“Hörmətli sürücülər, bu lənətə gəlmiş vərdişdən uzaq durun!”

26 Avqust 202616:24

Nəqliyyat üzrə ekspert, tanınmış hüquqşünas Ərşad Hüseynov avqustun 21-i Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı fikirlərini bölüşüb.

Azmedia.info.az   xəbər verir ki, ekspert bu kimi hadisələrin piyada özgüvənindən qaynaqlandığını bildirib.

32 yaşlı Sahil Əsgərlinin anasının gözləri qarşısında öldüyü hadisəni şərh edən Ə.Hüseynov bu kimi hadisələrdə sürücülərin də əksər hallarda doğru qərarlar vermədiyini deyib.

Hadisə anının videosunu paylaşan ekspert bu olayın cəmiyyətdəki yol mədəniyyətinin səviyyəsini aydın göstərdiyini vurğulayıb: “21 avqustda Salyanda baş vermiş yol-nəqliyyat hadisəsinin əks olunduğu bu videodakı görüntülər təkcə bir ailənin ürək ağrıdan faciəsi deyil. O həm də yollarımızda təhlükəsiz davranış səviyyəmizin ümumiləşdirilmiş real mənzərəsidir.

Hadisəyə hüquqi qiymət vermək fikrindən uzağam. Təqsirsizlik prezumpsiyası var, həm də kimisə ittiham edəcək prokuror və ya kimisə müdafiə edəcək vəkil də deyiləm. Lakin bu hadisə o qədər tipikdir ki, “keçmiş olsun” deyərək keçmək mümkün deyil.

Diqqətlə baxın. Sağlamlığının qaydasında olmadığı görünən bəxtsiz ana yaxınlaşan avtomobilin təhlükəli olduğunu dərk edir, yolu keçmək fikrindən daşınır, hətta bir az kənara da çəklilir. Amma gəncliyinə güvənən oğul yolu keçmək fikrindən dönmür. Sonda qaçmağa çalışsa da, yolun əks tərəfinə çata bilmir, faciə baş verir”.

Ə.Hüseynov bildirib ki, S.Əsgərlinin piyada olaraq yolda etdiyi ən kobud səhvdir: “Yolu piyada keçmək istəyərkən çox bəsit bir qaydaya əməl etmək lazımdır: yaxınlaşan avtomobillə məsafə və onun sürəti təhlükəlidirsə, heç vaxt onun qarşısına çıxmaq olmaz. Belə halda heç vaxt sürücüyə güvənmək olmaz. Sürücünün dayandığına və dayana biləcəyinə əmin olmamış yola çıxamaq həyati riskdir, çünki onun sonrakı hərəkətlərini heç vaxt proqnozlaşdırmaq mümkün deyil. Heç buna vaxt da yoxdur: söhbət həyatla ölüm arasındakı 1-2 saniyədən gedir”.

Ekspert həmin hadisədə sürücünün davranışının da çox tipik olduğunu qeyd edib: “Minlərlə dəfə gördüyümüz, əksər hallarda faciəyə gətirən kobud bir yanlışlıq baş verir. Piyadanın vurulması qarşılıqlı hərəkət olan 2 zolaqlı yolun sol tərəfində, yəni əks istiqamətdə zolaqda baş verir. Bu nə deməkdir? Orta statistik Azərbaycan sürücüsünün etdiyi kobud bir səhv deməkdir bu: maneəni görəndə qaçırmaq… Hörmətli sürücülər, bu lənətə gəlmiş “qaçırmaq” vərdişi”ndən uzaq durun. Bu, səhvdir, hərəkət edən maneəyə (yəni hərəkətdə olan piyadaya, nəqliyyat vasitəsinə, heyvana və s.) münasibətdə isə çox təhlükəli bir səhvdir. Axı qaydalar maneə ilə rastlaşan sürücüdən bircə şeyi hər bir halda tələb edir: maneəni gördükdə sürəti azalt, lazımdırsa tam dayanmaya qədər azalt. Vəssalam.

