Paşinyan Ermənistanın konstitusiyasını həqiqətən dəyişəcəkmi?
Azmedia.info.az. xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyanın bir müddət öncəki çıxışı Azərbaycanda çoxlarının narazılığına səbəb oldu. Mətbuata açıqlama verən Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə qədər imzalamaq niyyətində olduğunu dedi. Lakin onun "2031-ci ilə qədər" ifadəsi Bakıda "2031-ci ildə" kimi anlaşıldı. Bakıdan qeyri-rəsmi formada etirazlar fonunda Paşinyan yenidən fikirlərinə aydınlıq gətirmək məcburiyyətində qaldı. Bu dəfə Ermənistan baş naziri daha dəqiq formada - Azərbaycanla sülh müqaviləsini 2027-2028-ci illər ərzində imzalaya biləcəyini söylədi. Bu isə indiki dönəmdə Azərbaycanı qane edən məqamdır.
Bəs Paşinyanın həqiqətən belə imkanı varmı? Sualı bir az da dəqiqləşdirsək, Paşinyanın gerçəkdən 2027-2028-ci ilə qədər verdiyi vədi yerinə yetirməyə gücü çatarmı?
"Nairi ölkəsi"
Xüsusilə 2023-cü ildə Azərbaycanın Qarabağdakı antiterror əməliyyatından sonra Ermənistan baş naziri üçün ölkə daxilində rəqiblərin sayı artmağa başlayıb. Paşinyanın opponentləri sırasında indi təkcə Köçəryan və ya Sərkisyan yox, Rusiyadakı erməni diasporu və onların nümayəndələri, həmçinin Qərbdəki diasporanın böyük bir qismi yer alır. Siyahıya təkcə Üçmüədzindəki erməni katalikosu yox, qərargahı Livanda yerləşən və xüsusilə Qərbdəki erməni diasporu arasında nüfuz sahibi olan II Aram da əlavə olunub.
Paşinyanın rəqiblərinin sayındakı artımla onların gücü arasında tərsmütənasiblik mövcuddur. Artan rəqib sayı özüylə bərabər müxalif düşərgədəki bölünmələri də gücləndirib. Bundan da Paşinyan rəqiblərinə qarşı məharətlə istifadə etməyi bacarır. Məsələn, 2021-ci ildə parlament seçkisində 20%-dən bir qədər çox səs toplamış Robert Köçəryanın "Hayastan" bloku 2026-ci ildə parlamentə 9%-lik səslə (üçüncü partiya kimi) güclə daxil ola bildi. Əvəzində Köçəryan, Sarkisyan, Çarukyan kimi illərdir erməni siyasətində olan simalara gedəcək səs Rusiyadan gəlmiş milyarder Samvel Karapetyanın lehinə yönəldi. Bu da sağı təmsil edən müxalifət sıralarında bölünmələri gücləndirməklə yanaşı hakimiyyətin onlara qarşı təqibləri üçün də əsas formalaşdırmış oldu.
Məsələ ondadır ki, Paşinyanın "Real Ermənistan" ideologiyası təkcə Ermənistan daxilində mövcud olan ənənəvi siyasi oriyentasiya və siyasi tərkibin dəyişdirilməsini nəzərdə tutmur. Baş nazirin çıxışları, zaman-zaman verdiyi bəyanatlar, həmçinin səsləndirdiyi adlar Yerevanda artıq "Real Ermənistan" ideologiyası ilə bağlı xüsusi planın gerçəkdən olduğunu və mərhələli şəkildə həyata keçirildiyini deməyə imkan verir. Paşinyan isə təkcə rəqiblərini sıradan çıxarmır, eyni zamanda Ermənistan ictimaiyyətində illərdir mövcud olan düşüncə tərzini dəyişdirməyə cəhd edir. Məsələn, özəlliklə 2021-ci ilin sonlarından etibarən Nikol xüsusilə iki erməni şairinin təbliğatını həyata keçirir. Bunlardan birincisi Hovanes Tumanyan, digəri isə ziddiyyətli baxışlara sahib olmuş Yegişe Çarentsdir. Əgər Tumanyan daha çox sülh məsələlərində önə çəkilsə də, Çarentsi Paşinyan "Nairi ölkəsi" əsəri ilə erməni ictimaiyyətinə təqdim edir. Bu əsərdə isə Çarents Osmanlı İmperiyasının son dövrlərində Anadoludakı erməni silahlı dəstələrinin, eləcə də erməni elitasının şişirdilmiş ölkə, əfsanəvi və "böyük Ermənistan" xəyallarını tənqid edir və bunun erməni xalqına zərər vurduğunu deyir. Bu da Paşinyanın hazırda təbliğ etdiyi "Real Ermənistan" ideologiyası ilə üst-üstə düşür.
