Gələcəyin birlik modeli

18 Sentyabr 202618:37

Azərbaycanın dövlət başçısı İlham Əliyevin 15 sentyabrda  Bakıda keçirilən beynəlxalq konfransların, o cümlədən “Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının” iştirakçıları ilə görüşündə etdiyi çıxışda çox maraqlı bir məqam var.

Birlikdə olmağın, şərə və ədalətsizliyə qarşı birgə mübarizənin daha faydalı nəticələr verdiyindən danışan ölkə başçısı çıxışında bir neçə dəfə tarixə ekskurs edərək həm türk dünyasının, həm müsəlman aləminin ayrı-ayrı təşkilatlarda birləşərək gördükləri işlərin, Azərbaycanda bu birliklər tərəfindən keçirilən tədbirlərin önəmini vurğulayır. Və bu zaman üçüncü bir birlik modelini irəli sürərək, region olaraq Qafqazda yerləşən ölkə və xalqların birlikdə hərəkət edəcəyi və digər iki birlik modelinə qoşulacağı halda daha yüksək nəticələrə gəlinə biləcəyini vurğulayır. Yenə də yaxın tarixdən misal gətirən dövlət başçısı paytaxtı Naxçıvan olan Atabəylər dövlətinin zamanını xatırladaraq: “Türk dünyası və Qafqaz – bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır” deyir.

Çıxışının sonrakı hissəsində bir daha bu məsələyə qayıdan dövlət başçısı qeyd etdi ki: “Mən bir də qayıdıram ön sözümə ki, bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz”.

Hamımız bilirik ki, Türk dünyası və İslam aləmi müxtəlif təşkilatlar, birliklər şəklində on illərdir fəaliyyət göstərir. Lakin çıxışda vurğulanan “Qafqaz birliyi” uzun illərin tarixi arzusu və ideyası olsa da, hələ də hər hansı formada bir təşkilatda birləşmək mümkün olmayıb. Qafqaz birliyinin tarixin fərqli zamanlarında, fərqli formada ideya kimi necə ortaya çıxmasını azca araşdıranda görürük ki, bu ideyanın tarixi xeyli əvvələ gedir. Hələ 19-cu əsrdə və 20-ci əsrin əvvəllərində region ziyalıları, başda Mirzə Fətəli Axundov və gürcüstanlı mütəfəkkirlər Qafqaz xalqlarının ortaq taleyə malik olduğu haqda fikirlər səsləndirirdilər. 1918-ci ildə Rusiya imperiyasının süqut etdikdən sonra, 22 aprel 1918-də qurulub 26 may 1918-də dağılan “Zaqafqaziya Demokratik Federativ Respublikası”nı və “Şimali Qafqaz Xalqları İttifaqı”nı bu ideyanı ilk dəfə dövlətlərarası səviyyədə tətbiq etmək cəhdi saymaq olar.

SSRİ-nin qurulması ilə arxivə göndərilən ideya, elə məhz bu quruluşun dağılmağa başladığı zamanda, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində yenidən aktuallaşdı. Bu dəfə zamanın Azərbaycan və Gürcüstan liderləri ilə yanaşı Çeçenistanın ozamankı rəhbəri, rəhmətlik Cövhər Dudayevin də dəstəklədiyi “Qafqaz evi” ideyası ortaya atıldı və bütün Cənubi və Şimali Qafqaz xalqları bu ad altında birləşməsi təklif edildi.

Növbəti belə cəhd, artıq rəsmi dövlət başçıları tərəfindən edildi. 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze Tbilisidə “Sülh, sabitlik və təhlükəsizlik bəyanatı”nı imzalayaraq “Sülhsevər Qafqaz” və “Ümumi Qafqaz Evi” təşəbbüsünə rəsmi praktiki dəstək verdilər. Lakin tarix boyu edilən bütün cəhdlər kimi bu sonuncu cəhd də bir neçə səbəbdən uğursuzluğa düçar oldu. Bu səbəblərdən ən ciddiləri kimi, region ölkələri arasında baş verən etnik və ərazi münaqişələri, bölgə üzərində nüfuz uğrunda mübarizə aparan böyük güclərin və böyük dövlətlərin fərqli maraqları, Cənubi Qafqaz ölkələrinin (Azərbaycan, Gürcüstan, Ermənistan) fərqli xarici siyasət prioritetləri göstərilir.

