CNN-in yalanları ifşa olunur: Saxta iddialara hüquqi cavab - FOTO
Azərbaycan ona qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsi ilə əlaqədar ABŞ-nin federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb.
CNN-in 5 iyun 2026-cı il tarixli məqaləsində Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edildiyi barədə bir sıra təxribat xarakterli iddialar yer alıb. Məqalədə, xüsusilə İsrail xüsusi təyinatlılarının Azərbaycanın cənubunda, İran sərhədinə yaxın bir neçə ərazidən fəaliyyət göstərdiyi, həmin məntəqələrdən kəşfiyyat və pilotsuz uçuş aparatları əməliyyatlarını həyata keçirdiyi barədə konkret iddialar səsləndirilib.
Materialda, həmçinin Azərbaycanda dinləmə cihazları və digər kəşfiyyat avadanlıqlarının əvvəlcədən yerləşdirildiyi və bunun İrana qarşı sonrakı əməliyyatlara hazırlıq məqsədi daşıdığı barədə məlumatlara yer verilib. Sözügedən məqalədə Azərbaycan İran ərazisinə qarşı həyata keçirilən hərbi və kəşfiyyat fəaliyyətinin mümkün iştirakçısı kimi dünyaya təqdim edilib.
Azərbaycan ərazisinin xarici qüvvələr tərəfindən qonşu və üçüncü ölkələrə qarşı istifadəyə heç zaman imkan verilmədiyi barədə dəfələrlə verilən bəyanatlara baxmayaraq, bu kimi saxta iddiaların CNN-də qəsdən dərc edilməsi Azərbaycanın haqlı narazılığına səbəb olub. Rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycan uzun müddət ərzində regional sülh və sabitliyin təmin edilməsinə, eləcə də bütün qonşu dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət və suverenliyə əsaslanmasına yönələn siyasət həyata keçirib.
Qeyd etmək lazımdır ki, CNN materialının müəlliflərindən biri olan Tim Listerin əvvəlki materiallarında da Azərbaycanla bağlı birtərəfli yanaşma müşahidə edilib. O, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri zamanı da dərc etdiyi məqalələrdə ölkəmizə qarşı qərəzli iddialar yayımlayıb. Məsələn, 2020-ci il oktyabrın 1-də, Vətən müharibəsinin davam etdiyi bir vaxtda müəllif Azərbaycana Qarabağda döyüşmək üçün Suriyadan muzdlu döyüşçülərin gətirilməsi ilə bağlı böhtan atıb. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məsələyə dair bəyanat yayaraq bildirmişdi ki, ölkəmizə qarşı yalan və iftira qarayaxma kampaniyasının aparıldığı müşahidə edilir:
"Heç bir fakta əsaslanmayan, uydurma şəxslərlə müsahibələr şəklində yayılan bu iddiaların arxasında Ermənistanın durduğu heç bir şübhə doğurmur".

Tim Listerin Azərbaycan əleyhinə fəaliyyətləri bununla bitmir. O, 2023-cü ilin 21 sentyabrında yenə də Qarabağ separatçılarına dəstəyi, Azərbaycana şər-böhtanı özündə ehtiva etdirən növbəti məqalə ilə gündəmə gəlib. Qərəzli müəllif guya Laçın yolunun blokadaya alındığını yazaraq, mövqeyini ortaya qoyub. Əvvəlcə qeyd etmək lazımdır ki, Laçın Azərbaycan ərazisidir və bir ölkə öz ərazisini blokadaya almır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda apardığı mübarizəyə "blokada" donu geyindirmək beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla yanaşı, terror və separatçı fəaliyyətlərə dəstəkdir. Elə həmin ilin 11 yanvarında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə Xankəndi-Laçın yolundakı vəziyyəti müzakirə edərkən də bildirmişdi ki, guya Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin blokadaya alınması, bölgədə humanitar fəlakət yaranması barədə iddialar tamamilə əsassızdır.
