüvvədə olan normalara əməl olunmaması artıq xərclərə yol açmışdır. Bəzi hallarda təsdiqedici sənədlərin alınmaması vəsait-nəticə uyğunluğunun ədalətli müəyyənləşdirilməsinə şərait yaratmamış, bir sıra hallarda tədbirlərin və müqavilələrin müddətlərinin uyğunlaşdırılmaması xidmətin dəyərinin daha uzun müddət üçün ödənilməsi ilə artıq vəsait icrasına səbəb olmuşdur.
Dövlət büdcəsindən filmlərin çəkilməsi və tədbirlərin keçirilməsi üçün ayrılmış vəsait hesabına xarici ölkələrdə və respublika daxilində keçirilən kino tədbirlərində iştirak etmək üçün bəzi hallarda xərclər təkrar maliyyələşdirilmiş, həmçinin xarici ölkələrdə fəaliyyət göstərən rejissorların dövlət sifarişi ilə çəkilməyən filmlərinin festivallarda iştirakının maliyyələşdirilməsinə vəsait ödənildiyi müəyyən olunmuşdur.
Dövlət sifarişi ilə çəkilmiş filmlərdən əldə edilmiş gəlirlərin kinostudiyaların daxilolmalarında kiçik paya malik olması, həmçinin filmlərin gecikdirmələrlə başa çatdırılması və ya konservasiya edilməsi kino istehsalı üzrə fəaliyyətin müasir çağırışlara uyğunlaşmadığı nəticəsini formalaşdırmışdır. Belə ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına filmlərin nümayiş hüququna görə vəsait əsasən sovetlər dövründə istehsal olunmuş filmlərin nümayişindən daxil olmuş, dövlət sifarişi ilə istehsal olunan filmlərin nümayişi ilə bağlı Nazirliyin tabeliyində olan “Nizami” Kino Mərkəzində 2022-ci ildə cəmi 8, 2023-cü ilin yanvar-iyul aylarında isə cəmi 14 milli film nümayiş etdirilmiş və bu filmlərin hamısı özəl kinostudiyalarda istehsal olunmuşdur.
Dövlət sifarişi əsasında 2022-2023-cü illərdə istehsalı başa çatdırılmış 15 bədii, sənədli və animasiya filmi beynəlxalq festivallarda iştirak etməmiş, 5 film isə müxtəlif festivallarda iştirak edərək 1 və ya daha çox mükafata layiq görülmüşdür.
Ötən auditdə olduğu kimi, cari auditlə də müəllif qonorarları və sair ödənişləri tənzimləyən hüquqi aktların uzun illər əvvəl qəbul olunması və yenilənməməsinin bir sıra artıq və düzgün olmayan ödənişlərə səbəb olduğu müəyyənləşdirilmişdir. Eləcə də, bu aktlarda yaradıcı heyət üzrə tərkibin konkret müəyyənləşdirilməməsi digər köməkçi heyət kimi ayrı-ayrı şəxslərlə müqavilələrin bağlanmasına da şərait yaratmışdır ki, nəticədə dövlət vəsaitlərinin təyinatı üzrə və düzgün istifadəsində risklər formalaşmışdır.
Bəzi hallarda filmlərin çəkilişində iştirak edən digər icraçılar tərəfindən hesabatlılığın təmin edilməməsi məqsəd-nəticə uyğunluğunun qiymətləndirilməsi imkanlarını məhdudlaşdırmış, eyni işlər üzrə təkrar ödəmələrin aparılması və filmlərin tam dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi ilə nəticələnmişdir.
Vergi qanunvericiliyinin tələblərinin gözlənilməməsi dövlət büdcəsinin gəlirləri ilə bağlı öhdəliyin tam yerinə yetirilməməsi ilə nəticələnmiş, eləcə də film istehsalı ilə bağlı bağlanan mülki-hüquqi müqavilələr üzrə ödəmələrin təsdiq olunmuş haqlara uyğun nəzərdə tutulmaması və aylıq ödəniş haqqı nəzərdə tutulmayan istiqamətlərə vəsait ödənilməsi məqsədli ayırmalara əlavə tələbat formalaşdırmışdır.