Kilsə-Diaspora-Ermənistan
Digər tərəfdən Paşinyan Ermənistanı illərdir mövcud olan Ermənistan-kilsə-diaspor üçlüyündən çıxararaq, bu üçlükdə iyerarxiyanı (vertikal idarəetməni) bərpa etməyə cəhd edir. Paşinyanın təsəvvüründə həm kilsə, həm də erməni diasporu yalnız mərkəzi hakimiyyətə tabe olmalı, ölkənin yumşaq gücü rolunu oynamalıdır. Təsadüfi deyil ki, 2018-ci ildə hakimiyyətə gələn Paşinyanın ilk tədbirlərindən biri də Diaspora Nazirliyini öz tabeliyindəki komissarlığa çevirməsi oldu. Onun rəhbərliyinə isə ABŞ vətəndaşı olan Zare Sinanyan gətirildi.
Qısaca həm kilsə, həm diasporanı mərhələli şəkildə hədəf alan Paşinyan onların təkcə dövlət yox, ictimaiyyət üzərində də təsirini zəiflədərək, aralarında mövcud olan fikir ayrılıqlarının sönməməsinə cəhd edir. Nəticədə Ermənistan baş naziri təkcə öz hakimiyyəti üçün yarana biləcək təhdidləri azaltmır, eləcə də gücün vahid əldə cəmlənməsinə, daha real baxış bucağının formalaşmasına şərait yaradır. Bu da Azərbaycana indiki dönəmdə sərf edən məqamdır. Əslində Azərbaycanın rəsmi dairələrinin açıqlamaları da Bakıda "Real Ermənistan" ideologiyasının diqqətlə təhlil edildiyini göstərir. Lakin tərəflər arasındakı qarşılıqlı etimadsızlığın qalması, Bakının yaranmış fürsətə çox ehtiyatla yanaşdığını da anlamağa kömək edir. Yəni Bakı Paşinyanın konstitusiya dəyişikliyi etmək istədiyini görür və eşidir, amma onun bu işdə sona qədər gedə biləcəyinə əmin ola bilmir.
İki mühüm addım: ermənilərə qadağa
Ən diqqət çəkən məqam isə Paşinyanın iyun seçkilərindən cəmi bir ay sonra iki mühüm addım atmasıdır. Bunlardan birincisi xaricdəki vətəndaşların seçkidə səsverməsinin həddən artıq çətinləşdirilməsidir. Yeni qaydalara görə, xaricdəki vətəndaş səs vermək istəyirsə, ya seçkidən öncəki 366 gün ərzində Ermənistanda yaşadığını təsdiq etməli, ya da seçkiyə 48 saat qalmış Ermənistana giriş etməlidir. İkinci önəmli məsələ isə Paşinyanın avqust ayında 2025-ci ildən tərtib olunmağa başlayan Ermənistanın yeni konstitusiyasının mətninin ən geci bu ilin sonunda (güman edilən tarix dekabrdır - red.) açıqlanacağı vədini verməsidir.
Birinci qərar Yerevanın daha çox Rusiya və oradakı diasporaya qarşı qabaqlayıcı addımı kimi qəbul edilə bilər. Görünür son seçki təcrübəsindən sonra Yerevanda Rusiyanın hansı müdaxilələr edə biləcəyini yaxşı bilirlər və onu azaltmağa çalışırlar. Ən azından Karapetyana iyun seçkisi ərəfəsində Moskvadan diaspora vasitəsilə verilən dəstəyi Paşinyan unutmur və iki ölkənin mövcud münasibətləri fonunda bunun yenidən təkrarlanacağından ehtiyat edir.
