“44 günün hər anı bir yazının mövzusu, göstərilən qəhrəmanlığın təqdimatıdır”

24 Sentyabr 202619:01

“Ermənistanın 30 illik işğalına son qoyub  Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim edən 44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasından  6 il keçir. 2020-ci ilin 27 sentyabr tarixi şanlı  Zəfərimizə gedən yolun başlanğıcı kimi tarixə yazıldı. Dövlət başçısı İlham Əliyevin  2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, həmin gün Anım Günü kimi qeyd edilir. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Qanları, canları ilə tarix yazan, 44 günlük İkinci Qarabağ müharibəsinin hər anını bir qəhrəmanlıq dastanına çevirən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, cəsarətli qərarları Vətən müharibəsində Qələbənin qazanılmasını şərtləndirən əsas və həlledici amillərdəndir. Bu gün Azərbaycanın bütün ərazilərində qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın  dalğalanması hər birimizi qürurlandırır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il sentyabrın 27-də “İrəli!” əmrini böyük ruh yüksəkliyi ilə qarşılayan, 30 il bu günü səbirsizliklə gözləyən Vətən oğulları göstərdikləri qəhrəmanlıqlarla Azərbaycanın xalqının yenilməz, məğrur xalq olduğunu bir daha bütün dünyaya  nümayiş etdirdilər. Bir daha təsdiqləndi ki, torpaq, əgər uğurunda  ölən varsa, Vətəndir”.

Azmedia.info.az    xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib:

“Təbii ki, hər bir hadisənin baş verməsini şərtləndirən amillər olur. Bu baxımdan 44 günlük İkinci Qarabağ münaribəsinin baş verməsini qaçılmaz edən səbəblər mövcuddur. 30 illik işğal dövrünün reallıqları dövlətimizin, xalqımızın səbir kasasını doldurmuşdu. Tarixə nəzər salsaq görərik ki, rəsmi İrəvan Azərbaycana qarşı uzun illər ərzində düşmənçilik siyasəti aparırdı. Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildən çox davam etdi. Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları ilk gündən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və yaşadıqları yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıb çıxarmışlar. Erməni qəsbkarları 1905-1907-ci ildə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişdilər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə qalmışdır. Həmin illərdə tarixi Azərbaycan torpaqları olan İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, həmçinin Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmişdir. Bütün bunlar tarixdir. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır”.

Milli Məclisin deputatı qeyd edib ki, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib:

“1987-ci ildən başlayaraq daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə böyük Ermənistan” adlı xülyasını reallaşdırmaq cəhdi Azərbaycan torpaqlarında kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın qətli, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etdilər. Hərbi təcavüz zamanı və işğal illərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar sırasında Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirdilər. Dövlət başçısı İlham Əliyevin hər zaman bildirdiyi kimi, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış, təhqir edilmiş dini abidələrimizi, məscidlərimizi, mədəni ocaqlarımızı, tarixi abidələrimizi heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək. Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq, imkan verməyəcəyik ki, yenə də xalqımıza qarşı hansısa məkrli planlar baş tutsun”.

Vüqar Rəhimzadə vurğulayıb ki, həmin dövrün mühüm reallıqlarından biri dünya güclərinin ikili standartlara əsaslanan siyasəti idi:

“Təəssüf ki, bu siyasət bu gün də davam edir. Həmin dövrdə, 1992-ci ildə artıq tarixin arxivinə atılan qondarma Qarabağ münaqişəsinin  həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə ATƏT-in Minsk qrupu yaradıldı. Bu qurum yarandığı gündən missiyasının nədən ibarət olduğunu dərk etmək istəmədi. Qurumun həmsədr dövlətləri hər vəchlə müharibənin dondurulmasına, işğalın əbədi edilməsinə çalışdılar. İşğalçının adı ilə çağrılması  İkinci Qarabağ müharibəsi baş verənədək  həlli mümkünsüz olan bir məsələyə çevrildi. Bu ölkələrin ikili standartlarla yanaşmalarının nəticəsi idi ki, Ermənistan müxtəlif bəhanələrlə ya danışıqlardan yayınır, ya da  görüşlərin keçiriləndən sonra təxribatlar törədirdi. BMT Təhlükəsizlik Şurasının  beş daimi üzvündən üçü - ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələri idi. Bu faktı ona görə təkrar-təkrar xatırladırıq ki,  BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi qətnamənin hazırlanmasında və qəbulunda iştirak edən bu ölkələr 28 il  vasitəçilik missiyalarının mahiyyətini Ermənistana dəstəkdə, Azərbaycana qarşı ədalətsiz mövqedə dayanmaqda gördülər. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu reallığı da daim bəyan edir ki, İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər, əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilər”.