Bu baxımdan, iyunun 5-də sözügedən müəllifin çalışdığı media orqanında Azərbaycan əleyhinə yazdığı məqalə də əvvəlki qərəzli münasibətin əyani sübutudur və bütün bunlar hüquqi prosedurun başlaması üçün əsas yaradır. Məsələ burasındadır ki, CNN materialın dərcindən əvvəl Azərbaycan tərəfinin mövqeyindən xəbərdar olub. Qurumun sorğusuna cavab olaraq, Azərbaycan tərəfi bu iddiaları rəsmən təkzib edib və Azərbaycan ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirib. Buna baxmayaraq, materialda Azərbaycanın təqdim etdiyi mövqe adekvat şəkildə əks etdirilməyib, əsas iddialar isə anonim mənbələrə istinadla təqdim edilib. Materialın dərcindən sonra Azərbaycan tərəfi CNN-dən sözügedən iddiaların təkzib edilməsini və materiala düzəliş verilməsini rəsmən tələb edib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də müvafiq açıqlama verib və iyunun 5-də "CNN World" xəbər kanalının internet səhifəsində dərc olunan məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddiaların tamamilə əsassız olduğu və onların qətiyyətlə rədd edildiyi bildirilib.
Bu baxımdan, 6 iyun, 23 iyun və 2 iyul 2026-cı il tarixlərində Azərbaycan tərəfi CNN-ə yenidən rəsmi məktublar göndərərək materialda yer alan iddiaların təkzib edilməsini və düzəlişlərin aparılmasını tələb edib. CNN Azərbaycanın haqlı tələblərini araşdırmağa söz versə də, bu müddət ərzində heç bir əməli tədbir görməyib və irəli sürdüyü saxta iddiaları təkzib etməyib. Bu davranış fonunda Azərbaycan CNN-ə qarşı ABŞ-nin Delaver ştatı üzrə federal məhkəməsində (media qurumunun rəsmi təsis edildiyi ştatda) iddia qaldırıb və iddia tələbi 17 avqust 2026-cı il tarixində rəsmən məhkəməyə təqdim edilib.
Qeyd etmək yerinə düşər ki, hələ 2025-ci ilin 14 iyununda da XİN başçısı Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığında da Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən, qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığını vurğulayıb.

Beləliklə, Azərbaycan tərəfi həm CNN materialının dərcindən əvvəl, həm də material yayımlandıqdan sonra öz mövqeyini dəfələrlə və aydın şəkildə ifadə edib, eyni zamanda, yayılan məlumatların təkzib olunması ilə bağlı tələbi rəsmi qaydada CNN-in diqqətinə çatdırıb. Lakin bu mövqeyə CNN tərəfindən nümayişkaranə şəkildə məhəl qoyulmaması Azərbaycan tərəfinin media qurumuna qarşı ABŞ-də hüquqi müstəvidə rəsmi addım atmasına səbəb olub.
Ümumiyyətlə, bu media qurumunun faktları təhrif edib özünə sərf edən istiqamətdə geniş auditoriyaya təqdim etməsi ilk belə hal deyil. Məsələ burasındadır ki, ölkələrin təsir və təzyiqlərinə boyun əyməyən dövlətlərə, hakimiyyətlərə qarşı özünü qərb demokratiyasının və söz azadlığının nümunəsi kimi qələmə verən bu və bu kimi media qurumlarının qərəzli fəaliyyətləri adi hala çevrilib.
Sübut üçün daha bir nümunə göstərmək yerinə düşər. Belə ki, 2013-cü ilin 17 iyununda Rəcəb Tayyib Ərdoğan Türkiyənin baş naziri olarkən İstanbulda keçirilən Ədalət və İnkişaf Partiyasının mitinqinə aid görüntüləri "CNN International" kanalı hökumətə müxalif olanların aksiyası kimi qələmə vermiş, Türkiyənin hökumət başçısı da buna sərt etirazını bildirmişdi:
"Çox maraqlıdır, CNN-ə baxın, nə yayımlayır? Türkiyə hökumətinə qarşı etiraz mitinqi deyir. Təsəvvür edə bilirsiniz, CNN-in yayımı budur. Daha sonra isə utanmadan, çəkinmədən əks-reaksiyalar gələndə yayımı silir".
Təbii ki, bütün bunlar sözügedən media orqanının fəaliyyətinin hansı istiqamətdə qurulduğunun bariz nümunələrindəndir.
