Zakir Fərəcovdan Prezidentə növbəti şikayət
 

26 Oktyabr 202315:29

Sahibkarlar Zakir Fərəcovun təqsiri ucbatından ölkənin üçüncü bu böyük şəhərində gördükləri yüksək məsuliyyət tələb edən alqışalayiq işlərinə görə onlara çatacaq milyonlarla halal qazanc pullarını hələ də ala bilməyiblər.

Sumqayıtda baş verənlər və icra başçısı Zakir Fərəcovun iş adamlarına qarşı haqsızlığı ilə bağlı dərc olunan tənqidi yazılar, çoxdandır ki, ölkənin media vasitələrini, sosial şəbəkələrdə geniş işıqlandırılır. Dərc olunan yazılarda, açıqlamalarda Sumqayıtın icra başçısının və onun hakim komandasındakı əlaltılarının haqsızlığı ilə üzləşənlərin başlarına gətirilənlər tam çılpaqlığı ilə ortaya qoyulur. Ən əsası odur ki, bu yazı, açıqlama və şərhlərdə, nədən, indiyədək bu haqlı şikayətlərə yuxarılardan reaksiya olmadığı, Zakir Fərəcovun və onun cinayət ortaqlarının cəzalandırılmamaları və onların aşkar həyata keçirdiyi özbaşınalıqlara hüquqi qiymətin verilmədiyi önə çəkilir. Di gəl ki, bütün bunlar, daha dəqiq desək, qanunların Zakir Fərəcov adı qarşısında niyə acizanə “boyun bükdüyü” barədə xüsusi olaraq vurğulananlar, reallıq və gerçəkləri, hələ ki, dəyişmir. Çox təəssüf ki, bu yazıların mövzusunu daha çox icra başçısının və onun əlaltısı olan digər yuksək vəzifə sahiblərinin hegemonluqları, sahibkarları daha dözülməz duruma salmaları, sıravi vətəndaşlara, hətta dövlətə meydan oxumaları təşkil etsə də, necə deyərlər, onların xətirlərinə dəyən tapılmır ki, tapılmır. Belə olmasaydı, — elə, götürək Gündüz Əliyevi, — o da çoxdan həbsdə olardı. Çünki Gündüz Əliyevin törətdiyi cinayətlərdən biri, bu yaxınlarda rəsmən ortaya çıxarıldı. Di gəl ki, məhkəmə də, necə deyərlər, onun xətrinə dəymədi və mövcud qanunlarımızın gücü bir daha heçə endirildi.

Həmin yazı, açıqlama və şərhlərdə göstərildiyi kimi, dəhşət ondadır ki, Zakir Fərəcov adlı bəlanın sumqayıtlılara yaşatdığı problemlərin həllinə biganə qalmaq, cəmiyyətdə hakimiyyətə qarşı narazı kütlənin formalaşmasına şərait yaratmaq deməkdir. Bütün bunlar sanki o deməkdir ki, Sumqayıt icra başçısı və onun cinayət ortaqları öz şəxsi mənafeləri naminə, məqsədli şəkildə hakimiyyətə qarşı yırtıcı siyasət önünə keçənlərin sıralarına qoşulublar və son vaxtlar “dəmir barmaqlıqlar” arxasına göndərilən yüksək səlahiyyət sahibi məmurlar kimi, onların da, bu acı taleyi yaşamalarının artıq vaxtı yetişib.

