Qeyd olunur ki, son istilik dalğası və enerji qiymətlərinin dinamikası taxıl, bitki yağları və şəkərin qiymətlərinin artmasına səbəb olub.
Xüsusilə, Taxıl Qiymətləri İndeksi iyun ayı ilə müqayisədə 3,4%, ötən ilin iyul ayı ilə müqayisədə isə 6,9% yüksək olub.
FAO-nun məlumatına görə, Qara dəniz bölgəsindən davam edən ixrac fasilələri və son istilik dalğalarının bir neçə əsas istehsalçı ölkədə məhsuldarlığa təsiri ilə bağlı narahatlıqlar buğda qiymətlərinin 5,8% artmasına səbəb olub.
Eyni zamanda, qlobal qarğıdalı qiymətləri ABŞ-nin bəzi yerlərində isti və quru hava şəraiti və artan geosiyasi gərginlik fonunda 3,6% artıb.
Hesabat dövründə ət qiymətləri indeksi 2,8% azalıb. FAO-nun məlumatına görə, bu, 2026-cı ildə ilk azalmadır.
Məlumata görə, süd məhsullarının qiymətləri indeksi də 0,7% azalıb.