Gələk əsas məsələyə - Azərbaycanın CNN-ə qarşı ABŞ məhkəməsində qaldırdığı iddiaya. Məgər rəsmi təkzib olduğu halda, anonim mənbələrə əsaslanan ciddi ittihamlar nə qədər real faktlar kimi ictimaiyyətə təqdim oluna və jurnalist araşdırması olmaqdan çıxıb məsuliyyətsiz informasiya yayımına çevrilə bilər?
"CNN World"də Azərbaycanla bağlı yayımlanan material da bu baxımdan ciddi müzakirə doğurdu. CNN-in yaydığı materialda söhbət sıradan siyasi qiymətləndirmədən getmir. Söhbət Azərbaycan ərazisinin qonşu İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarında istifadə olunmasından gedir. Belə bir iddia Azərbaycanın xarici siyasətinə, İranla münasibətlərinə və ümumilikdə regional təhlükəsizlik mühitinə birbaşa təsir göstərə biləcək xarakter daşıyır. Belə vəziyyətdə ən azı iki sual açıq qalır: iddianı təsdiqləyən sübut və Azərbaycan tərəfinin təqdim etdiyi təkzibin materialın əsas məzmununu dəyişəcək dərəcədə nəzərə alınmaması. Niyə?
Xatırlatmaq yerinə düşər ki, Milli Məclisin Xarici müdaxilə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası da iyunun 5-də CNN-dən səsləndirdiyi iddiaları sübut etməyi tələb edib. Bəyanatda qeyd olunub ki, 2026-cı il iyunun 5-də CNN transmilli media şirkəti "İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq Azərbaycana qoşun göndərdi" başlıqlı məqaləsində adları açıqlanmayan mənbələrə istinad edərək Azərbaycana qarşı informasiya təxribatına yol verib.
Bəs bütün bunların fonunda iddianı təsdiqləyən sübut niyə yoxdur? Cavab sadə və sualsızdır - YOXDUR!
Bu baxımdan, mübahisə məhkəmə mərhələsinə keçir. Çünki Azərbaycan tərəfinin dəfələrlə CNN-dən təkzib və düzəliş tələb etməsinə baxmayaraq, heç bir fakt ortaya qoyulmayıb. 6 iyun, 23 iyun və 2 iyul tarixlərində də CNN-ə rəsmi məktublar göndərilib və nəticədə Azərbaycan 17 avqust 2026-cı ildə ABŞ-nin Delaver ştatı üzrə federal məhkəməsində iddia qaldırıb. Bu, CNN üçün ciddi siqnaldır. Çünki iddiaların əsas dayağı yalnız anonim mənbələrdirsə və əlavə təsdiqləyici material yoxdursa, Azərbaycan məhkəməni qazanan tərəf olacaq və bu halda məsələ media məsuliyyəti baxımından daha ciddi suallar doğuracaq. Çünki Azərbaycanın mövqeyi aydındır: ölkə ərazisinin başqa dövlətə qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə yol verilməyib və verilməyəcək. Bu mövqe rəsmi Bakının bəyanatlarında dəfələrlə təsdiqini tapıb. Əksini iddia edən CNN-in əlində isə heç bir rəsmi fakt yoxdur.
Son Xəbərlər
Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar
17 Noyabr 2026 18:33
Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü
17 Noyabr 2026 18:29
Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO
17 Noyabr 2026 18:27
Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto
17 Noyabr 2026 18:17
Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq
17 Noyabr 2026 18:15
Millimiz İraqla qarşılaşır
17 Noyabr 2026 18:10
Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar
17 Noyabr 2026 18:08
“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”
17 Noyabr 2026 18:04
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar
17 Noyabr 2026 17:59
Putinlə ikitərəfli görüş keçirmək istəyir
17 Noyabr 2026 17:50
Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar
17 Noyabr 2026 17:46
Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi
17 Noyabr 2026 16:24
Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar
17 Noyabr 2026 16:14
“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
17 Noyabr 2026 13:54
Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
17 Noyabr 2026 13:24
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub
17 Noyabr 2026 12:55
Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto
17 Noyabr 2026 12:53
DİA ilə bağlı iddialara - Rəsmi cavab
17 Noyabr 2026 12:49
Sabah hava necə olacaq?