Ümumiyyətlə, Zakir Fərəcovun özünün və Gündüz Əliyev kimi vəzifə sahibləri cinayət ortaqlarının qanunlar çərçivəsinə sığmayan bəd əməlləri barədə, ölkənin mətbu orqanlarında dəhşət doğuran fakt və sübutlarla zəngin çox yazılar verilib. Əksəriyyəti isə, iş adamlarını aldadaraq, Sumqayıtda abadlaşdırma, təmir-tikinti işlərinə cəlb edən və sonradan onlara çatacaq halal milyonlarla qazanc pullarını verməkdən imtina edən icra başçısının haqsız əməlləri barəsində olan yazılardır. Həmin yazılarda xüsusi olaraq o qeyd olunub ki, Sumqayıt şəhərinin girişində və ayrı-ayrı yerlərində, daha çox, Dənizkənarı Bulvarın təmir-tikintisi və abadlaşdırılma işlərinə büdcədən ayrılan və bu önəmli işləri xərclənməsi nəzərdə tutulan milyonların iş görən firma və şirkətlərə verilməməsi sahibkarların haqlı narazılıqlarına səbəb olub. Daha doğrusu, icra başçısı və onun cinayət ortaqları olan vəzifə sahibləri hər zamankı metodlarından günü bu günədək yararlanmaqdadırlar. Bəzi iş adamlarını hədələməklə, bəzilərini polis idarələrində, həbsxana divarları arxasında işgəncələrə məruz qoymaqla istəklərinə qismən çatıblar da. Hətta susdura bilmədikləri iş adamlarını müdafiə edən dövlət strukturlarının və mətbu orqanların rəhbərlərinə da, əzələ nümayiş etdirə biliblər. Bunun acı nəticəsidir ki, onların indiyədək bu barədə əlaqədar dövlət qurumlarının rəhbərlərindən tutmuş, ölkə başçısına belə ünvanladıqları şikayət məktublarına ciddi bir reaksiya olmayıb. Heç yerdən onlara kömək edən tapılmayıb. Həmin iş adamları, bu günlərdə də, milyonlarla pullarını hələ də ala bilmədiklərinə görə, kömək üçün ölkə başçısına daha bir müraciət göndəriblər. 

Müracəti olduğu kimi dərc edirik:

Sizin ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğı danılmazdır. Sahibkarlığın inkişafı üçün atdığınız qəti addımlar və iş adamlarına göstərdiyiniz əvəzolunmaz köməklik, biz sahibkarlar tərəfindən həmişə yüksək səviyyədə qiymətləndirilib. İnanırıq ki, bundan sonrakı dövrlərdə də, biz sahibkarların yanında olub, hüquqlarımızın qorunması istiqamətində əlinizdən gələn köməkliyi edəcəksiniz. Sizi mühüm dövlət işlərinizdən ayırmaq istəməsək də, buna məcburuq. Çünki iş adamları olaraq, Sumqayıtın tikinti-təmir, abadlıq işləri meydançalarında icra başçısı Zakir Fərəcov və digər vəzifə sahibləri tərəfindən gərgin işlərə cəlb olunanlardan və indiyədək gördüyümüz işlərə görə, bizə çatacaq milyonlarla pullarımızı, tam olaraq, hələ də ala bilməmişik. Konkret desək, indinin özündə də, şəhər rəhbərliyi tərəfindən, 2016-cı ilin fevral ayından sentyabr ayına kimi olan dövrdə Sumiqayıtda həyata keçirdiyimiz yüksək səviyyəli quruculuq, təmir-tikinti və abadlıq işlərinə görə bizə çatacaq 3 milyon manata yaxın borc qalığı var.

Qeyd edək ki, o zaman, Sumqayıt şəhər bulvarının salınması, abadlıq işlərinin görülməsi bizə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən tapşırılmışdı. Zakir Fərəcov bizə müxtəlif vədlər verərək, əlimizdən gələni etməyi, qısa zaman ərzində bulvarın abadlaşdırılmasını ciddi şəkildə tapşırmışdı. Bütün görəcəyimiz çətin və yüksək məsuliyyət tələb edən vacib işlər üçün, bizə, halal qazanc pullarımızı tam alacağımızı vəd etmişdi. Lakin başçı bizim başımıza min cür oyunlar gətirib, ümumilikdə, bu işlər üçün ayrılan 12 milyon manata yaxın pul vəsaitinin 4 milyonunu verib, sonradan qalan 8 milyon manatı verməkdən imtina etdi. Bu işlər üçün sərf olunan texnikanı, mal-materialları aldığımız firma və şirkətlərin rəhbərlərinin, eləcə də gərgin durumdan işlətdiyimiz yüzlərlə usta və fəhlənin təkidli tələbləri ilə, dəfələrlə Şəhər İcra Hakimiyyətindən sahibkarlara çatası bu pulu qəti şəkildə tələb etsək də, bizə bu pullar ödənilmədi, bunun əvəzində isə, biz başçının təhdidləri ilə qarşılaşdıq, hətta onun göstərişi ilə, zərərçəkmiş kimi tanınan biz sahibkarların arasında həbsxana divarları arasına salınanımız da oldu.

