“Bu Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır”
“Azərbaycanın qazandığı hər bir uğur Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Bu fikrin tarixi həqiqətə söykəndiyini görmək üçün Azərbaycanın müstəqilliyinin ilk illərində üz-üzə qaldığı ağır sınaqları xatırlamaq kifayətdir. Həmin dövrdə bədnam AXC-Müsavat cütlüyünün uğursuz siyasəti, şəxsi ambisiyaların dövlət və milli maraqlardan üstün tutulması Azərbaycanı ciddi təhlükələr və ağır faciələr qarşısında qoymuşdu. Tarixi nailiyyətimiz olan müstəqilliyimizi itirmək, Azərbaycanın bir dövlət kimi dünya xəritəsindən silinməsi təhlükəsi xalqın gələcəyə olan inamını ciddi şəkildə sarsıdırdı”.
Azmedia.info.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
“Müstəqilliyin bərpasının ilk illərində xalqımız qarşılaşdığı çətin problemlərin həllini, xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevdə görürdü. Heç də təsadüfi deyil ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız dahi rəhbər Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələrdən öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən hakimiyyəti zor gücünə zəbt etmiş AXC-Müsavat cütlüyü xilas üçün sonda Heydər Əliyevdən imdad istədi.
Dahi şəxsiyyət Heydər Əliyevin adı çəkilərkən ilk növbədə xilaskarlıq missiyasının yada düşməsi heç də təsadüfi deyil. Əslində, 1993-cü ildə Azərbaycanın ən ağır və mürəkkəb günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizin bugünkü reallıqlarının əsasını qoydu. Azərbaycan tarixində və xalqımızın taleyində xüsusi əhəmiyyət daşıyan elə əlamətdar günlər vardır ki, onların tarixi mahiyyəti və gələcəyimiz baxımından rolu zaman keçdikcə daha aydın şəkildə dərk edilir. Məhz həmin günlərdə ölkənin gələcək inkişaf istiqamətini müəyyən edən yolun əsası qoyulur. Bu mənada həm Azərbaycanın, həm də xalqımızın həyatında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilən tarixi günlərdən biri də 1993-cü ilin 3 oktyabr tarixidir. Həmin gün xalqımız ölkənin gələcək taleyini həll edən, tərəqqi və inkişaf yolunun təməlini qoyan tarixi seçimə imza atdı. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqının taleyində mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövlətinin inkişafa, tərəqqiyə gedən yolunda isə həlledici mərhələnin başlanğıcı oldu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu tarixi seçimlə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsası qoyuldu, ölkənin gələcək inkişafının təməli formalaşdı.
Xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içdi. Dahi liderin rəhbərliyi ilə Azərbaycan ağır siyasi və iqtisadi böhrandan çıxaraq sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna qədəm qoydu. Ölkənin gələcək inkişafı üçün mühüm siyasi və iqtisadi qərarlar qəbul edildi, qlobal enerji və kommunikasiya layihələrinin reallaşdırılması istiqamətində mühüm addımlar atıldı. Bununla da Ulu Öndər Heydər Əliyev dövlətə və Vətənə sədaqətli xidmətin, milli maraqlara bağlılığın və dövlətçilik iradəsinin parlaq nümunəsini yaratdı”, - deyə o vurğulayıb.
Milli Məclisin deputatı qeyd edib ki, ilk hakimiyyəti dövründə Azərbaycanı keçmiş SSRİ məkanında ən geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən diyara çevirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ilin iyununda, yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın gələcək taleyinin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək hakimiyyətə qayıdaraq doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdi. Müasir müstəqil Azərbaycanın sonrakı iqtisadi inkişafında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki mərhələsində yaratdığı möhkəm təməl həlledici rol oynadı.
Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın malik olduğu iqtisadi potensialdan səmərəli istifadənin təmin edilməsi məqsədilə “Əsrin müqaviləsi”nin imzalanması bu gün ölkəmizin dünyada iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirir. Ümummilli Lider hələ o vaxtlar iqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməklə bu gün qeyri-neft sektorunun inkişafı istiqamətində davamlı addımların atılmasına geniş imkanlar yaratdı. Ulu Öndərin Fərmanı əsasında 1999-cu ildə yaradılan Dövlət Neft Fondu bu gün müstəqil Azərbaycan Respublikasında neft gəlirlərindən səmərəli istifadəni, şəffaflığın qorunmasını təmin edir. Bütün dövrlərin təhlili Ulu Öndərin vaxtilə böyük uzaqgörənliklə bəyan etdiyi bu reallığı təsdiqləyir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
Vüqar Rəhimzadə bildirib ki, Ulu Öndərin tariximizin, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın, mədəniyyətimizin qorunması, təbliği istiqamətində gördüyü işlər ölçüyəgəlməzdir. Təbii ki, dahi rəhbərin bütün bu addımları dövlətinə, xalqına sevgisindən, Azərbaycanı hər zaman zirvələrdə görmək istəyindən irəli gəlirdi. Hər zaman dönə-dönə vurğulandığı kimi, Ümummilli Lider Heydər Əliyev artıq dillər əzbəri olan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı ilə harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını vahid amal ətrafında sıx birləşdirdi.
Millət vəkili vurğulayıb ki, uğurlarımız, Azərbaycanın bugünkü reallıqları Ümummilli Lider Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Dahi şəxsiyyət hakimiyyətinin birinci dövründə, həmçinin fəaliyyətinin Naxçıvan mərhələsində Azərbaycanın bu günü, müstəqil gələcəyi naminə mühüm addımlar atıb. Bu gün hansı sahəyə nəzər salsaq Heydər Əliyev siyasətinin uğurlarını görərik. Son 23 ilə yaxın dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli inkişafını şərtləndirdi, ən əsası dahi şəxsiyyətin ən böyük arzusu olan torpaqlarımızın işğaldan azad edilməsini reallaşdırdı. Bu gün Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın uğurlarından bəhs edərkən Onun siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təkmil siyasəti nəticəsində bu təqdimata əlavə edilən qalib, bütövləşən, yeni dövrə qədəm qoyan ölkə ifadəsini qürurla işlədirik. Hazırda işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanması, Qarabağımızın, Şərqi Zəngəzurumuzun diplomatik mərkəzə çevrilməsi hər birimiz üçün sonsuz qürur, sevinc mənbəyidir. Bu gün artıq azad edilmiş torpaqlarımız cənnət məkana çevrilir. Bu torpaqların malik olduğu iqtisadi potensialdan səmərəli istifadə edərək Azərbaycanın dayanıqlı inkişafına töhfələrin verilməsi üçün Dövlət proqramları, Milli Prioritetlər icra edilir. Azad edilmiş torpaqlarımız müasir şəkildə qurulur, mərhələ-mərhələ sakinlərinə qovuşur. Bu qürurverici məqamı da xüsusi qeyd etməliyik ki, artıq bir ilə yaxındır ki, sülh şəraitində yaşayırıq. Azərbaycan sülh gündəliyinin müəllifi, onu gercəkliyə çevirən ölkə kimi dünyanın diqqətindədir.
Vüqar Rəhimzadə qeyd etdikləri fonunda bu ümumiləşdirməni aparıb ki, Ulu Öndər Heydər Əliyev təkcə qüdrətli Azərbaycan dövlətini yaratmaqla kifayətlənmədi, həmçinin bu dövlətin gələcək inkişaf konsepsiyasını müəyyənləşdirdi. İctimai sabitliyin davamlı prosesə çevrilməsi, onilliklər boyu xalqın sosial rifah halını təmin edən yeni neft strategiyasının hazırlanması və uğurlu icrası, qeyri-neft sektorunun inkişaf etdirilməsi və sair kimi proseslər Ulu Öndərin dövlətçilik konsepsiyasının tərkib hissəsidir. Onun siyasi fəaliyyəti Azərbaycana xidmətin ən təkmil nümunəsidir. Bu siyasi xətti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan zirvələri fəth edir, yeni zəfərlərə imza atır.