Kinostudiyaların zəruri və müasir avadanlıqlarla təchiz olunmaması film istehsalının keyfiyyətinə təsir edən əsas amillərdən biri olmuş, bu müəssisələr tərəfindən dövlət əmlakından səmərəli istifadə edilməmiş və hesabatlılıqda nöqsanlara yol verilmiş, mühasibat uçotunun müvafiq qaydada aparılması təmin olunmamışdır. Qəbul edilmiş Kollegiya qərarında kinostudiyalar üzrə hesablanmamış və uçota alınmamış vergi və sosial ödənişlərin dəqiqləşdirilmiş vergi bəyannaməsinə daxil edilərək şəxsi hesablara işlənilməsi, bəzi istiqamətlər üzrə artıq ödənilmiş və hesabda qalmış vəsaitlərin bərpası, avadanlıqların uçota alınması nəzərə alınmış, aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin olma ehtimalı diqqətə alınaraq müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.
Son Xəbərlər
Almaniyada vətəndaşlığın verilməsi qaydaları sərtləşdirilə bilər
18 Noyabr 2026 17:53
Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq
18 Noyabr 2026 17:39
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü - Fotolar
18 Noyabr 2026 17:32
44 yaşında üçüncü dəfə ana oldu - Fotolar
18 Noyabr 2026 17:31
Dənizdə batan gənc Aviasiya Akademiyasının tələbəsi imiş
18 Noyabr 2026 17:24
Ayxan Abbasov Şahruddinin açıqlamasına münasibət bildirdi - “Fikrini tam izah edə bilməyib”
18 Noyabr 2026 17:20
HƏRBİ XİDMƏTƏ YENİ ÇAĞIRILMIŞ ƏSGƏRLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB
18 Noyabr 2026 17:14
“Şamaxinka”dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi
18 Noyabr 2026 17:11
Antalyaya uçan Rusiya təyyarəsində bomba təhlükəsi xəbərdarlığı edildi
18 Noyabr 2026 17:08
Küləklə bağlı - Xəbərdarlıq
18 Noyabr 2026 17:07
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
18 Noyabr 2026 17:05
Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün antikorrupsiya davranışının formalaşdırılması mövzusunda təlim keçirilib
18 Noyabr 2026 17:01
Respublika Fənn Olimpiadalarında iştirak üçün son 1 gün!
18 Noyabr 2026 16:58
Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi
18 Noyabr 2026 16:56
Bakıda 21° isti olacaq
18 Noyabr 2026 16:14
Mbappe Ardanın müqaviləsinə sevindi - “Bu gecə daha yaxşı yatacam”
18 Noyabr 2026 16:10
Azərbaycan güləşçiləri Ermənistana gedəcək
18 Noyabr 2026 16:03
Çində Putinlə Tramp arasında qısa söhbət
18 Noyabr 2026 16:00
Qaradağda ədliyyə işçilərinin peşə bayramı münasibətilə tədbir - Fotolar
18 Noyabr 2026 15:57
Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin alınmasına dair sənədlərin qəbulu elan edilib
18 Noyabr 2026 14:57
ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olundu - Fotolar
18 Noyabr 2026 14:52
Fuad Muradovun müavinlərinin sayı artırıldı - Fərman
18 Noyabr 2026 14:50
Peşə təhsili beynəlxalq standartlara uyğunlaşdırılır
18 Noyabr 2026 14:48
Həmkəndlisinin qulağını dişləyib qopardı
18 Noyabr 2026 14:45
Sumqayıt bulvarında 20 yaşlı gənc dənizdə batdı
18 Noyabr 2026 14:43
23 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı
18 Noyabr 2026 13:58
“Ermənistandan keçən 42 kilometrlik hissə ilə bağlı danışıqlar aparılır”
18 Noyabr 2026 13:55
Ramiz Mehdiyev cəzasından narazıdır - Şikayət verdi
18 Noyabr 2026 13:11
Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar
17 Noyabr 2026 18:33
Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü
17 Noyabr 2026 18:29
Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO
17 Noyabr 2026 18:27
Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto
17 Noyabr 2026 18:17
Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq
17 Noyabr 2026 18:15
Millimiz İraqla qarşılaşır
17 Noyabr 2026 18:10
Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar
17 Noyabr 2026 18:08
“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”
17 Noyabr 2026 18:04
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar
17 Noyabr 2026 17:59
Putinlə ikitərəfli görüş keçirmək istəyir
17 Noyabr 2026 17:50
Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar
17 Noyabr 2026 17:46
Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi
17 Noyabr 2026 16:24
Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar
17 Noyabr 2026 16:14
“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
17 Noyabr 2026 13:54
Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
17 Noyabr 2026 13:24
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub
17 Noyabr 2026 12:55
Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto
17 Noyabr 2026 12:53
DİA ilə bağlı iddialara - Rəsmi cavab
17 Noyabr 2026 12:49
Sabah hava necə olacaq?