Daha doğrusu, bu işləri həyata keçirən iş adamları olaraq, bizim, dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə gedərək, bizə çatacaq halal qazanc pullarımızı tələb etməyimiz Zakir Fərəcovu açmadı və onun tələblər dolu göstərişi ilə, cinayət ortaqları vəzifə sahibləri mətbuata verdikləri açıqlamalarında yalandan bildirdilər ki, guya, İcra Hakimiyyəti tender həyata keçirib. 8 milyon manat da, guya, tenderin qalibi şirkət qurumun hesabına köçürülüb və zərərçəkmiş şəxslərin pulları həmin qurum rəhbərindədir.

Möhtərəm Prezident!

Deyilənlərin hamısı yalan, şər-böhtan idi. Qəti şəkildə deyirik ki, bu işlərin görülməsi üçün, onda hər hansı tender həyata keçirilmədi. Hətta şirkətin hesabına Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən pul da köçürülmədi. Dənizkənarı Bulvarın salınması üçün ayrılan həmin məbləğdə ən böyük pul vəsaiti, əlbəəl, işləri həyata keçirən şirkət rəhbərinin özünə verildi. Verilən həmin pulların hamısı da, təyinatı üzrə xərcləndi, yəni bulvarda iş görənlərə ödənildi. Bəli, təxminən 4 milyon manata yaxın pul vəsaiti Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilsə də, sonradan, hansısa səbəbdən qalan 8 milyon manat pul şirkət rəhbərinə ödənilmədi. Daha doğrusu, bu pulun, guya, şirkət rəhbərliyi tərəfindən mənimsənildiyi iddia edilərək, onun barəsində cinayət işi başlandı. İstintaqı aparan dövlət qurumlarının və məhkəmənin rəhbər şəxsləri də, necə deyərlər, başçının dedikləri ilə, “oturub, durdular”. Şər-böhtanla olsa da, şirkət rəhbərini həbsxana divarları arxasına göndərməyə nail oldular.

Ən dəhşətlisi odur ki, deyilənlərin yalan və şər-böhtan olduğunu, başçının özü və cinayət ortaqları olan vəzifə sahibləri sonradan etdikləri ilə təsdiqlədilər. Yəni, həmin 8 milyon manat pulun yarıdan çoxunu, “canımızı boğazımıza yığmaqla”, uzun müddətdə qırıq-qırıq yenə də o şirkət rəhbərinin əlbəəl özünə verdilər. Onda dəhşət doğuran belə bir sual ortaya çıxır ki, axı, əvvəlcədən dedikləri kimi, əgər tender qalibi şirkət rəhbərinə həmin pulu vermişdilərsə, onda həmin pulun yarıdan çoxunu sonradan necə ödəyə bildilər?! Bu, qatı bir cinayət deyilmi?!.

Möhtərəm Prezident!