17 Noyabr 2026 12:44
Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü
16 Noyabr 2026 15:43
Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib
16 Noyabr 2026 15:40
Taleh Kazımov: "Qlobal çağırışlara baxmayaraq iqtisadi artımımız davam edib"
16 Noyabr 2026 13:55
Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"
16 Noyabr 2026 13:27
“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva
16 Noyabr 2026 13:22
Aynur Elgünəş əməliyyat olundu
13 Noyabr 2026 17:52
İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi
13 Noyabr 2026 17:48
Küləklə bağlı - Xəbərdarlıq
13 Noyabr 2026 17:44
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir
13 Noyabr 2026 17:40
Baş Prokurorluğun nümayəndəsi Haaqada elektron sübutlar və gender əsaslı kibercinayətlərlə bağlı müzakirələrə qatılıb
13 Noyabr 2026 17:30
“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüş keçirdi - Fotolar
13 Noyabr 2026 17:28
“ASAN xidmət”in qarşısında hamilə qadın qətlə yetirildi
13 Noyabr 2026 17:25
“Gənc bəstəkarlar yanıma gəlib ağlayırlar, işə götürülmürlər”
13 Noyabr 2026 17:24
DOST Agentliyinin işdən çıxarılan əməkdaşı ilə bağlı - Açıqlama
13 Noyabr 2026 17:21
“Azərbaycan Avropa üçün çoxtərəfli diplomatiya sahəsində mühüm tərəfdaşdır”
13 Noyabr 2026 16:55
Məktəblərdə bir həftə dərs olmayacaq
13 Noyabr 2026 15:06
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video
13 Noyabr 2026 14:57
Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
13 Noyabr 2026 14:52
Arvadına xəyanət etməyən yeganə milyarder...
13 Noyabr 2026 14:35
“Azərbaycanın sülh təşəbbüsləri regionun inkişafına xidmət edir”
13 Noyabr 2026 14:28
Polad Həşimovun anasının vəziyyəti necədir?
13 Noyabr 2026 14:25
Şəhidin ata-anası qəzada yaralandı - Fotolar
13 Noyabr 2026 13:52
İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
13 Noyabr 2026 13:48
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
13 Noyabr 2026 13:42
Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaşları qəbul edəcək
13 Noyabr 2026 13:36
“Gənclərin ailə qurmağa marağı azalır”
13 Noyabr 2026 13:32
Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
13 Noyabr 2026 13:29
22° isti... - Sabahın havası
13 Noyabr 2026 13:26
Ölkədə bir şagirdə 1700 manat xərclənir
13 Noyabr 2026 13:18
Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
12 Noyabr 2026 15:46
General Natiq Əliyevin qızı saxlanıldı
12 Noyabr 2026 15:44
Əliyevlə Zelenski Dublində görüşdü - Fotolar
12 Noyabr 2026 15:41
Bu instituta icraçı direktor təyin olundu
12 Noyabr 2026 15:35
İrlandiyanın Baş naziri Prezidenti qarşıladı
12 Noyabr 2026 15:33
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
12 Noyabr 2026 15:29
AFFA-nın keçirdiyi liqada biabırçılıq
12 Noyabr 2026 14:25
Bakıda yanıq xəsarətləri alan şəxs ölüb.