Deyə bilərsiniz ki, bəs məşhur “sığın testi” nə üçündür? Bu test anidən, yəni gözlənilməz yerdə və qısa məsafədə qəflətən peyda olan (kolların arasından yola qaçaraq çıxan sığın kimi) manedən yayınmaq üçün bir testdir. Burada elə bir şəraitdən söhbət gedir ki, sürücü ayağını tormoz pedalına qoyaraq onu sıxana qədər artıq maneə vurula bilər. Həm də real həyatda “sığın testi” şəraitinə düşən sürücü də əyləclə sükanı eyni vaxtda işə salmalıdır. Müasir avtomobillərin “ABS” əyləc sistemi məhz bunun üçün icad edilib. Avtomobilin əyləc pedalını tam sıxaraq da sükanla manevr etmək olur. Amma bunun üçün təlim keçmək, real məşqlər lazımdır.

Yolda hərəkətli maneə, o cümlədən yolu keçməkdə olan piyada olduqda niyə avtomobili qaçırmaq olmaz? Bunun çox aydın izahı var.

1. Maneədən qaçmaq istəyən sürücü, xüsusən də bizim yollarımızda olanların mütləq əksəriyyəti kimi heç bir təlim görməmiş sürücü instinktiv olaraq sürəti artırır. O çalışır ki, toqquşa biləcəyi maneənin yanından daha tez keçsin. Faciəvi səhv də elə budur: toqquşma bir az daha yüksək sürətdə olur, nəticə də, təbii ki, daha ağır olur.

2. Bunu sadə statistika və riyaziyyat təsdiqləyir. Yol hərəkəti təhlükəsizliyi ilə bağlı araşdırmalar göstərir ki, hərəkətli maneə ilə toqquşmadan yayınma şansı orta hesabla 50 % olur, yəni 50 % hallarda qaçırma uğursuz olur (bu videodakı kimi). Hələ bunun o biri üzü də var. Hərəkətli maneə ilə toqquşmadan qaçmağın uğurlu olduğu halların 50 %-ində başqa bir qəza, bəzən hətta qaçmaq istədiyinizdən də ağır qəza baş verir. Piyadanı vurmaqdan qaçmaq istəyən avtomobilin yanaşı zolaqdakı və ya qarşıdan gələn avtomobillə toqquşmasını, yol infrastrukturu elementlərinə (ayırıcı zolağa, qoruyucu səddə, işıq dirəyinə və s.) çırpılmasını, yoldan kənara çıxaraq dayanmış avtomobilə və ya başqa nəyəsə (ağaca, divara və s.) dəyməsini, sərt manevr səbəbindən aşmasını dəfələrlə görmüsünüz. İk maneədən “uğurlu” qaçırmanın 50 % uğursuz sonluğu həmz belə hadisələrdir. Axı hamı “sığır testini” bacarmır və ya hər avtomobil bu testdən çıxa bilmir, yaxud bu test sadəcə hər sürətdə mümkün deyil: fizika qanunları pozulmur. Beləliklə, statistika və riyaziyyat deyir ki, hərəkətli manedən qaçırmada uğurlu nəticə ehtimalı cəmi 25 %-dir.