Yeri gəlmişkən, onu da qeyd etmək istəyirik ki, Sumqayıt şəhərində quruculuq, təmir-tikinti və abadlıq işlərinin görülməsi üçün, Sizin verdiyiniz sərəncamlarla, dövlət büdcəsindən milyonlara pul vəsaiti ayrılıb və Sumqayıt Şəhər İcra Hakimiyyətinin hesabına köçürülüb. Lakin həmin pulların hansı formada xərclənməsi barədə, ortada heç bir məlumat mövcud deyil. Eyni zamanda, həmin vəsaitin neçə milyonunun Sumqayıtdakı dəniz ətrafı bulvarın salınmasına xərclənməsi məlum deyil. Sizin 13 oktyabr, 2015-ci il tarixili Sərəncamınızla Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün də, 3,7 milyon manat pul vəsaiti ayrılıb.15 dekabr, 2015-ci ildə isə, Sizin digər bir Sərəncamınızla, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün, 5 milyon manat pul ayrılıb. 03 mart, 2016-cı ildə verdiyiniz Sərəncamınız isə, Sumqayıt şəhərindəki çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə, 9 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat pul ayrılıb.

10 iyun, 2016-cı ildə verdiyiniz Sərəncamla Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün, 10 milyon, o cümlədən çox mənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5 milyon, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5 milyon manat ayrılıb. 27 sentyabr, 2016-cı ildəki Sərəncamla da, Siz, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmir işlərinin davam etdirilməsi üçün, 5 milyon manat ayırmısınız. Lakinbu qədər pul vəsaiti şəhərin balansına verildiyi halda, onların dəniz kənarı bulvarın salınmasına xərclənməməsi xeyli suallar ortaya çıxarır: Axı, Bulvarın salınmasına nə qədər pul vəsaiti sərf olunub?! Həmin pullar kimə verilib?! Onun verilməsini təsdiq edən sənədlər mövcuddurmu?! Və s., və i.

Bu işləri həyata keçirən iş adamının məlum həbsindən sonra, öz pullarımızı Şəhər İcra Hakimiyyətindən tam olaraq ala bilməmişik. Belə ki, icra başçısı və onun əlaltıları olan cinayət ortaqları hər vəchlə günahı onun üzərinə atmağa çalışıblar. Lakin həmişə görünən tək sübut o olub ki, Şəhər İcra Hakimiyyəti tərəfindən, rəsmi olaraq, ona heç vaxt pul vəsaiti ödənilməyib. Yəni, o, pul alarkən hər hansı sənədə imza atmayıb, eyni zamanda, onun şirkətinə də pul vəsaiti köçürülməyib. Belə qanunsuzluqların olduğu halda, onun həbs edilməsi də, ikiqat qanunsuzluq idi.

Bir daha qeyd edirik ki, biz, zərərçəkmiş sahibkarlar olaraq, dəfələrlə, Şəhər İcra Hakimiyyətindən öz pullarımızı, haqqımızı tələb etmişik. Lakin burada günahı əsas işləri görən şirkət rəhbərinin üzərinə atmaqla, məsuliyyətdən yaxa qurtarmağa çalışıblar. Biz zərərçəkənləri düşdüyümüz zərərdən xilas etməyə can atan kimsəni tapmaq müşkül məsələyə çevrilib. Hətta Şəhər İcra Hakimiyyətindən, Sumqayıtın giriş yolunun və Dənizkənarı Bulvarın tikintisi, yenidən qurulması, abadlaşdırılması və yaşıllaşdırılması işləri ilə əlaqədar, sual dolu müraciətlərimizə cavab verilməsini və həmin cavabları təsdiq edən sənədlərin surətinin bizə verilməsini də xahiş etmişik. Lakin suallara cavab vermək əvəzinə, həmişə, orda bizi başqa istiqamətə yönləndirməyə çalışıblar.

