“Məktəblərdə vahid geyim qaydasına başqa don geyindirmək uğursuzluqdur”

6 Oktyabr 202612:39

Son günlər Türkiyə mediasının bir sıra seqmentlərində və sosial şəbəkələrdə Azərbaycanda məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələr fərqli siyasi və ideoloji çalarlarla təqdim olunur. Xüsusilə vahid məktəbli forması ilə bağlı yeni tələblər sanki yalnız Azərbaycana xas, dini və ya mədəni kimliyə qarşı yönəlmiş addım kimi qələmə verilir, bu istiqamətdə qarayaxma kampaniyası aparılır.

Azmedia.info.az   xəbər verir ki, lakin məsələyə emosional yanaşmadan, türk dövlətlərinin təcrübəsi və mövcud hüquqi çərçivə üzərindən baxdıqda tamamilə başqa mənzərə ortaya çıxır.

Çünki vahid məktəbli forması məsələsi nə Azərbaycanın ixtirasıdır, nə də yalnız ölkəmizə münasibətdə tətbiq olunan yanaşmadır. Əksinə, bu, bir sıra türk dövlətlərində uzun illərdir mövcud olan və təhsil sisteminin dünyəvi, nizamlı və vahid mühit kimi təşkilinə xidmət edən qaydadır.

Türk dövlətlərinin təcrübəsi

Türk dövlətlərinin təcrübəsinə nəzər saldıqda vahid məktəbli forması ilə bağlı tələblərin kifayət qədər geniş yayıldığını görmək mümkündür.

Qazaxıstanda orta təhsil müəssisələri üçün məcburi məktəbli formasına dair tələblər Təhsil və Elm Nazirliyinin 14 yanvar 2016-cı il tarixli 26 nömrəli əmri ilə müəyyənləşdirilib və sənəd həmin il fevralın 16-da Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Sənəd sonrakı illərdə də yenilənib. 2022-ci ilin sonunda edilmiş dəyişikliklərdə isə məktəb formasının tətbiqində vahid yanaşma və təhsilin dünyəvi xarakterinə əməl edilməsi ayrıca vurğulanıb.

Qırğızıstanda isə ümumtəhsil müəssisələrinin 1–11-ci sinif şagirdləri üçün məktəbli formasına dair vahid tələblər hökumətin 12 avqust 2015-ci il tarixli 572 nömrəli qərarı ilə təsdiqlənib və forma 1 sentyabr 2015-ci ildən tətbiq olunmağa başlayıb.

Özbəkistanda da vahid məktəb forması dövlət ümumi orta təhsil müəssisələri üçün hüquqi çərçivəyə salınıb. Nazirlər Kabinetinin 15 avqust 2018-ci il tarixli 666 nömrəli qərarı ilə müasir vahid məktəbli formasının tətbiqi nəzərdə tutulub və sənəddə həmin tələblərin təhsil müəssisələrinin şagirdləri üçün məcburi olduğu göstərilib.

Türkmənistanda Dövlət ümumtəhsil müəssisələrinin fəaliyyəti haqqında Əsasnamə Prezidentin 1 mart 2019-cu il tarixli 1158 nömrəli qərarı ilə təsdiqlənib.

Azərbaycan da istisna deyil

Azərbaycanın atdığı addım da məhz bu ümumi hüquqi yanaşma kontekstində qiymətləndirilməlidir.

Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarının təsvirlərinə dəyişiklik edilib.

Bundan əvvəl isə 2026-cı il iyulun 7-də “Ümumi təhsil haqqında” Qanuna mühüm dəyişikliklər edilib. Qanunda “millilik və dünyəvilik” ayrıca prinsip kimi təsbit olunub və bu prinsip milli və ümumbəşəri dəyərlərin qorunması əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi kimi müəyyənləşdirilib. Eyni dəyişikliklərlə dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanların, həm də təhsilverənlərin geyimlə bağlı tələblərə riayət etməsi nəzərdə tutulub.