17 Noyabr 2026 12:44
Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü
16 Noyabr 2026 15:43
Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib
16 Noyabr 2026 15:40
Taleh Kazımov: "Qlobal çağırışlara baxmayaraq iqtisadi artımımız davam edib"
16 Noyabr 2026 13:55
Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"
16 Noyabr 2026 13:27
“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva
16 Noyabr 2026 13:22
Aynur Elgünəş əməliyyat olundu
13 Noyabr 2026 17:52
İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi
13 Noyabr 2026 17:48
Küləklə bağlı - Xəbərdarlıq
13 Noyabr 2026 17:44
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir
13 Noyabr 2026 17:40
Baş Prokurorluğun nümayəndəsi Haaqada elektron sübutlar və gender əsaslı kibercinayətlərlə bağlı müzakirələrə qatılıb
13 Noyabr 2026 17:30
“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüş keçirdi - Fotolar
13 Noyabr 2026 17:28
“ASAN xidmət”in qarşısında hamilə qadın qətlə yetirildi
13 Noyabr 2026 17:25
“Gənc bəstəkarlar yanıma gəlib ağlayırlar, işə götürülmürlər”
13 Noyabr 2026 17:24
DOST Agentliyinin işdən çıxarılan əməkdaşı ilə bağlı - Açıqlama
13 Noyabr 2026 17:21
“Azərbaycan Avropa üçün çoxtərəfli diplomatiya sahəsində mühüm tərəfdaşdır”
13 Noyabr 2026 16:55
Məktəblərdə bir həftə dərs olmayacaq
13 Noyabr 2026 15:06
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video
13 Noyabr 2026 14:57
Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
13 Noyabr 2026 14:52
Arvadına xəyanət etməyən yeganə milyarder...
13 Noyabr 2026 14:35
“Azərbaycanın sülh təşəbbüsləri regionun inkişafına xidmət edir”
13 Noyabr 2026 14:28
Polad Həşimovun anasının vəziyyəti necədir?
13 Noyabr 2026 14:25
Şəhidin ata-anası qəzada yaralandı - Fotolar
13 Noyabr 2026 13:52
İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
13 Noyabr 2026 13:48
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
13 Noyabr 2026 13:42
Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaşları qəbul edəcək
13 Noyabr 2026 13:36
“Gənclərin ailə qurmağa marağı azalır”
13 Noyabr 2026 13:32
Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
13 Noyabr 2026 13:29
22° isti... - Sabahın havası
13 Noyabr 2026 13:26
Ölkədə bir şagirdə 1700 manat xərclənir
13 Noyabr 2026 13:18
Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
12 Noyabr 2026 15:46
General Natiq Əliyevin qızı saxlanıldı
12 Noyabr 2026 15:44
Əliyevlə Zelenski Dublində görüşdü - Fotolar
12 Noyabr 2026 15:41
Bu instituta icraçı direktor təyin olundu
12 Noyabr 2026 15:35
İrlandiyanın Baş naziri Prezidenti qarşıladı
12 Noyabr 2026 15:33
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
12 Noyabr 2026 15:29
AFFA-nın keçirdiyi liqada biabırçılıq
12 Noyabr 2026 14:25
Bakıda yanıq xəsarətləri alan şəxs ölüb.