Gələk günümüzə: region ölkələri arasında olan, konkret Ermənistanla Azərbaycan arasındakı münaqişə rəsmi olaraq başa çatıb, böyük güclər və böyük dövlətlər sayılanlar artıq xeyli zəifləyib və proseslərə təsir imkanları azalıb. Cənubi Qafqaz ölkələrinin xarici siyasət prioritetləri bir çox məsələlərdə artıq üst-üstə düşür. Belə bir halda tarixi bir ideyanın yenidən gündəmə gətirilməsi əslində çox doğru addımdır. Digər tərəfdən, Azərbaycan dövlət başçısı təkcə “Qafqaz birliyi” ideyasını irəli sürmür, “Qafqaz-Türk-İslam” birliyindən danışaraq daha fərqli və böyük format təklif edir. Diqqətlə analiz edəndə görünür ki, bu təklif sadəcə bu gün üçün verilən bir təklif deyil. Əslində, bu format indinin yox, gələcəyin formatıdır. Böyük liderlər tək öz yaşadıqları dövr üçün yox, gələcək üçün də işlər görə bilən liderlərdir. Bu anlamda biz bu ideyanın gələcəkdə hansı formada baş tuta biləcəyinə, hətta tuta biləcəyinə yox, tutacağına nəzər salaq. Bu gün Rusiyanın tərkibində olsa belə, Rusiya konstitusiyasında subyekt kimi rəsmən respublika adlandırılan düz 7 Şimali Qafqaz dövləti var. Bunlar: Adıgey Respublikası, Dağıstan Respublikası, İnquşetiya Respublikası, Kabarda-Balkar Respublikası, Qaraçay-Çərkəz Respublikası, Şimali Osetiya – Alaniya Respublikası, Çeçenistan Respublikası. Bu respublikaların hər birinin müstəqil dövlətə çevriləcəyi gün, gündən-günə zəifləyən Rusiya fonunda yaxınlaşmaqdadır. O cümlədən yenə də eyni səbəbdən, yəni Rusiyanın bölgədəki  nüfuzunu itirib, hadisələrə müdaxilə edə bilməməsi səbəbindən Gürcüstanın daxilindəki problemlər də bitəcəyi, Gürcüstan Respublikasının da öz suverenliyinə qovuşacağı gün uzaqda deyil.

İndi gəlin tam müstəqil dövlətlərdən ibarət olan Qafqaz regionunun bir təşkilatda birləşməsini və bu təşkilatın həm türk dövlətləri, həm də islam ölkələri təşkilatları ilə sıx birlik halında, birgə hərəkət etdiyini düşünək, xəyal edək. (Onu da qeyd edək ki, bütün bunlar baş verəcəyi halda, Ermənistanın belə bir birlikdən kənarda qalması faktiki olaraq təklənməsinə və regionun “ən zəif halqası” olmasına gətirib çıxara bilər. Bu mənada Ermənistanın bu prosesdən kənarda qalacağı inandırıcı görünmür)

Bax bu zaman Azərbaycanın dövlət başçısının öz çıxışında verdiyi qlobal mesajın, yeni bir birlik formatının nə demək olduğunu tam dərk etmiş olacağıq. Vaxtı ilə deyilənlərin, xəyal olanların bir-bir gerçəyə çevrildiyi günümüzdə, bu ideyanın da ən yaxın tarixdə həyata keçəcəyinə inam sonsuzdur. Belə bir birlik həm də ona görə bizim üçün önəmlidir ki, bu birliyinin təkcə üzvü yox, qurucusu, ideya müəllifi və əsas aktoru olacağıq. Bizim belə bir birliyə üzv olmağımız digər üzvlər üçün ona görə önəmlidir ki, elə dövlət başçımızın öz sözləri ilə desək: “Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir”.