Deməli, burada söhbət yalnız şagirdin geyimindən və ya konkret bir dini simvoldan getmir. Əsas məqsəd məktəbdə vahid, neytral və hamı üçün eyni təhsil mühitinin formalaşdırılmasıdır.

Dünyəvi məktəb – neytral təhsil mühiti

Təbii ki, dünyəvilik dini inancın inkarı demək deyil. Dünyəvi dövlətin məktəbi də dini inanca qarşı mübarizə aparan məkan kimi təqdim edilə bilməz. Dünyəvi məktəb ilk növbədə bütün şagirdlərin bərabər hüquqlara malik olduğu, heç bir dini, ideoloji və ya sosial qrupun digərindən üstün mövqeyə gətirilmədiyi neytral təhsil məkanıdır.

“Təhsil haqqında” Qanunda da dünyəvilik məhz milli və ümumbəşəri dəyərlərin qorunması ilə birlikdə nəzərdə tutulur.

Bu yanaşmanın məntiqi aydındır: məktəb uşaqların dini və ya ideoloji mənsubiyyətlərini nümayiş etdirdiyi rəqabət meydanı yox, onların bilik aldığı və vətəndaş kimi formalaşdığı ümumi məkan olmalıdır.

Yeni hüquqi çərçivədə də müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərinə yol verilməməsi nəzərdə tutulur. Bununla yanaşı, milli-mənəvi dəyərlərlə bağlı tədbirlər zamanı milli geyimdən və onun elementlərindən istifadəyə imkan yaradılması göstərir ki, burada məqsəd milli kimliyi sıxışdırmaq deyil.

Əksinə, milli kimliklə dünyəviliyin qarşı-qarşıya qoyulmasının qarşısı alınır.

Geyim qaydası yalnız şagirdə aid deyil

Yeni yanaşmanın başqa mühüm tərəfi məsuliyyətin yalnız şagirdin üzərinə qoyulmamasıdır. Belə ki, dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanlar, həm də təhsilverənlər geyimlə bağlı tələblərə riayət etməlidirlər. Valideynlər də uşaqlarının müəyyən edilmiş geyim formasına əməl etməsini təmin etməlidirlər.

Bu məqam məsələnin mahiyyətini bir qədər də aydın göstərir. Əgər məqsəd hər hansı dini qrupun hədəfə alınması olsaydı, qaydalar müəllimlərə, məktəb rəhbərliyinə, valideynlərə və ümumi təhsil mühitinə aid edilməzdi.

Bəs niyə məhz Azərbaycan hədəfə çevrilir?

Əslində, məsələnin ən çox təəccüb doğuran tərəfi də budur.

Digər Türk dövlətlərində vahid məktəbli forması ilə bağlı tələblər illərdir ki qüvvədədir. Üstəlik, həmin ölkələrin qanunvericiliyində sözügedən məsələ daha sərt qaydalar şəklində öz əksini tapıb. Ancaq bu gün Azərbaycanı hədəf alanlar həmin ölkələrə nə güldən ağır söz deyiblər, nə də məsələni siyasi şouya çevirib qarayaxma kampaniyasına başlayıblar.

Burada Türkiyə mediasının və sosial şəbəkələrin ayrı-ayrı seqmentlərində səsləndirilən yanaşmaların tamamilə qərəzli, qarayaxma xarakterli olduğu açıq şəkildə görünür.

İslamın özü də vahid sosial model deyil

Digər mühüm məqam İslamın müxtəlif müsəlman cəmiyyətlərində eyni formada təzahür etməməsidir. Müsəlman ölkələrinin hər birinin öz tarixi, dövlətçilik ənənəsi, hüquq sistemi, sosial strukturu və dini-mədəni mühiti var. Buna görə də bir ölkədə dini və ya mədəni baxımdan normal qəbul edilən praktikanın avtomatik şəkildə başqa müsəlman ölkəsinin ictimai və hüquqi sisteminə köçürülməsi mümkün deyil.