Zərərçəkmiş vətəndaşları şəhərin abadlaşdırma işlərinə həmin əsas şirkətin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəhbər şəxsləri cəlb etsələr də, onlara çatacaq pul vəsaiti Şəhər icra Hakimiyyətinin rəhbərliyi tərəfindən ödənilməli idi. Lakin rəhbərlik bu vəsaiti ödəməkdən boyun qaçıraraq, pulun, guya, həmin şirkətə verildiyini iddia edib. Halbuki, bir daha qeyd edirik ki, ortada, həmin pulun ona verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Bir də, necə olur ki, həmin şirkət rəhbəri həbsə atılır, amma əsl günahkar Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəhbəri azadlıqda əlini-qolunu sallayaraq, şəstlə gəzib həmişə. Axı, o, zərərçəkmiş biz sahibkarları başçının adından dəfələrlə aldadaraq, bizə dəymiş ziyanın tam olaraq ödəniləcəyini vəd edib. Lakin verdiyi vədlərini boşa çıxarmaqla yanaşı, bizi polislə də dəfələrlə hədələyib.

Biz sahibkarlar həmişə başımızın üzərində Böyük Allahımızı gördüyümüz üçün, qəti şəkildə deyirik ki, incidilən həmin şirkət rəhbəri ona tapşırılan tapşırıqları layiqincə yerinə yetirib, Dənizkənarı Bulvarın salınmasını, ona tapşırılan digər bütün yüksək məsuliyyət tələb edən vacib işləri həmişə uğurla başa çatdırıb. Lakin bu xidmətlərinə görə, o, mükafatlandırılmaq əvəzinə, cəzalandırılacaq, hətta həbsə də atılıb. Elə, bütün bunlara görə, bir daha qəti surətdə deyirik ki, əliəyri vəzifə sahiblərinin törətdikləri ədalətsizlik, qanunsuzluq və saxtakarlığın sübuta ehtiyacı olmayan və mövcud qanunlarımız çərçivəsinə sığmayan xoşagəlməzlik  əlamətləridir.

Möhtərəm Prezident!

Yuxarıda qeyd etdiklərimizi əsas götürərək, Sizdən xahiş edirik ki, halal pullarımızı almaqda bizə köməklik göstərəsiniz! Çünki başqa üz tutacağımız ümid yerimiz qalmayıb və bu çətin durumumuzda nə edəcəyimizi də bilmirik. Tam ümid edir və inanırıq ki, Sizin şəxsi nəzarətiniz altında bu məsələ ədalətli şəkildə araşdırılacaq və haqq-ədalət öz yerini tapacaq. Çarəsiz qalan biz iş adamlarına edəcəyiniz köməyə görə, Sizə qabaqcadan dərin minnətdarlığımızı da çatdırırıq!”.

mənbə: Gundeminfo.az

Son Xəbərlər

Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar

17 Noyabr 2026 18:33

Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü

17 Noyabr 2026 18:29

Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO

17 Noyabr 2026 18:27

Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto

17 Noyabr 2026 18:17

Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq

17 Noyabr 2026 18:15

Millimiz İraqla qarşılaşır

17 Noyabr 2026 18:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar

17 Noyabr 2026 18:08

“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”

17 Noyabr 2026 18:04

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

17 Noyabr 2026 17:59

Putinlə ikitərəfli görüş keçirmək istəyir

17 Noyabr 2026 17:50

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar

17 Noyabr 2026 17:46

Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi

17 Noyabr 2026 16:24

Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar

17 Noyabr 2026 16:14

“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı

17 Noyabr 2026 13:54

Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət

17 Noyabr 2026 13:24

Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub

17 Noyabr 2026 12:55

Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto

17 Noyabr 2026 12:53

DİA ilə bağlı iddialara - Rəsmi cavab

17 Noyabr 2026 12:49

Sabah hava necə olacaq?