Son Xəbərlər

Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar

17 Noyabr 2026 18:33

Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü

17 Noyabr 2026 18:29

Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO

17 Noyabr 2026 18:27

Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto

17 Noyabr 2026 18:17

Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq

17 Noyabr 2026 18:15

Millimiz İraqla qarşılaşır

17 Noyabr 2026 18:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar

17 Noyabr 2026 18:08

“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”

17 Noyabr 2026 18:04

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

17 Noyabr 2026 17:59

Putinlə ikitərəfli görüş keçirmək istəyir

17 Noyabr 2026 17:50

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar

17 Noyabr 2026 17:46

Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi

17 Noyabr 2026 16:24

Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar

17 Noyabr 2026 16:14

“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı

17 Noyabr 2026 13:54

Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət

17 Noyabr 2026 13:24

Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub

17 Noyabr 2026 12:55

Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto

17 Noyabr 2026 12:53

DİA ilə bağlı iddialara - Rəsmi cavab

17 Noyabr 2026 12:49

Sabah hava necə olacaq?

17 Noyabr 2026 12:44

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü

16 Noyabr 2026 15:43

Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib

16 Noyabr 2026 15:40

Taleh Kazımov: "Qlobal çağırışlara baxmayaraq iqtisadi artımımız davam edib"

16 Noyabr 2026 13:55

Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"

16 Noyabr 2026 13:27

“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva

16 Noyabr 2026 13:22

Aynur Elgünəş əməliyyat olundu

13 Noyabr 2026 17:52

İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi

13 Noyabr 2026 17:48

Küləklə bağlı - Xəbərdarlıq

13 Noyabr 2026 17:44

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir

13 Noyabr 2026 17:40

Baş Prokurorluğun nümayəndəsi Haaqada elektron sübutlar və gender əsaslı kibercinayətlərlə bağlı müzakirələrə qatılıb

13 Noyabr 2026 17:30

“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüş keçirdi - Fotolar

13 Noyabr 2026 17:28

“ASAN xidmət”in qarşısında hamilə qadın qətlə yetirildi

13 Noyabr 2026 17:25

“Gənc bəstəkarlar yanıma gəlib ağlayırlar, işə götürülmürlər”

13 Noyabr 2026 17:24

DOST Agentliyinin işdən çıxarılan əməkdaşı ilə bağlı - Açıqlama

13 Noyabr 2026 17:21

“Azərbaycan Avropa üçün çoxtərəfli diplomatiya sahəsində mühüm tərəfdaşdır”

13 Noyabr 2026 16:55

Məktəblərdə bir həftə dərs olmayacaq

13 Noyabr 2026 15:06

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video

13 Noyabr 2026 14:57

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

13 Noyabr 2026 14:52

Arvadına xəyanət etməyən yeganə milyarder...

13 Noyabr 2026 14:35

“Azərbaycanın sülh təşəbbüsləri regionun inkişafına xidmət edir”

13 Noyabr 2026 14:28

Polad Həşimovun anasının vəziyyəti necədir?

13 Noyabr 2026 14:25

Şəhidin ata-anası qəzada yaralandı - Fotolar

13 Noyabr 2026 13:52

İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

13 Noyabr 2026 13:48

İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

13 Noyabr 2026 13:42

Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaşları qəbul edəcək

13 Noyabr 2026 13:36

“Gənclərin ailə qurmağa marağı azalır”

13 Noyabr 2026 13:32

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

13 Noyabr 2026 13:29

22° isti... - Sabahın havası

13 Noyabr 2026 13:26

Ölkədə bir şagirdə 1700 manat xərclənir

13 Noyabr 2026 13:18

Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb

12 Noyabr 2026 15:46

General Natiq Əliyevin qızı saxlanıldı

12 Noyabr 2026 15:44

Əliyevlə Zelenski Dublində görüşdü - Fotolar

12 Noyabr 2026 15:41

Bu instituta icraçı direktor təyin olundu 

12 Noyabr 2026 15:35

İrlandiyanın Baş naziri Prezidenti qarşıladı

12 Noyabr 2026 15:33

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video

12 Noyabr 2026 15:29

AFFA-nın keçirdiyi liqada biabırçılıq 

12 Noyabr 2026 14:25

Bakıda yanıq xəsarətləri alan şəxs ölüb.