12 Noyabr 2026 14:23
Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanıb
12 Noyabr 2026 14:16
Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
12 Noyabr 2026 14:14
Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
12 Noyabr 2026 14:11
Qubada qəbiristanlıqdan meyit tapıldı
12 Noyabr 2026 14:08
Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi
12 Noyabr 2026 14:06
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
12 Noyabr 2026 13:05
Sabah 20° isti olacaq
12 Noyabr 2026 13:02
Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək
12 Noyabr 2026 12:59
Evdə halı pisləşən gənc qız dünyasını dəyişdi - onun 25 yaşı olduğu deyilir
12 Noyabr 2026 12:54
Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi - Fotolar
11 Noyabr 2026 19:21
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
11 Noyabr 2026 19:19
Ermənistan həmin hüququndan məhrum edildi
11 Noyabr 2026 19:17
Gəncədə “TIR” sərnişin avtobusuna çırpıldı
11 Noyabr 2026 19:15
“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”
11 Noyabr 2026 19:12
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
11 Noyabr 2026 19:11
Məzuniyyətin pulla əvəzlənməsinin qadağan olunması təklif edilir
11 Noyabr 2026 19:09
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
11 Noyabr 2026 19:07
Millimiz İsveçrəyə məğlub oldu
11 Noyabr 2026 19:05
Arvadının iynə vurduğu kişi öldü
11 Noyabr 2026 19:03
Şamaxıda qadın su çənində boğuldu
11 Noyabr 2026 19:01
Zelenski sabah onlarla görüşəcək
11 Noyabr 2026 18:48
Rəna Soltanovanın təşkilatçılığı ilə VI Estetik Tibb Konfransı böyük uğurla baş tutub - Fotolar
11 Noyabr 2026 18:35
Xocavənd rayonunda mina hadisəsi baş verib
11 Noyabr 2026 18:18
Bu ərazilərdə qaz kəsiləcək
11 Noyabr 2026 18:09
Paşinyan Ərdoğan və Pezeşkianla görüşdü
11 Noyabr 2026 18:05
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
11 Noyabr 2026 14:21
“Burger King” paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı! - Fotolar
11 Noyabr 2026 13:57
Prezident həmkarına başsağlığı verdi
11 Noyabr 2026 13:44
Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlandı
11 Noyabr 2026 13:40
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər
11 Noyabr 2026 13:37
Şöbə rəisi qəfil vəfat etdi
11 Noyabr 2026 13:28
Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşdü - Fotolar
11 Noyabr 2026 13:14
Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı
11 Noyabr 2026 12:42
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11 Noyabr 2026 12:23
2 nəfər dəm qazından boğuldu
11 Noyabr 2026 12:20
FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib
11 Noyabr 2026 12:10
Daxili işlər nazirinin Gəncədə keçirəcəyi vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdi
11 Noyabr 2026 12:04
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
11 Noyabr 2026 11:59
Dünənin Xəbərləri
Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar
17 Noyabr 2026 18:33
Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü
17 Noyabr 2026 18:29
Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO
17 Noyabr 2026 18:27
Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto
17 Noyabr 2026 18:17
Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq
17 Noyabr 2026 18:15
Millimiz İraqla qarşılaşır
17 Noyabr 2026 18:10
Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar
17 Noyabr 2026 18:08
“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”
17 Noyabr 2026 18:04
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar
17 Noyabr 2026 17:59
Putinlə ikitərəfli görüş keçirmək istəyir
17 Noyabr 2026 17:50
Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar
17 Noyabr 2026 17:46
Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi
17 Noyabr 2026 16:24
Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar
17 Noyabr 2026 16:14
“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
17 Noyabr 2026 13:54
Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
17 Noyabr 2026 13:24
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub
17 Noyabr 2026 12:55
Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto
17 Noyabr 2026 12:53
DİA ilə bağlı iddialara - Rəsmi cavab
17 Noyabr 2026 12:49
Sabah hava necə olacaq?
17 Noyabr 2026 12:44
Köşə
kriminal
Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
1 Sentyabr 2026 13:09
Böyükağa Abdullayev
Meşələrdə itib-batan milyonlar – Nazirliyin odunçuluq biznesi
17 Noyabr 2023 15:35
Böyükağa Abdullayev
Çörəyin Ucuzlaşması Onun Çəkisinə və Keyfiyyətinə Təsir Göstərməməlidir - TƏHLİL
1 Noyabr 2023 9:51
Gülşən Məmmədoğlu
Rusiya üçün Ermənistana sahiblənməkdən daha önəmli olan nədir?
22 Oktyabr 2023 14:20
Kamal Əliyev
Ermənistan 3+3 formatına razılaşır?
20 Oktyabr 2023 12:10
Kamal Əliyev
Paşinyan Meğri məsələsində güzəştə gedəcəkmi?
18 Oktyabr 2023 14:57
Rəşad Ergün
Rövnəq Abdullayev, milli komanda və "peraşki"
18 Oktyabr 2023 12:29
Ələddin Rüstəmli
İsrail-Fələstin münaqişəsində haqlı tərəf hansıdır?
12 Oktyabr 2023 22:13