3. Həyatını riskə ataraq və kobud qayda pozaraq yaxınlaşan avtomobilin qarşısından keçmək istəyən piyada ona yaxınlaşan avtomobili gəldiyi zolaqda gözləyir. Piyada avtomobilin onun üstünə düz gələcəyini gözləyir, onun qabağından həmin zolaqda keçməyi hesablayaraq risk edir. Sürücü qaçırmağa başladıqda piyadanın düşündüyü və proqnozlaşdırdığı sxem dağılır. Belə olduqda piyadanın bioloji olaraq özünü qoruma instinkti önə çıxır. Həmin instinkt isə piyada hərəkət edən insana həm “Qaç!”, həm “Dayan!, həm də “Geri qayıt!” komandasını, bəzən hətta eyni vaxta bunların hər üçünü verə bilər. Saniyələr, bəzən millisaniyələr müddətində baş verən bu proses yolda xaotik və proqnozlaşdırılmayan davranış deməkdir. Dəfələrlə gördüyünüz belə mənzərini mənim yazdıqlarımı düşünərək göz önünə gətirsəniz, hər şey aydın olacaq. Belə situasiyaya düşən insanın qəribə davranışının səbəbi məhz budur. Özü də bu xaos təhlükənin daha yaxınında baş verir. Bundan sonra sükan arxasındakı insanın da beyninin əməliyyat gücü yeni qərar verməyə çatdırmır, bəzən o da artıq stress vəziyyətində, instinktiv davranışa keçir. Nəticə isə faciəli olur.

Bu hadisədə də məhz belə oldu: gənc piyadanın ”3-4 addımdır, keçərəm” düşüncəsi ilə sürücünün “o boyda yoldur, qaçırdıb keçərəm” düşüncəsi üst-üstə düşmədi...”

Ə.Hüseynov sonda qeyd edib: “Əziz dostlar, bir daha xahiş edirəm: Bu “qaçırtmaq vərdişi”nizdən uzaq durun. Maneə gördükdə ilk sürəti azaldın (şəraitə uyğun tormozlama edin), çünki qaydalar da bunu belə istəyir. Labüd qaçırma olan hallarda isə bunu əyləclə birlikdə etməyi öyrənin. Belə olduqda ən azından bir qədər aşağı sürətlə toqquşmuş (piyadaya toxunmuş) olacaqsınız. Bunun nəticəsi isə daha yüngül olacaq.

Piyada hərəkət edərkən isə heç vaxt riskli məsafədə olan avtomobilin qarşısına çıxmayın, onun sükanı arxasındakına güvənməyin. Qaydalar başlıca olaraq özünüzü qorumaq, öz təhlükəsizliyinizi təmin etmək üçündür”.

Son Xəbərlər

Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar

17 Noyabr 2026 18:33

Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü

17 Noyabr 2026 18:29

Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO

17 Noyabr 2026 18:27

Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto

17 Noyabr 2026 18:17

Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq

17 Noyabr 2026 18:15

Millimiz İraqla qarşılaşır

17 Noyabr 2026 18:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar

17 Noyabr 2026 18:08

“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”

17 Noyabr 2026 18:04

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

17 Noyabr 2026 17:59

Putinlə ikitərəfli görüş keçirmək istəyir

17 Noyabr 2026 17:50

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar

17 Noyabr 2026 17:46

Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi

17 Noyabr 2026 16:24

Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar

17 Noyabr 2026 16:14

“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı

17 Noyabr 2026 13:54

Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət

17 Noyabr 2026 13:24

Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub

17 Noyabr 2026 12:55

Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto

17 Noyabr 2026 12:53

DİA ilə bağlı iddialara - Rəsmi cavab

17 Noyabr 2026 12:49

Sabah hava necə olacaq?

17 Noyabr 2026 12:44

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü

16 Noyabr 2026 15:43

Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib

16 Noyabr 2026 15:40

Taleh Kazımov: "Qlobal çağırışlara baxmayaraq iqtisadi artımımız davam edib"

16 Noyabr 2026 13:55

Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"

16 Noyabr 2026 13:27

“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva

16 Noyabr 2026 13:22

Aynur Elgünəş əməliyyat olundu

13 Noyabr 2026 17:52

İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi

13 Noyabr 2026 17:48

Küləklə bağlı - Xəbərdarlıq

13 Noyabr 2026 17:44

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir

13 Noyabr 2026 17:40

Baş Prokurorluğun nümayəndəsi Haaqada elektron sübutlar və gender əsaslı kibercinayətlərlə bağlı müzakirələrə qatılıb