Millət vəkili bildirib ki,  2020-ci ilin 27 sentyabr tarixində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı,  Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu:

“Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.  44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” gücümüzü, birliyimizi dünyaya nümayiş etdirdi. Həmçinin 44 günün hər günündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” çağırışı öz təsdiqini tapdı. Hərbi müstəvidə əldə edilən Qələbə siyasi müstəvidə də davam etdi. Ermənistanın kapitulyasiyasının, Azərbaycanın hərbi-siyasi Qələbəsinin təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən,  noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci il tarixdə Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi”.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır:

“Bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunub. Medal və ordenlərin təsis edilməsi  Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan  ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Prezident İlham Əliyevin təşəbbüsü ilə salınmış Hərbi Qənimətlər Parkı Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə aidiyyəti qurumlara Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırıldı. 2024-cü il noyabrın 8-də kompleksdə Zəfər parkının açılış mərasimi keçirildi. 2025-ci ilin noyabrın 8-də isə Zəfər muzeyinin açılışı oldu. 2020-ci ilin 10 dekabr tarixində tarixi Zəfərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan Zəfər paradının keçirilməsi bir daha Azərbaycan Silahlı Qüvvələrinin gücünün, qüdrətinin, 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətin nümayişi oldu”.

Millət vəkili  44 günlük Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri kimi  Prezident-Xalq-Ordu birliyini xüsusi vurğulayıb.  Bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, ölkəmizin haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar:

“Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları Vətən müharibəsi dövründə görünməmiş həmrəylik nümayiş etdirdilər, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Prezident İlham Əliyevin  rəhbərliyi ilə həm İkinci Qarabağ müharibəsinin gedişi zamanı, həm də postmünaqişə dövründə diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Dövlətimizin başçısı  müharibə dövründə dünyanın 30-dan artıq aparıcı media qurumlarına  müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırıldı. İnformasiya savaşının əsas konturlarını təşkil edən həmin müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi”.

Vüqar Rəhimzadə bildirib ki, şübhəsiz, tarixi Zəfərimizə gedən yolu, həmçinin 44 günlük Vətən müharibəsinin və postmünaqişə dövrünün reallıqlarını bir yazıda əhatə etmək çətindir:

“Ən əsasə odur ki, 2020-ci ilin 27 sentyabrından başlayaraq Azərbaycan Zəfərdən-Zəfərə doğru irəliləməkdə davam etdi. Vətən müharibəsində qazanılmış Qələbədən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə davamlı səfərləri bu gün Böyük Qayıdış Proqramı çərçivəsində görülən işlərin miqyasının ölçüyəgəlməzliyində özünün aydın ifadəsini tapır. Azad Qarabağımızda, azad Şərqi Zəngəzurumuzda  Azərbaycanın  dünyaya təkmil şəhərsalma təcrübəsini təqdim edən  bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurdlarına qayıdırlar. Hazırda 48  şəhər və kənddə 100 minə yaxın insan yaşayır, işləyir, təhsil alır. Bu gün qalib xalq, müzəffər dövlət kimi yaşayırıq. Hər anı qəhrəmanlıq dastanı olan 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində şəhərlərimizin azad olunduğu günlərin şəhər günü kimi təsis edilməsi Zəfərimizin əbədiləşdirilməsinə,  hər zaman bu tarixlərin yaddaşlarda yaşamasına xidmət edir. 44 günün hər anı bir yazının mövzusu, gələcəyimizlə bağlı atılan addımın, göstərilən qəhrəmanlığın təqdimatıdır”.