12 Noyabr 2026 14:23
Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanıb
12 Noyabr 2026 14:16
Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
12 Noyabr 2026 14:14
Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
12 Noyabr 2026 14:11
Qubada qəbiristanlıqdan meyit tapıldı
12 Noyabr 2026 14:08
Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi
12 Noyabr 2026 14:06
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
12 Noyabr 2026 13:05
Sabah 20° isti olacaq
12 Noyabr 2026 13:02
Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək
12 Noyabr 2026 12:59
Evdə halı pisləşən gənc qız dünyasını dəyişdi - onun 25 yaşı olduğu deyilir
12 Noyabr 2026 12:54
Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi - Fotolar
11 Noyabr 2026 19:21
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
11 Noyabr 2026 19:19
Ermənistan həmin hüququndan məhrum edildi
11 Noyabr 2026 19:17
Gəncədə “TIR” sərnişin avtobusuna çırpıldı
11 Noyabr 2026 19:15
“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”
11 Noyabr 2026 19:12
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
11 Noyabr 2026 19:11
Məzuniyyətin pulla əvəzlənməsinin qadağan olunması təklif edilir
11 Noyabr 2026 19:09
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
11 Noyabr 2026 19:07
Millimiz İsveçrəyə məğlub oldu
11 Noyabr 2026 19:05
Arvadının iynə vurduğu kişi öldü
11 Noyabr 2026 19:03
Şamaxıda qadın su çənində boğuldu
11 Noyabr 2026 19:01
Zelenski sabah onlarla görüşəcək
11 Noyabr 2026 18:48
Rəna Soltanovanın təşkilatçılığı ilə VI Estetik Tibb Konfransı böyük uğurla baş tutub - Fotolar
11 Noyabr 2026 18:35
Xocavənd rayonunda mina hadisəsi baş verib
11 Noyabr 2026 18:18
Bu ərazilərdə qaz kəsiləcək
11 Noyabr 2026 18:09
Paşinyan Ərdoğan və Pezeşkianla görüşdü
11 Noyabr 2026 18:05
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
11 Noyabr 2026 14:21
“Burger King” paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı! - Fotolar
11 Noyabr 2026 13:57
Prezident həmkarına başsağlığı verdi
11 Noyabr 2026 13:44
Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlandı
11 Noyabr 2026 13:40
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər
11 Noyabr 2026 13:37
Şöbə rəisi qəfil vəfat etdi
11 Noyabr 2026 13:28
Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşdü - Fotolar
11 Noyabr 2026 13:14
Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı
11 Noyabr 2026 12:42
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11 Noyabr 2026 12:23
2 nəfər dəm qazından boğuldu
11 Noyabr 2026 12:20
FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib
11 Noyabr 2026 12:10
Daxili işlər nazirinin Gəncədə keçirəcəyi vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdi
11 Noyabr 2026 12:04
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
11 Noyabr 2026 11:59
Dünənin Xəbərləri
Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar
17 Noyabr 2026 18:33
Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü
17 Noyabr 2026 18:29
Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO
17 Noyabr 2026 18:27
Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto
17 Noyabr 2026 18:17
Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq
17 Noyabr 2026 18:15
Millimiz İraqla qarşılaşır
17 Noyabr 2026 18:10
Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar
17 Noyabr 2026 18:08
“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”
17 Noyabr 2026 18:04
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar
17 Noyabr 2026 17:59
Putinlə ikitərəfli görüş keçirmək istəyir
17 Noyabr 2026 17:50
Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar
17 Noyabr 2026 17:46
Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi
17 Noyabr 2026 16:24
Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar
17 Noyabr 2026 16:14
“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
17 Noyabr 2026 13:54
Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
17 Noyabr 2026 13:24
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub
17 Noyabr 2026 12:55
Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto
17 Noyabr 2026 12:53
DİA ilə bağlı iddialara - Rəsmi cavab
17 Noyabr 2026 12:49
Sabah hava necə olacaq?
17 Noyabr 2026 12:44
Köşə
kriminal
Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
1 Sentyabr 2026 13:09
Böyükağa Abdullayev
Meşələrdə itib-batan milyonlar – Nazirliyin odunçuluq biznesi
17 Noyabr 2023 15:35
Böyükağa Abdullayev
Çörəyin Ucuzlaşması Onun Çəkisinə və Keyfiyyətinə Təsir Göstərməməlidir - TƏHLİL
1 Noyabr 2023 9:51
Gülşən Məmmədoğlu
Rusiya üçün Ermənistana sahiblənməkdən daha önəmli olan nədir?
22 Oktyabr 2023 14:20
Kamal Əliyev
Ermənistan 3+3 formatına razılaşır?
20 Oktyabr 2023 12:10
Kamal Əliyev
Paşinyan Meğri məsələsində güzəştə gedəcəkmi?
18 Oktyabr 2023 14:57
Rəşad Ergün
Rövnəq Abdullayev, milli komanda və "peraşki"
18 Oktyabr 2023 12:29
Ələddin Rüstəmli
İsrail-Fələstin münaqişəsində haqlı tərəf hansıdır?
12 Oktyabr 2023 22:13