17 Noyabr 2026 12:44

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü

16 Noyabr 2026 15:43

Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib

16 Noyabr 2026 15:40

Taleh Kazımov: "Qlobal çağırışlara baxmayaraq iqtisadi artımımız davam edib"

16 Noyabr 2026 13:55

Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"

16 Noyabr 2026 13:27

“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva

16 Noyabr 2026 13:22

Aynur Elgünəş əməliyyat olundu

13 Noyabr 2026 17:52

İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi

13 Noyabr 2026 17:48

Küləklə bağlı - Xəbərdarlıq

13 Noyabr 2026 17:44

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir

13 Noyabr 2026 17:40

Baş Prokurorluğun nümayəndəsi Haaqada elektron sübutlar və gender əsaslı kibercinayətlərlə bağlı müzakirələrə qatılıb

13 Noyabr 2026 17:30

“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüş keçirdi - Fotolar

13 Noyabr 2026 17:28

“ASAN xidmət”in qarşısında hamilə qadın qətlə yetirildi

13 Noyabr 2026 17:25

“Gənc bəstəkarlar yanıma gəlib ağlayırlar, işə götürülmürlər”

13 Noyabr 2026 17:24

DOST Agentliyinin işdən çıxarılan əməkdaşı ilə bağlı - Açıqlama

13 Noyabr 2026 17:21

“Azərbaycan Avropa üçün çoxtərəfli diplomatiya sahəsində mühüm tərəfdaşdır”

13 Noyabr 2026 16:55

Məktəblərdə bir həftə dərs olmayacaq

13 Noyabr 2026 15:06

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video

13 Noyabr 2026 14:57

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

13 Noyabr 2026 14:52

Arvadına xəyanət etməyən yeganə milyarder...

13 Noyabr 2026 14:35

“Azərbaycanın sülh təşəbbüsləri regionun inkişafına xidmət edir”

13 Noyabr 2026 14:28

Polad Həşimovun anasının vəziyyəti necədir?

13 Noyabr 2026 14:25

Şəhidin ata-anası qəzada yaralandı - Fotolar

13 Noyabr 2026 13:52

İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

13 Noyabr 2026 13:48

İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

13 Noyabr 2026 13:42

Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaşları qəbul edəcək

13 Noyabr 2026 13:36

“Gənclərin ailə qurmağa marağı azalır”

13 Noyabr 2026 13:32

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

13 Noyabr 2026 13:29

22° isti... - Sabahın havası

13 Noyabr 2026 13:26

Ölkədə bir şagirdə 1700 manat xərclənir

13 Noyabr 2026 13:18

Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb

12 Noyabr 2026 15:46

General Natiq Əliyevin qızı saxlanıldı

12 Noyabr 2026 15:44

Əliyevlə Zelenski Dublində görüşdü - Fotolar

12 Noyabr 2026 15:41

Bu instituta icraçı direktor təyin olundu 

12 Noyabr 2026 15:35

İrlandiyanın Baş naziri Prezidenti qarşıladı

12 Noyabr 2026 15:33

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video

12 Noyabr 2026 15:29

AFFA-nın keçirdiyi liqada biabırçılıq 

12 Noyabr 2026 14:25

Bakıda yanıq xəsarətləri alan şəxs ölüb.

12 Noyabr 2026 14:23

Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanıb

12 Noyabr 2026 14:16

Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək

12 Noyabr 2026 14:14

Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi

12 Noyabr 2026 14:11

Qubada qəbiristanlıqdan meyit tapıldı

12 Noyabr 2026 14:08

Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi

12 Noyabr 2026 14:06

100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video

12 Noyabr 2026 13:05

Sabah 20° isti olacaq

12 Noyabr 2026 13:02

Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək

12 Noyabr 2026 12:59

Evdə halı pisləşən gənc qız dünyasını dəyişdi - onun 25 yaşı olduğu deyilir

12 Noyabr 2026 12:54

Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi - Fotolar

11 Noyabr 2026 19:21

Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu

11 Noyabr 2026 19:19

Ermənistan həmin hüququndan məhrum edildi

11 Noyabr 2026 19:17

Gəncədə “TIR” sərnişin avtobusuna çırpıldı

11 Noyabr 2026 19:15

“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”