Son Xəbərlər

Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar

17 Noyabr 2026 18:33

Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü

17 Noyabr 2026 18:29

Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO

17 Noyabr 2026 18:27

Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto

17 Noyabr 2026 18:17

Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq

17 Noyabr 2026 18:15

Millimiz İraqla qarşılaşır

17 Noyabr 2026 18:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar

17 Noyabr 2026 18:08

“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”

17 Noyabr 2026 18:04

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

17 Noyabr 2026 17:59

Putinlə ikitərəfli görüş keçirmək istəyir

17 Noyabr 2026 17:50

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar

17 Noyabr 2026 17:46

Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi

17 Noyabr 2026 16:24

Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar

17 Noyabr 2026 16:14

“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı

17 Noyabr 2026 13:54

Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət

17 Noyabr 2026 13:24

Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub

17 Noyabr 2026 12:55

Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto

17 Noyabr 2026 12:53

DİA ilə bağlı iddialara - Rəsmi cavab

17 Noyabr 2026 12:49

Sabah hava necə olacaq?

17 Noyabr 2026 12:44

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü

16 Noyabr 2026 15:43

Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib

16 Noyabr 2026 15:40

Taleh Kazımov: "Qlobal çağırışlara baxmayaraq iqtisadi artımımız davam edib"

16 Noyabr 2026 13:55

Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"

16 Noyabr 2026 13:27

“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva

16 Noyabr 2026 13:22

Aynur Elgünəş əməliyyat olundu

13 Noyabr 2026 17:52

İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi

13 Noyabr 2026 17:48

Küləklə bağlı - Xəbərdarlıq

13 Noyabr 2026 17:44

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir

13 Noyabr 2026 17:40

Baş Prokurorluğun nümayəndəsi Haaqada elektron sübutlar və gender əsaslı kibercinayətlərlə bağlı müzakirələrə qatılıb

13 Noyabr 2026 17:30

“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüş keçirdi - Fotolar

13 Noyabr 2026 17:28

“ASAN xidmət”in qarşısında hamilə qadın qətlə yetirildi

13 Noyabr 2026 17:25

“Gənc bəstəkarlar yanıma gəlib ağlayırlar, işə götürülmürlər”

13 Noyabr 2026 17:24

DOST Agentliyinin işdən çıxarılan əməkdaşı ilə bağlı - Açıqlama

13 Noyabr 2026 17:21

“Azərbaycan Avropa üçün çoxtərəfli diplomatiya sahəsində mühüm tərəfdaşdır”

13 Noyabr 2026 16:55

Məktəblərdə bir həftə dərs olmayacaq

13 Noyabr 2026 15:06

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video

13 Noyabr 2026 14:57

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

13 Noyabr 2026 14:52

Arvadına xəyanət etməyən yeganə milyarder...

13 Noyabr 2026 14:35

“Azərbaycanın sülh təşəbbüsləri regionun inkişafına xidmət edir”

13 Noyabr 2026 14:28

Polad Həşimovun anasının vəziyyəti necədir?

13 Noyabr 2026 14:25

Şəhidin ata-anası qəzada yaralandı - Fotolar

13 Noyabr 2026 13:52

İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

13 Noyabr 2026 13:48

İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

13 Noyabr 2026 13:42

Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaşları qəbul edəcək

13 Noyabr 2026 13:36

“Gənclərin ailə qurmağa marağı azalır”

13 Noyabr 2026 13:32

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

13 Noyabr 2026 13:29

22° isti... - Sabahın havası

13 Noyabr 2026 13:26

Ölkədə bir şagirdə 1700 manat xərclənir

13 Noyabr 2026 13:18

Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb

12 Noyabr 2026 15:46

General Natiq Əliyevin qızı saxlanıldı

12 Noyabr 2026 15:44

Əliyevlə Zelenski Dublində görüşdü - Fotolar

12 Noyabr 2026 15:41

Bu instituta icraçı direktor təyin olundu 

12 Noyabr 2026 15:35

İrlandiyanın Baş naziri Prezidenti qarşıladı

12 Noyabr 2026 15:33

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video

12 Noyabr 2026 15:29

AFFA-nın keçirdiyi liqada biabırçılıq 

12 Noyabr 2026 14:25

Bakıda yanıq xəsarətləri alan şəxs ölüb.