Azərbaycan da bu baxımdan istisna deyil. Azərbaycan cəmiyyəti İslam dünyasının bir hissəsi olmaqla yanaşı, özünün dünyəvi dövlətçilik modelini formalaşdırıb. Burada dini-mənəvi dəyərlərlə müasir dövlətçilik prinsipləri arasında qarşıdurma yaradılmır. Əksinə, onların cəmiyyətin tarixi və milli xüsusiyyətlərinə uyğun şəkildə bir arada yaşaması üçün hüquqi çərçivə yaradılır.

Bu səbəbdən Azərbaycanın dini-mənəvi məsələlərə münasibəti nə başqa müsəlman ölkələrinin, nə də başqa dövlətlərin modelinin mexaniki surətdə təkrarı ola bilər.

Azərbaycan modelinin əsas fərqi – multikulturalizm

Azərbaycan multikultural dəyərləri ilə bütün dünyaya nümunə olmağı bacarıb. Ölkəmizdə müxtəlif dini və etnik icmalar birlikdə, qardaş kimi yaşayırlar. Ölkəmizdə müsəlmanlarla yanaşı, xristian və yəhudi icmaları da fəaliyyət göstərir, müxtəlif dini konfessiyaların ibadət məkanları mövcuddur.

Digər tərəfdən, tarixi təcrübə də göstərir ki, nə Azərbaycan dövləti, nə də cəmiyyətimiz kənardan gələn ideoloji təsirləri qəbul edir. Üstəlik, həmin təsirlərə qarşı münasibəti hüquqi və ictimai çərçivədə müəyyənləşdirmək də Azərbaycanın daxili işdir.

Bu mənzərə göstərir ki, dünyəvi məktəb prinsipini dini dözümsüzlüklə eyniləşdirmək doğru yanaşma deyil. Əksinə, multikultural cəmiyyət üçün dünyəvi dövlət və neytral ictimai institutlar müxtəlif dini və dünyagörüşü qruplarının bir-birinin hüquqlarına hörmətlə yanaşı yaşamasını təmin edən mexanizmlərdən biridir. Bu hörmət isə uşaq yaşlarından, sinif otaqlarından başlamalıdır.

Məsələnin siyasi kampaniyaya çevrilməsi

Beləliklə, Azərbaycanda məktəbli forması ilə bağlı hüquqi dəyişiklikləri Türkiyə mediasının və sosial şəbəkələrin bir hissəsində təqdim edildiyi kimi yalnız dini məsələ çərçivəsində qiymətləndirmək tamamilə absurd və qərəzli yanaşmadır.

Digər tərəfdən, Azərbaycanın seçdiyi yol aydındır: dini-mənəvi dəyərlərin qorunması, milli kimliyin yaşadılması, multikultural mühitin saxlanılması və dünyəvi dövlətçilik prinsiplərinin bir arada təmin edilməsi.

Məhz buna görə də məktəblərdə vahid geyim qaydası Azərbaycanın öz hüquqi və ictimai modelinin tərkib hissəsi kimi qiymətləndirməlidir. Buna başqa don geyindirmək, siyasi məqsədlər üçün alətə çevrimək cəhdləri isə uğursuzluğa məhkumdur.

 

Son Xəbərlər

Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar

17 Noyabr 2026 18:33

Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü

17 Noyabr 2026 18:29

Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO

17 Noyabr 2026 18:27

Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto

17 Noyabr 2026 18:17

Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq

17 Noyabr 2026 18:15

Millimiz İraqla qarşılaşır

17 Noyabr 2026 18:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar

17 Noyabr 2026 18:08

“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”

17 Noyabr 2026 18:04

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

17 Noyabr 2026 17:59

Putinlə ikitərəfli görüş keçirmək istəyir

17 Noyabr 2026 17:50

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar

17 Noyabr 2026 17:46

Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi

17 Noyabr 2026 16:24

Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar

17 Noyabr 2026 16:14

“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı

17 Noyabr 2026 13:54

Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət

17 Noyabr 2026 13:24

Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub

17 Noyabr 2026 12:55

Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto

17 Noyabr 2026 12:53

DİA ilə bağlı iddialara - Rəsmi cavab

17 Noyabr 2026 12:49

Sabah hava necə olacaq?