Son Xəbərlər
Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar
17 Noyabr 2026 18:33
Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü
17 Noyabr 2026 18:29
Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO
17 Noyabr 2026 18:27
Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto
17 Noyabr 2026 18:17
Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq
17 Noyabr 2026 18:15
Millimiz İraqla qarşılaşır
17 Noyabr 2026 18:10
Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar
17 Noyabr 2026 18:08
“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”
17 Noyabr 2026 18:04
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar
17 Noyabr 2026 17:59
Putinlə ikitərəfli görüş keçirmək istəyir
17 Noyabr 2026 17:50
Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar
17 Noyabr 2026 17:46
Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi
17 Noyabr 2026 16:24
Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar
17 Noyabr 2026 16:14
“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
17 Noyabr 2026 13:54
Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
17 Noyabr 2026 13:24
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub
17 Noyabr 2026 12:55
Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto
17 Noyabr 2026 12:53
DİA ilə bağlı iddialara - Rəsmi cavab
17 Noyabr 2026 12:49
Sabah hava necə olacaq?
17 Noyabr 2026 12:44
Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü
16 Noyabr 2026 15:43
Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib
16 Noyabr 2026 15:40
Taleh Kazımov: "Qlobal çağırışlara baxmayaraq iqtisadi artımımız davam edib"
16 Noyabr 2026 13:55
Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"
16 Noyabr 2026 13:27
“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva
16 Noyabr 2026 13:22
Aynur Elgünəş əməliyyat olundu
13 Noyabr 2026 17:52
İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi
13 Noyabr 2026 17:48
Küləklə bağlı - Xəbərdarlıq
13 Noyabr 2026 17:44
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir
13 Noyabr 2026 17:40
Baş Prokurorluğun nümayəndəsi Haaqada elektron sübutlar və gender əsaslı kibercinayətlərlə bağlı müzakirələrə qatılıb
13 Noyabr 2026 17:30
“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüş keçirdi - Fotolar
13 Noyabr 2026 17:28
“ASAN xidmət”in qarşısında hamilə qadın qətlə yetirildi
13 Noyabr 2026 17:25
“Gənc bəstəkarlar yanıma gəlib ağlayırlar, işə götürülmürlər”
13 Noyabr 2026 17:24
DOST Agentliyinin işdən çıxarılan əməkdaşı ilə bağlı - Açıqlama
13 Noyabr 2026 17:21
“Azərbaycan Avropa üçün çoxtərəfli diplomatiya sahəsində mühüm tərəfdaşdır”
13 Noyabr 2026 16:55
Məktəblərdə bir həftə dərs olmayacaq
13 Noyabr 2026 15:06
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video
13 Noyabr 2026 14:57
Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
13 Noyabr 2026 14:52
Arvadına xəyanət etməyən yeganə milyarder...
13 Noyabr 2026 14:35
“Azərbaycanın sülh təşəbbüsləri regionun inkişafına xidmət edir”
13 Noyabr 2026 14:28
Polad Həşimovun anasının vəziyyəti necədir?
13 Noyabr 2026 14:25
Şəhidin ata-anası qəzada yaralandı - Fotolar
13 Noyabr 2026 13:52
İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
13 Noyabr 2026 13:48
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
13 Noyabr 2026 13:42
Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaşları qəbul edəcək
13 Noyabr 2026 13:36
“Gənclərin ailə qurmağa marağı azalır”
13 Noyabr 2026 13:32
Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
13 Noyabr 2026 13:29
22° isti... - Sabahın havası
13 Noyabr 2026 13:26
Ölkədə bir şagirdə 1700 manat xərclənir
13 Noyabr 2026 13:18
Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
12 Noyabr 2026 15:46
General Natiq Əliyevin qızı saxlanıldı
12 Noyabr 2026 15:44
Əliyevlə Zelenski Dublində görüşdü - Fotolar
12 Noyabr 2026 15:41
Bu instituta icraçı direktor təyin olundu
12 Noyabr 2026 15:35
İrlandiyanın Baş naziri Prezidenti qarşıladı
12 Noyabr 2026 15:33
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
12 Noyabr 2026 15:29
AFFA-nın keçirdiyi liqada biabırçılıq
12 Noyabr 2026 14:25
Bakıda yanıq xəsarətləri alan şəxs ölüb.