13 Noyabr 2026 17:30

“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüş keçirdi - Fotolar

13 Noyabr 2026 17:28

“ASAN xidmət”in qarşısında hamilə qadın qətlə yetirildi

13 Noyabr 2026 17:25

“Gənc bəstəkarlar yanıma gəlib ağlayırlar, işə götürülmürlər”

13 Noyabr 2026 17:24

DOST Agentliyinin işdən çıxarılan əməkdaşı ilə bağlı - Açıqlama

13 Noyabr 2026 17:21

“Azərbaycan Avropa üçün çoxtərəfli diplomatiya sahəsində mühüm tərəfdaşdır”

13 Noyabr 2026 16:55

Məktəblərdə bir həftə dərs olmayacaq

13 Noyabr 2026 15:06

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video

13 Noyabr 2026 14:57

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

13 Noyabr 2026 14:52

Arvadına xəyanət etməyən yeganə milyarder...

13 Noyabr 2026 14:35

“Azərbaycanın sülh təşəbbüsləri regionun inkişafına xidmət edir”

13 Noyabr 2026 14:28

Polad Həşimovun anasının vəziyyəti necədir?

13 Noyabr 2026 14:25

Şəhidin ata-anası qəzada yaralandı - Fotolar

13 Noyabr 2026 13:52

İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

13 Noyabr 2026 13:48

İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

13 Noyabr 2026 13:42

Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaşları qəbul edəcək

13 Noyabr 2026 13:36

“Gənclərin ailə qurmağa marağı azalır”

13 Noyabr 2026 13:32

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

13 Noyabr 2026 13:29

22° isti... - Sabahın havası

13 Noyabr 2026 13:26

Ölkədə bir şagirdə 1700 manat xərclənir

13 Noyabr 2026 13:18

Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb

12 Noyabr 2026 15:46

General Natiq Əliyevin qızı saxlanıldı

12 Noyabr 2026 15:44

Əliyevlə Zelenski Dublində görüşdü - Fotolar

12 Noyabr 2026 15:41

Bu instituta icraçı direktor təyin olundu 

12 Noyabr 2026 15:35

İrlandiyanın Baş naziri Prezidenti qarşıladı

12 Noyabr 2026 15:33

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video

12 Noyabr 2026 15:29

AFFA-nın keçirdiyi liqada biabırçılıq 

12 Noyabr 2026 14:25

Bakıda yanıq xəsarətləri alan şəxs ölüb.

12 Noyabr 2026 14:23

Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanıb

12 Noyabr 2026 14:16

Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək

12 Noyabr 2026 14:14

Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi

12 Noyabr 2026 14:11

Qubada qəbiristanlıqdan meyit tapıldı

12 Noyabr 2026 14:08

Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi

12 Noyabr 2026 14:06

100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video

12 Noyabr 2026 13:05

Sabah 20° isti olacaq

12 Noyabr 2026 13:02

Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək

12 Noyabr 2026 12:59

Evdə halı pisləşən gənc qız dünyasını dəyişdi - onun 25 yaşı olduğu deyilir

12 Noyabr 2026 12:54

Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi - Fotolar

11 Noyabr 2026 19:21

Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu

11 Noyabr 2026 19:19

Ermənistan həmin hüququndan məhrum edildi

11 Noyabr 2026 19:17

Gəncədə “TIR” sərnişin avtobusuna çırpıldı

11 Noyabr 2026 19:15

“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”