Konstitusiya mətninə gəlincə isə təsadüfi deyil ki, Paşinyanın avqust açıqlamalarından sonra hökumət nümayəndələri azı 3 dəfə ictimaiyyəti bu mövzuda üstüörtülü mesajlarla yönləndirməyə və nəbzini yoxlamağa cəhd ediblər. Xüsusilə müstəqillik haqqında aktın yeni konstitusiyanın memorandumundan çıxarılacağına dair hakim Mülki Müqavilə Partiyasından deputat Arusyak Culhaqyanın avqustda verdiyi açıq, ədliyyə naziri Srbuhi Qalyanın sentyabr ayındakı ziddiyətli açıqlamalarını buna nümunə kimi göstərmək olar. Lakin ən diqqət çəkən məsələ isə Paşinyanın yeni konstitusiya mətninin hazırlanmasını kimlərə həvalə etməsidir. Onun tərtibatçıları arasında qərbyönlü deputatlar Vahang Hovakimyan, Vladimir Vardanyan, antirusiya mövqeyi ilə tanınan Respublika Partiyasından Masis Melkonyan, Qərblə sıx əlaqələri olan Daniel İoannisyan kimi nüfuzlu erməni QHT nümayəndələrinin olması, yeni konstitusiyanın daha çox Avropa standartlarına uyğunlaşdırılmağa cəhd ediləcəyini deməyə əsas verir. Bu da Ermənistanın Avropa Birliyi ilə maksimum yaxınlaşması, ən pis halda isə Ermənistanın balanslı qüvvə kimi görünməsi siyasi xəttinə uyğundur.
Avropa gələcəyi yoxsa Müstəqillik Aktı?
Yaranmış vəziyyət hakimiyyətin konstitusiyanın dəyişdirilməsi üçün mövcud əngəlləri necə aşacağı ilə bağlı bəzi təxminləri irəli sürməyə imkan verir. Paşinyan da yaxşı bilir ki, illərdir ultra-konservativ təbliğatla "qidalandırılan" Ermənistan cəmiyyətinə yeni konstitusiyanın qəbul etdirilməsi yetərli qədər asan olmaya bilər. Ona görə də hökumət yeni konstitusiyadan bəhs edərkən onu daha çox "xoş gələcək" fikri ilə assosiasiya etməyə çalışır. Bu da Ermənistanın yeni ana qanununda önəmli dəyişikliklərin olacağını və bununla da hökumətin cəmiyyəti "keçmişi saxlamaq yoxsa gələcəyi seçmək" arasında məcburi seçimlə üz-üzə qoyacağı ehtimalını irəli sürməyə imkan verir.
Lakin Paşinyana hazırda ən böyük əngəl konstitusiya mətninin təqdimatından daha çox onun referenduma necə çıxaracağı ilə bağlıdır. Ermənistan konstitusiyası ölkədəki milli məsələlərlə bağlı referendumun keçirilməsi üçün parlamentin ümumi tərkibinin ən azı üçdə ikisinin razılığını tələb edir. Hakim partiyanın isə bu səs çoxluğuna çatması üçün bir neçə deputatı çatmır.
Hələlik Ermənistan baş nazirinin bu əngəli necə aşacağını söyləmək çətindir. Lakin seçkidən sonrakı 4 ay ərzində Ermənistanda az qala bütün önəmli müxalif liderləri barədə ağır cinayət işlərinin açılması, iqtidarın həbsdəkilər və ya onların parlamentdəki tərəfdarları ilə müəyyən sövdələşməyə getmə ehtimalını artırır. Bu fonda müxalifət sıralarında olan siyasətçilər barədə yeni cinayət işlərinin peyda olması da istisna edilməməlidir. Nəticədə Ermənistan müxalifətindəki bəzi simaların müxtəlif adlarla hakim partiyaya transferi və ya ən azından bitərəfliyini təmin etməklə sistem daxilində müxalifətə çevrilməsini görmək mümkün ola bilər. Paşinyan administrasiyası belə praktikanı artıq yerli idarəetmə orqanlarına keçirilən son seçkilər ərəfəsində uğurla sınaqdan keçirib və bir zamanlar ən sərt müxalifətçi sayılan simaları öz seçki siyahısına daxil edə bilib.
Bunlar mümkün olmayacağı təqdirdə Paşinyan ölkə daxilində Avropa Birliyi üzvlüyü və Rusiya arasındakı seçimlə bağlı diskursu daha da dərinləşdirib, ölkəni yeni növbədənkənar seçkilərə apara bilər. Açıq formada olmasa da Nikol özü də bu variantı istisna etmir. Əgər belə ehtimal reallaşarsa, Paşinyan 2018, 2021 və 2026-cı illərdən fərqli olaraq daha sistemsiz, daha zəif rəqiblər üz-üzə qalacaq ki, bu da ona parlamentdə son seçki ilə müqayisədə böyük çoxluq qazandıra bilər.