11 Noyabr 2026 19:12

Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb

11 Noyabr 2026 19:11

Məzuniyyətin pulla əvəzlənməsinin qadağan olunması təklif edilir

11 Noyabr 2026 19:09

Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir

11 Noyabr 2026 19:07

Millimiz İsveçrəyə məğlub oldu

11 Noyabr 2026 19:05

Arvadının iynə vurduğu kişi öldü 

11 Noyabr 2026 19:03

Şamaxıda qadın su çənində boğuldu

11 Noyabr 2026 19:01

Zelenski sabah onlarla görüşəcək

11 Noyabr 2026 18:48

Rəna Soltanovanın təşkilatçılığı ilə VI Estetik Tibb Konfransı böyük uğurla baş tutub - Fotolar

11 Noyabr 2026 18:35

Xocavənd rayonunda mina hadisəsi baş verib

11 Noyabr 2026 18:18

Bu ərazilərdə qaz kəsiləcək

11 Noyabr 2026 18:09

Paşinyan Ərdoğan və Pezeşkianla görüşdü

11 Noyabr 2026 18:05

“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama

11 Noyabr 2026 14:21

“Burger King” paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı! - Fotolar

11 Noyabr 2026 13:57

Prezident həmkarına başsağlığı verdi

11 Noyabr 2026 13:44

Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlandı

11 Noyabr 2026 13:40

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11 Noyabr 2026 13:37

Şöbə rəisi qəfil vəfat etdi 

11 Noyabr 2026 13:28

Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşdü - Fotolar

11 Noyabr 2026 13:14

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı

11 Noyabr 2026 12:42

Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi

11 Noyabr 2026 12:23

2 nəfər dəm qazından boğuldu

11 Noyabr 2026 12:20

FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib

11 Noyabr 2026 12:10

Daxili işlər nazirinin Gəncədə keçirəcəyi vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdi

11 Noyabr 2026 12:04

Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

11 Noyabr 2026 11:59

Dünənin Xəbərləri

Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar

17 Noyabr 2026 18:33

Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü

17 Noyabr 2026 18:29

Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO

17 Noyabr 2026 18:27

Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto

17 Noyabr 2026 18:17

Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq

17 Noyabr 2026 18:15

Millimiz İraqla qarşılaşır

17 Noyabr 2026 18:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar

17 Noyabr 2026 18:08

“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”

17 Noyabr 2026 18:04

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

17 Noyabr 2026 17:59

Putinlə ikitərəfli görüş keçirmək istəyir

17 Noyabr 2026 17:50

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar

17 Noyabr 2026 17:46

Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi

17 Noyabr 2026 16:24

Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar

17 Noyabr 2026 16:14

“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı

17 Noyabr 2026 13:54

Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət

17 Noyabr 2026 13:24

Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub

17 Noyabr 2026 12:55

Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto

17 Noyabr 2026 12:53

DİA ilə bağlı iddialara - Rəsmi cavab

17 Noyabr 2026 12:49

Sabah hava necə olacaq?

17 Noyabr 2026 12:44

Köşə

kriminal

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

1 Sentyabr 2026 13:09

Böyükağa Abdullayev

Meşələrdə itib-batan milyonlar – Nazirliyin odunçuluq biznesi

17 Noyabr 2023 15:35

Böyükağa Abdullayev

Çörəyin Ucuzlaşması  Onun Çəkisinə və Keyfiyyətinə Təsir Göstərməməlidir - TƏHLİL 

1 Noyabr 2023 9:51

Gülşən Məmmədoğlu

Rusiya üçün Ermənistana sahiblənməkdən daha önəmli olan nədir?

22 Oktyabr 2023 14:20

Kamal Əliyev

Ermənistan 3+3 formatına razılaşır?
 

20 Oktyabr 2023 12:10

Kamal Əliyev

Paşinyan Meğri məsələsində güzəştə gedəcəkmi?
 

18 Oktyabr 2023 14:57

Rəşad Ergün

Rövnəq Abdullayev, milli komanda və "peraşki"

18 Oktyabr 2023 12:29

Ələddin Rüstəmli

İsrail-Fələstin münaqişəsində haqlı tərəf hansıdır? 

12 Oktyabr 2023 22:13