17 Noyabr 2026 12:44

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü

16 Noyabr 2026 15:43

Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib

16 Noyabr 2026 15:40

Taleh Kazımov: "Qlobal çağırışlara baxmayaraq iqtisadi artımımız davam edib"

16 Noyabr 2026 13:55

Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"

16 Noyabr 2026 13:27

“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva

16 Noyabr 2026 13:22

Aynur Elgünəş əməliyyat olundu

13 Noyabr 2026 17:52

İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi

13 Noyabr 2026 17:48

Küləklə bağlı - Xəbərdarlıq

13 Noyabr 2026 17:44

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir

13 Noyabr 2026 17:40

Baş Prokurorluğun nümayəndəsi Haaqada elektron sübutlar və gender əsaslı kibercinayətlərlə bağlı müzakirələrə qatılıb

13 Noyabr 2026 17:30

“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüş keçirdi - Fotolar

13 Noyabr 2026 17:28

“ASAN xidmət”in qarşısında hamilə qadın qətlə yetirildi

13 Noyabr 2026 17:25

“Gənc bəstəkarlar yanıma gəlib ağlayırlar, işə götürülmürlər”

13 Noyabr 2026 17:24

DOST Agentliyinin işdən çıxarılan əməkdaşı ilə bağlı - Açıqlama

13 Noyabr 2026 17:21

“Azərbaycan Avropa üçün çoxtərəfli diplomatiya sahəsində mühüm tərəfdaşdır”

13 Noyabr 2026 16:55

Məktəblərdə bir həftə dərs olmayacaq

13 Noyabr 2026 15:06

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video

13 Noyabr 2026 14:57

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

13 Noyabr 2026 14:52

Arvadına xəyanət etməyən yeganə milyarder...

13 Noyabr 2026 14:35

“Azərbaycanın sülh təşəbbüsləri regionun inkişafına xidmət edir”

13 Noyabr 2026 14:28

Polad Həşimovun anasının vəziyyəti necədir?

13 Noyabr 2026 14:25

Şəhidin ata-anası qəzada yaralandı - Fotolar

13 Noyabr 2026 13:52

İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

13 Noyabr 2026 13:48

İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

13 Noyabr 2026 13:42

Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaşları qəbul edəcək

13 Noyabr 2026 13:36

“Gənclərin ailə qurmağa marağı azalır”

13 Noyabr 2026 13:32

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

13 Noyabr 2026 13:29

22° isti... - Sabahın havası

13 Noyabr 2026 13:26

Ölkədə bir şagirdə 1700 manat xərclənir

13 Noyabr 2026 13:18

Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb

12 Noyabr 2026 15:46

General Natiq Əliyevin qızı saxlanıldı

12 Noyabr 2026 15:44

Əliyevlə Zelenski Dublində görüşdü - Fotolar

12 Noyabr 2026 15:41

Bu instituta icraçı direktor təyin olundu 

12 Noyabr 2026 15:35

İrlandiyanın Baş naziri Prezidenti qarşıladı

12 Noyabr 2026 15:33

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video

12 Noyabr 2026 15:29

AFFA-nın keçirdiyi liqada biabırçılıq 

12 Noyabr 2026 14:25

Bakıda yanıq xəsarətləri alan şəxs ölüb.