Hələlik isə Paşinyan yalnız öz hakimiyyətini qorumaq, mövqelərini ölkə daxilində və sistem içərisində maksimum gücləndirməklə məşğuldur. Görünür Yerevanda da dərk edirlər ki, referendumun nəticəsi təkcə Azərbaycanla münasibətlərin yaxşılaşması üçün yox, onun Qərblə gələcəyinin müəyyənləşməsi, Rusiyanın artan iqtisadi təhdidlərindən yekun müdafiəsi, eləcə də Paşinyanın hakimiyyətinin qorunması üçün çox önəmlidir. Ermənistan iqtisadiyyatında müşahidə olunan artım hakimiyyətə bu dəyişiklikləri reallaşdırması üçün münbit şərait yaradır Bu da Ermənistanda yeni referendumun 2027-ci ilin sonuna doğru keçiriləcəyi ehtimallarını artırır.
Son Xəbərlər
Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar
17 Noyabr 2026 18:33
Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü
17 Noyabr 2026 18:29
Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO
17 Noyabr 2026 18:27
Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto
17 Noyabr 2026 18:17
Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq
17 Noyabr 2026 18:15
Millimiz İraqla qarşılaşır
17 Noyabr 2026 18:10
Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar
17 Noyabr 2026 18:08
“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”
17 Noyabr 2026 18:04
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar
17 Noyabr 2026 17:59
Putinlə ikitərəfli görüş keçirmək istəyir
17 Noyabr 2026 17:50
Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar
17 Noyabr 2026 17:46
Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi
17 Noyabr 2026 16:24
Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar
17 Noyabr 2026 16:14
“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
17 Noyabr 2026 13:54
Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
17 Noyabr 2026 13:24
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub
17 Noyabr 2026 12:55
Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto
17 Noyabr 2026 12:53
DİA ilə bağlı iddialara - Rəsmi cavab
17 Noyabr 2026 12:49
Sabah hava necə olacaq?
17 Noyabr 2026 12:44
Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü
16 Noyabr 2026 15:43
Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib
16 Noyabr 2026 15:40
Taleh Kazımov: "Qlobal çağırışlara baxmayaraq iqtisadi artımımız davam edib"
16 Noyabr 2026 13:55
Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"
16 Noyabr 2026 13:27
“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva
16 Noyabr 2026 13:22
Aynur Elgünəş əməliyyat olundu
13 Noyabr 2026 17:52
İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi
13 Noyabr 2026 17:48
Küləklə bağlı - Xəbərdarlıq
13 Noyabr 2026 17:44
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir
13 Noyabr 2026 17:40
Baş Prokurorluğun nümayəndəsi Haaqada elektron sübutlar və gender əsaslı kibercinayətlərlə bağlı müzakirələrə qatılıb
13 Noyabr 2026 17:30
“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüş keçirdi - Fotolar
13 Noyabr 2026 17:28
“ASAN xidmət”in qarşısında hamilə qadın qətlə yetirildi
13 Noyabr 2026 17:25
“Gənc bəstəkarlar yanıma gəlib ağlayırlar, işə götürülmürlər”
13 Noyabr 2026 17:24
DOST Agentliyinin işdən çıxarılan əməkdaşı ilə bağlı - Açıqlama
13 Noyabr 2026 17:21
“Azərbaycan Avropa üçün çoxtərəfli diplomatiya sahəsində mühüm tərəfdaşdır”
13 Noyabr 2026 16:55
Məktəblərdə bir həftə dərs olmayacaq
13 Noyabr 2026 15:06
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video
13 Noyabr 2026 14:57
Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
13 Noyabr 2026 14:52
Arvadına xəyanət etməyən yeganə milyarder...
13 Noyabr 2026 14:35
“Azərbaycanın sülh təşəbbüsləri regionun inkişafına xidmət edir”
13 Noyabr 2026 14:28
Polad Həşimovun anasının vəziyyəti necədir?
13 Noyabr 2026 14:25
Şəhidin ata-anası qəzada yaralandı - Fotolar
13 Noyabr 2026 13:52
İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
13 Noyabr 2026 13:48
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
13 Noyabr 2026 13:42
Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaşları qəbul edəcək
13 Noyabr 2026 13:36
“Gənclərin ailə qurmağa marağı azalır”
13 Noyabr 2026 13:32
Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
13 Noyabr 2026 13:29
22° isti... - Sabahın havası
13 Noyabr 2026 13:26
Ölkədə bir şagirdə 1700 manat xərclənir
13 Noyabr 2026 13:18
Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
12 Noyabr 2026 15:46
General Natiq Əliyevin qızı saxlanıldı
12 Noyabr 2026 15:44
Əliyevlə Zelenski Dublində görüşdü - Fotolar
12 Noyabr 2026 15:41
Bu instituta icraçı direktor təyin olundu
12 Noyabr 2026 15:35
İrlandiyanın Baş naziri Prezidenti qarşıladı
12 Noyabr 2026 15:33
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
12 Noyabr 2026 15:29
AFFA-nın keçirdiyi liqada biabırçılıq
12 Noyabr 2026 14:25
Bakıda yanıq xəsarətləri alan şəxs ölüb.