11 Noyabr 2026 19:12

Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb

11 Noyabr 2026 19:11

Məzuniyyətin pulla əvəzlənməsinin qadağan olunması təklif edilir

11 Noyabr 2026 19:09

Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir

11 Noyabr 2026 19:07

Millimiz İsveçrəyə məğlub oldu

11 Noyabr 2026 19:05

Arvadının iynə vurduğu kişi öldü 

11 Noyabr 2026 19:03

Şamaxıda qadın su çənində boğuldu

11 Noyabr 2026 19:01

Zelenski sabah onlarla görüşəcək

11 Noyabr 2026 18:48

Rəna Soltanovanın təşkilatçılığı ilə VI Estetik Tibb Konfransı böyük uğurla baş tutub - Fotolar

11 Noyabr 2026 18:35

Xocavənd rayonunda mina hadisəsi baş verib

11 Noyabr 2026 18:18

Bu ərazilərdə qaz kəsiləcək

11 Noyabr 2026 18:09

Paşinyan Ərdoğan və Pezeşkianla görüşdü

11 Noyabr 2026 18:05

“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama

11 Noyabr 2026 14:21

“Burger King” paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı! - Fotolar

11 Noyabr 2026 13:57

Prezident həmkarına başsağlığı verdi

11 Noyabr 2026 13:44

Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlandı

11 Noyabr 2026 13:40

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11 Noyabr 2026 13:37

Şöbə rəisi qəfil vəfat etdi 

11 Noyabr 2026 13:28

Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşdü - Fotolar

11 Noyabr 2026 13:14

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı

11 Noyabr 2026 12:42

Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi

11 Noyabr 2026 12:23

2 nəfər dəm qazından boğuldu

11 Noyabr 2026 12:20

FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib

11 Noyabr 2026 12:10

Daxili işlər nazirinin Gəncədə keçirəcəyi vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdi

11 Noyabr 2026 12:04

Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

11 Noyabr 2026 11:59

Dünənin Xəbərləri

Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar

17 Noyabr 2026 18:33

Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü

17 Noyabr 2026 18:29

Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO

17 Noyabr 2026 18:27

Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto

17 Noyabr 2026 18:17

Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq

17 Noyabr 2026 18:15

Millimiz İraqla qarşılaşır

17 Noyabr 2026 18:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar

17 Noyabr 2026 18:08

“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”

17 Noyabr 2026 18:04

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

17 Noyabr 2026 17:59

Putinlə ikitərəfli görüş keçirmək istəyir

17 Noyabr 2026 17:50

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar

17 Noyabr 2026 17:46

Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi

17 Noyabr 2026 16:24

Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar

17 Noyabr 2026 16:14

“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı

17 Noyabr 2026 13:54

Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət

17 Noyabr 2026 13:24

Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub

17 Noyabr 2026 12:55

Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto

17 Noyabr 2026 12:53

DİA ilə bağlı iddialara - Rəsmi cavab

17 Noyabr 2026 12:49

Sabah hava necə olacaq?

17 Noyabr 2026 12:44

Köşə

kriminal

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

1 Sentyabr 2026 13:09

Böyükağa Abdullayev

Meşələrdə itib-batan milyonlar – Nazirliyin odunçuluq biznesi

17 Noyabr 2023 15:35

Böyükağa Abdullayev

Çörəyin Ucuzlaşması  Onun Çəkisinə və Keyfiyyətinə Təsir Göstərməməlidir - TƏHLİL 

1 Noyabr 2023 9:51

Gülşən Məmmədoğlu

Rusiya üçün Ermənistana sahiblənməkdən daha önəmli olan nədir?

22 Oktyabr 2023 14:20

Kamal Əliyev

Ermənistan 3+3 formatına razılaşır?
 

20 Oktyabr 2023 12:10

Kamal Əliyev

Paşinyan Meğri məsələsində güzəştə gedəcəkmi?
 

18 Oktyabr 2023 14:57

Rəşad Ergün

Rövnəq Abdullayev, milli komanda və "peraşki"

18 Oktyabr 2023 12:29

Ələddin Rüstəmli

İsrail-Fələstin münaqişəsində haqlı tərəf hansıdır? 

12 Oktyabr 2023 22:13