12 Noyabr 2026 14:23

Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanıb

12 Noyabr 2026 14:16

Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək

12 Noyabr 2026 14:14

Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi

12 Noyabr 2026 14:11

Qubada qəbiristanlıqdan meyit tapıldı

12 Noyabr 2026 14:08

Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi

12 Noyabr 2026 14:06

100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video

12 Noyabr 2026 13:05

Sabah 20° isti olacaq

12 Noyabr 2026 13:02

Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək

12 Noyabr 2026 12:59

Evdə halı pisləşən gənc qız dünyasını dəyişdi - onun 25 yaşı olduğu deyilir

12 Noyabr 2026 12:54

Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi - Fotolar

11 Noyabr 2026 19:21

Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu

11 Noyabr 2026 19:19

Ermənistan həmin hüququndan məhrum edildi

11 Noyabr 2026 19:17

Gəncədə “TIR” sərnişin avtobusuna çırpıldı

11 Noyabr 2026 19:15

“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”

11 Noyabr 2026 19:12

Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb

11 Noyabr 2026 19:11

Məzuniyyətin pulla əvəzlənməsinin qadağan olunması təklif edilir

11 Noyabr 2026 19:09

Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir

11 Noyabr 2026 19:07

Millimiz İsveçrəyə məğlub oldu

11 Noyabr 2026 19:05

Arvadının iynə vurduğu kişi öldü 

11 Noyabr 2026 19:03

Şamaxıda qadın su çənində boğuldu

11 Noyabr 2026 19:01

Zelenski sabah onlarla görüşəcək

11 Noyabr 2026 18:48

Rəna Soltanovanın təşkilatçılığı ilə VI Estetik Tibb Konfransı böyük uğurla baş tutub - Fotolar

11 Noyabr 2026 18:35

Xocavənd rayonunda mina hadisəsi baş verib

11 Noyabr 2026 18:18

Bu ərazilərdə qaz kəsiləcək

11 Noyabr 2026 18:09

Paşinyan Ərdoğan və Pezeşkianla görüşdü

11 Noyabr 2026 18:05

“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama

11 Noyabr 2026 14:21

“Burger King” paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı! - Fotolar

11 Noyabr 2026 13:57

Prezident həmkarına başsağlığı verdi

11 Noyabr 2026 13:44

Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlandı

11 Noyabr 2026 13:40

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11 Noyabr 2026 13:37

Şöbə rəisi qəfil vəfat etdi 

11 Noyabr 2026 13:28

Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşdü - Fotolar

11 Noyabr 2026 13:14

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı

11 Noyabr 2026 12:42

Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi

11 Noyabr 2026 12:23

2 nəfər dəm qazından boğuldu

11 Noyabr 2026 12:20

FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib

11 Noyabr 2026 12:10

Daxili işlər nazirinin Gəncədə keçirəcəyi vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdi

11 Noyabr 2026 12:04

Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

11 Noyabr 2026 11:59

Dünənin Xəbərləri

Köşə

kriminal

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

1 Sentyabr 2026 13:09

Böyükağa Abdullayev

Meşələrdə itib-batan milyonlar – Nazirliyin odunçuluq biznesi

17 Noyabr 2023 15:35

Böyükağa Abdullayev

Çörəyin Ucuzlaşması  Onun Çəkisinə və Keyfiyyətinə Təsir Göstərməməlidir - TƏHLİL 

1 Noyabr 2023 9:51

Gülşən Məmmədoğlu

Rusiya üçün Ermənistana sahiblənməkdən daha önəmli olan nədir?

22 Oktyabr 2023 14:20

Kamal Əliyev

Ermənistan 3+3 formatına razılaşır?
 

20 Oktyabr 2023 12:10

Kamal Əliyev

Paşinyan Meğri məsələsində güzəştə gedəcəkmi?
 

18 Oktyabr 2023 14:57

Rəşad Ergün

Rövnəq Abdullayev, milli komanda və "peraşki"

18 Oktyabr 2023 12:29

Ələddin Rüstəmli

İsrail-Fələstin münaqişəsində haqlı tərəf hansıdır? 

12 Oktyabr 2023 22:13