12 Noyabr 2026 14:23
Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanıb
12 Noyabr 2026 14:16
Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
12 Noyabr 2026 14:14
Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
12 Noyabr 2026 14:11
Qubada qəbiristanlıqdan meyit tapıldı
12 Noyabr 2026 14:08
Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi
12 Noyabr 2026 14:06
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
12 Noyabr 2026 13:05
Sabah 20° isti olacaq
12 Noyabr 2026 13:02
Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək
12 Noyabr 2026 12:59
Evdə halı pisləşən gənc qız dünyasını dəyişdi - onun 25 yaşı olduğu deyilir
12 Noyabr 2026 12:54
Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi - Fotolar
11 Noyabr 2026 19:21
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
11 Noyabr 2026 19:19
Ermənistan həmin hüququndan məhrum edildi
11 Noyabr 2026 19:17
Gəncədə “TIR” sərnişin avtobusuna çırpıldı
11 Noyabr 2026 19:15
“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”
11 Noyabr 2026 19:12
Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb
11 Noyabr 2026 19:11
Məzuniyyətin pulla əvəzlənməsinin qadağan olunması təklif edilir
11 Noyabr 2026 19:09
Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir
11 Noyabr 2026 19:07
Millimiz İsveçrəyə məğlub oldu
11 Noyabr 2026 19:05
Arvadının iynə vurduğu kişi öldü
11 Noyabr 2026 19:03
Şamaxıda qadın su çənində boğuldu
11 Noyabr 2026 19:01
Zelenski sabah onlarla görüşəcək
11 Noyabr 2026 18:48
Rəna Soltanovanın təşkilatçılığı ilə VI Estetik Tibb Konfransı böyük uğurla baş tutub - Fotolar
11 Noyabr 2026 18:35
Xocavənd rayonunda mina hadisəsi baş verib
11 Noyabr 2026 18:18
Bu ərazilərdə qaz kəsiləcək
11 Noyabr 2026 18:09
Paşinyan Ərdoğan və Pezeşkianla görüşdü
11 Noyabr 2026 18:05
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
11 Noyabr 2026 14:21
“Burger King” paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı! - Fotolar
11 Noyabr 2026 13:57
Prezident həmkarına başsağlığı verdi
11 Noyabr 2026 13:44
Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlandı
11 Noyabr 2026 13:40
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər
11 Noyabr 2026 13:37
Şöbə rəisi qəfil vəfat etdi
11 Noyabr 2026 13:28
Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşdü - Fotolar
11 Noyabr 2026 13:14
Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı
11 Noyabr 2026 12:42
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11 Noyabr 2026 12:23
2 nəfər dəm qazından boğuldu
11 Noyabr 2026 12:20
FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib
11 Noyabr 2026 12:10
Daxili işlər nazirinin Gəncədə keçirəcəyi vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdi
11 Noyabr 2026 12:04
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
11 Noyabr 2026 11:59
Dünənin Xəbərləri
Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü
16 Noyabr 2026 15:43
Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib
16 Noyabr 2026 15:40
Taleh Kazımov: "Qlobal çağırışlara baxmayaraq iqtisadi artımımız davam edib"
16 Noyabr 2026 13:55
Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"
16 Noyabr 2026 13:27
“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva
16 Noyabr 2026 13:22
Köşə
kriminal
Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
1 Sentyabr 2026 13:09
Böyükağa Abdullayev
Meşələrdə itib-batan milyonlar – Nazirliyin odunçuluq biznesi
17 Noyabr 2023 15:35
Böyükağa Abdullayev
Çörəyin Ucuzlaşması Onun Çəkisinə və Keyfiyyətinə Təsir Göstərməməlidir - TƏHLİL
1 Noyabr 2023 9:51
Gülşən Məmmədoğlu
Rusiya üçün Ermənistana sahiblənməkdən daha önəmli olan nədir?
22 Oktyabr 2023 14:20
Kamal Əliyev
Ermənistan 3+3 formatına razılaşır?
20 Oktyabr 2023 12:10
Kamal Əliyev
Paşinyan Meğri məsələsində güzəştə gedəcəkmi?
18 Oktyabr 2023 14:57
Rəşad Ergün
Rövnəq Abdullayev, milli komanda və "peraşki"
18 Oktyabr 2023 12:29
Ələddin Rüstəmli
İsrail-Fələstin münaqişəsində haqlı tərəf hansıdır?
12 Oktyabr 2023 22:13