12 Noyabr 2026 14:23

Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanıb

12 Noyabr 2026 14:16

Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək

12 Noyabr 2026 14:14

Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi

12 Noyabr 2026 14:11

Qubada qəbiristanlıqdan meyit tapıldı

12 Noyabr 2026 14:08

Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi

12 Noyabr 2026 14:06

100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video

12 Noyabr 2026 13:05

Sabah 20° isti olacaq

12 Noyabr 2026 13:02

Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək

12 Noyabr 2026 12:59

Evdə halı pisləşən gənc qız dünyasını dəyişdi - onun 25 yaşı olduğu deyilir

12 Noyabr 2026 12:54

Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi - Fotolar

11 Noyabr 2026 19:21

Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu

11 Noyabr 2026 19:19

Ermənistan həmin hüququndan məhrum edildi

11 Noyabr 2026 19:17

Gəncədə “TIR” sərnişin avtobusuna çırpıldı

11 Noyabr 2026 19:15

“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”

11 Noyabr 2026 19:12

Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb

11 Noyabr 2026 19:11

Məzuniyyətin pulla əvəzlənməsinin qadağan olunması təklif edilir

11 Noyabr 2026 19:09

Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir

11 Noyabr 2026 19:07

Millimiz İsveçrəyə məğlub oldu

11 Noyabr 2026 19:05

Arvadının iynə vurduğu kişi öldü 

11 Noyabr 2026 19:03

Şamaxıda qadın su çənində boğuldu

11 Noyabr 2026 19:01

Zelenski sabah onlarla görüşəcək

11 Noyabr 2026 18:48

Rəna Soltanovanın təşkilatçılığı ilə VI Estetik Tibb Konfransı böyük uğurla baş tutub - Fotolar

11 Noyabr 2026 18:35

Xocavənd rayonunda mina hadisəsi baş verib

11 Noyabr 2026 18:18

Bu ərazilərdə qaz kəsiləcək

11 Noyabr 2026 18:09

Paşinyan Ərdoğan və Pezeşkianla görüşdü

11 Noyabr 2026 18:05

“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama

11 Noyabr 2026 14:21

“Burger King” paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı! - Fotolar

11 Noyabr 2026 13:57

Prezident həmkarına başsağlığı verdi

11 Noyabr 2026 13:44

Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlandı

11 Noyabr 2026 13:40

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11 Noyabr 2026 13:37

Şöbə rəisi qəfil vəfat etdi 

11 Noyabr 2026 13:28

Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşdü - Fotolar

11 Noyabr 2026 13:14

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı

11 Noyabr 2026 12:42

Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi

11 Noyabr 2026 12:23

2 nəfər dəm qazından boğuldu

11 Noyabr 2026 12:20

FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib

11 Noyabr 2026 12:10

Daxili işlər nazirinin Gəncədə keçirəcəyi vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdi

11 Noyabr 2026 12:04

Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

11 Noyabr 2026 11:59

Dünənin Xəbərləri

Köşə

kriminal

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

1 Sentyabr 2026 13:09

Böyükağa Abdullayev

Meşələrdə itib-batan milyonlar – Nazirliyin odunçuluq biznesi

17 Noyabr 2023 15:35

Böyükağa Abdullayev

Çörəyin Ucuzlaşması  Onun Çəkisinə və Keyfiyyətinə Təsir Göstərməməlidir - TƏHLİL 

1 Noyabr 2023 9:51

Gülşən Məmmədoğlu

Rusiya üçün Ermənistana sahiblənməkdən daha önəmli olan nədir?

22 Oktyabr 2023 14:20

Kamal Əliyev

Ermənistan 3+3 formatına razılaşır?
 

20 Oktyabr 2023 12:10

Kamal Əliyev

Paşinyan Meğri məsələsində güzəştə gedəcəkmi?
 

18 Oktyabr 2023 14:57

Rəşad Ergün

Rövnəq Abdullayev, milli komanda və "peraşki"

18 Oktyabr 2023 12:29

Ələddin Rüstəmli

İsrail-Fələstin münaqişəsində haqlı tərəf hansıdır? 

12 Oktyabr 2023 22:13