12 Noyabr 2026 14:23

Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanıb

12 Noyabr 2026 14:16

Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək

12 Noyabr 2026 14:14

Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi

12 Noyabr 2026 14:11

Qubada qəbiristanlıqdan meyit tapıldı

12 Noyabr 2026 14:08

Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi

12 Noyabr 2026 14:06

100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video

12 Noyabr 2026 13:05

Sabah 20° isti olacaq

12 Noyabr 2026 13:02

Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək

12 Noyabr 2026 12:59

Evdə halı pisləşən gənc qız dünyasını dəyişdi - onun 25 yaşı olduğu deyilir

12 Noyabr 2026 12:54

Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi - Fotolar

11 Noyabr 2026 19:21

Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu

11 Noyabr 2026 19:19

Ermənistan həmin hüququndan məhrum edildi

11 Noyabr 2026 19:17

Gəncədə “TIR” sərnişin avtobusuna çırpıldı

11 Noyabr 2026 19:15

“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”

11 Noyabr 2026 19:12

Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb

11 Noyabr 2026 19:11

Məzuniyyətin pulla əvəzlənməsinin qadağan olunması təklif edilir

11 Noyabr 2026 19:09

Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir

11 Noyabr 2026 19:07

Millimiz İsveçrəyə məğlub oldu

11 Noyabr 2026 19:05

Arvadının iynə vurduğu kişi öldü 

11 Noyabr 2026 19:03

Şamaxıda qadın su çənində boğuldu

11 Noyabr 2026 19:01

Zelenski sabah onlarla görüşəcək

11 Noyabr 2026 18:48

Rəna Soltanovanın təşkilatçılığı ilə VI Estetik Tibb Konfransı böyük uğurla baş tutub - Fotolar

11 Noyabr 2026 18:35

Xocavənd rayonunda mina hadisəsi baş verib

11 Noyabr 2026 18:18

Bu ərazilərdə qaz kəsiləcək

11 Noyabr 2026 18:09

Paşinyan Ərdoğan və Pezeşkianla görüşdü

11 Noyabr 2026 18:05

“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama

11 Noyabr 2026 14:21

“Burger King” paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı! - Fotolar

11 Noyabr 2026 13:57

Prezident həmkarına başsağlığı verdi

11 Noyabr 2026 13:44

Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlandı

11 Noyabr 2026 13:40

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11 Noyabr 2026 13:37

Şöbə rəisi qəfil vəfat etdi 

11 Noyabr 2026 13:28

Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşdü - Fotolar

11 Noyabr 2026 13:14

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı

11 Noyabr 2026 12:42

Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi

11 Noyabr 2026 12:23

2 nəfər dəm qazından boğuldu

11 Noyabr 2026 12:20

FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib

11 Noyabr 2026 12:10

Daxili işlər nazirinin Gəncədə keçirəcəyi vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdi

11 Noyabr 2026 12:04

Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

11 Noyabr 2026 11:59

Dünənin Xəbərləri

Köşə

kriminal

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

1 Sentyabr 2026 13:09

Böyükağa Abdullayev

Meşələrdə itib-batan milyonlar – Nazirliyin odunçuluq biznesi

17 Noyabr 2023 15:35

Böyükağa Abdullayev

Çörəyin Ucuzlaşması  Onun Çəkisinə və Keyfiyyətinə Təsir Göstərməməlidir - TƏHLİL 

1 Noyabr 2023 9:51

Gülşən Məmmədoğlu

Rusiya üçün Ermənistana sahiblənməkdən daha önəmli olan nədir?

22 Oktyabr 2023 14:20

Kamal Əliyev

Ermənistan 3+3 formatına razılaşır?
 

20 Oktyabr 2023 12:10

Kamal Əliyev

Paşinyan Meğri məsələsində güzəştə gedəcəkmi?
 

18 Oktyabr 2023 14:57

Rəşad Ergün

Rövnəq Abdullayev, milli komanda və "peraşki"

18 Oktyabr 2023 12:29

Ələddin Rüstəmli

İsrail-Fələstin münaqişəsində haqlı tərəf hansıdır? 

12 Oktyabr 2023 22:13