12 Noyabr 2026 14:23
Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanıb
12 Noyabr 2026 14:16
Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
12 Noyabr 2026 14:14
Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
12 Noyabr 2026 14:11
Qubada qəbiristanlıqdan meyit tapıldı
12 Noyabr 2026 14:08
Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi
12 Noyabr 2026 14:06
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
12 Noyabr 2026 13:05
Sabah 20° isti olacaq
12 Noyabr 2026 13:02
Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək
12 Noyabr 2026 12:59
Evdə halı pisləşən gənc qız dünyasını dəyişdi - onun 25 yaşı olduğu deyilir
12 Noyabr 2026 12:54
Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi - Fotolar
11 Noyabr 2026 19:21
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
11 Noyabr 2026 19:19
Ermənistan həmin hüququndan məhrum edildi
11 Noyabr 2026 19:17
Gəncədə “TIR” sərnişin avtobusuna çırpıldı
11 Noyabr 2026 19:15
“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”
11 Noyabr 2026 19:12
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
11 Noyabr 2026 19:11
Məzuniyyətin pulla əvəzlənməsinin qadağan olunması təklif edilir
11 Noyabr 2026 19:09
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
11 Noyabr 2026 19:07
Millimiz İsveçrəyə məğlub oldu
11 Noyabr 2026 19:05
Arvadının iynə vurduğu kişi öldü
11 Noyabr 2026 19:03
Şamaxıda qadın su çənində boğuldu
11 Noyabr 2026 19:01
Zelenski sabah onlarla görüşəcək
11 Noyabr 2026 18:48
Rəna Soltanovanın təşkilatçılığı ilə VI Estetik Tibb Konfransı böyük uğurla baş tutub - Fotolar
11 Noyabr 2026 18:35
Xocavənd rayonunda mina hadisəsi baş verib
11 Noyabr 2026 18:18
Bu ərazilərdə qaz kəsiləcək
11 Noyabr 2026 18:09
Paşinyan Ərdoğan və Pezeşkianla görüşdü
11 Noyabr 2026 18:05
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
11 Noyabr 2026 14:21
“Burger King” paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı! - Fotolar
11 Noyabr 2026 13:57
Prezident həmkarına başsağlığı verdi
11 Noyabr 2026 13:44
Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlandı
11 Noyabr 2026 13:40
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər
11 Noyabr 2026 13:37
Şöbə rəisi qəfil vəfat etdi
11 Noyabr 2026 13:28
Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşdü - Fotolar
11 Noyabr 2026 13:14
Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı
11 Noyabr 2026 12:42
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11 Noyabr 2026 12:23
2 nəfər dəm qazından boğuldu
11 Noyabr 2026 12:20
FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib
11 Noyabr 2026 12:10
Daxili işlər nazirinin Gəncədə keçirəcəyi vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdi
11 Noyabr 2026 12:04
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
11 Noyabr 2026 11:59
Dünənin Xəbərləri
Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü
16 Noyabr 2026 15:43
Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib
16 Noyabr 2026 15:40
Taleh Kazımov: "Qlobal çağırışlara baxmayaraq iqtisadi artımımız davam edib"
16 Noyabr 2026 13:55
Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"
16 Noyabr 2026 13:27
“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva
16 Noyabr 2026 13:22
Köşə
kriminal
Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
1 Sentyabr 2026 13:09
Böyükağa Abdullayev
Meşələrdə itib-batan milyonlar – Nazirliyin odunçuluq biznesi
17 Noyabr 2023 15:35
Böyükağa Abdullayev
Çörəyin Ucuzlaşması Onun Çəkisinə və Keyfiyyətinə Təsir Göstərməməlidir - TƏHLİL
1 Noyabr 2023 9:51
Gülşən Məmmədoğlu
Rusiya üçün Ermənistana sahiblənməkdən daha önəmli olan nədir?
22 Oktyabr 2023 14:20
Kamal Əliyev
Ermənistan 3+3 formatına razılaşır?
20 Oktyabr 2023 12:10
Kamal Əliyev
Paşinyan Meğri məsələsində güzəştə gedəcəkmi?
18 Oktyabr 2023 14:57
Rəşad Ergün
Rövnəq Abdullayev, milli komanda və "peraşki"
18 Oktyabr 2023 12:29
Ələddin Rüstəmli
İsrail-Fələstin münaqişəsində haqlı tərəf hansıdır?
12 Oktyabr 2023 22:13