Pirallahıda dövlət siyasətinin prioritetləri müzakirə edildi - Fotolar

15 Oktyabr 202619:01

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib.

Azmedia.info.az   xəbər verir ki, müşavirədə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirir, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin qorunması istiqamətində qarşıda duran vəzifələri önə çəkir.

RİH başçısı tədbirin keçirildiyi 15 oktyabr tarixinin dövlət başçımızın 2023-cü ildə ilk dəfə prezident seçildiyi günlə üst-üstə düşməsinin əlamətdarlığını da xatırladaraq keçən illər ərzində Prezident İlham Əliyevin xalqa verdiyi vədləri tam şəkildə yerinə yetirdiyini bildirib.

Həmçinin vurğulayıb ki, İlham Əliyev Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 23 il ərzində ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olmuş, əhalinin rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi və iqtisadi potensialı artmış, beynəlxalq mövqeləri möhkəmlənib, 30 il ərzində pozulmuş ərazi bütövlüyü bərpa olunub.

Bu gün regionda həyata keçirilən bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə reallaşdırılır. Azərbaycan xalqı bu uğurları nəzərə alaraq öz Prezidenti ilə, dövləti ilə haqlı olaraq fəxr edir, ona etimad göstərir və qəbul etdiyi hər bir qərarı yekdilliklə dəstəkləyir.

Daha sonra RİH başçısı qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilən qurultay ölkənin yeni inkişaf mərhələsinin hədəflərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

RİH başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq, qarşıdakı dövrdə əsas vəzifələr əldə olunmuş nailiyyətlərin qorunması və daha da möhkəmləndirilməsi, ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, əhalinin sosial rifahının yüksəldilməsi və ideoloji təhlükəsizliyin təmin olunmasıdır. O qeyd edib ki, dövlət müstəqilliyinin və dövlətçiliyin möhkəmləndirilməsi, güclü iqtisadi və hərbi potensialın qorunub saxlanılması və daha da artırılması, eləcə də mövcud imkanlardan səmərəli istifadə Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir. RİH başçısı, həmçinin ölkəmizin təhlükəsizlik imkanlarının və iqtisadi potensialının əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə gücləndiyini vurğulayaraq, bu nailiyyətlərin qorunmasının və Azərbaycanın davamlı inkişafının təmin edilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.

O da vurğulanıb ki, ölkənin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər Pirallahı rayonunda da konkret layihələrlə öz əksini tapır. Vasif İmanov rayonun inkişafından danışarkən bildirib ki, 2016-cı ildə yaradılmış Pirallahı Sənaye Parkında ümumi layihə dəyəri 158,3 milyon manat olan üç zavod fəaliyyət göstərir və 398 iş yeri yaradılıb. Gürgən qəsəbəsindəki istehsal müəssisəsində 100 nəfər çalışır. Rayonda fəaliyyət göstərən “NərəMİZ” balıqyetişdirmə zavodu da istehsal potensialının genişləndirilməsinə töhfə verir. Bununla yanaşı, 2019-cu ildə 306 məcburi köçkün ailəsi üçün müasir yaşayış kompleksinin istifadəyə verilməsi həmin ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addım olub.

RİH başçısı qeyd edib ki, sosial-iqtisadi inkişafla yanaşı, ictimai-siyasi sabitliyin qorunması, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi də qarşıda duran mühüm vəzifələrdəndir. Bu istiqamətdə aidiyyəti qurumların, təhsil müəssisələrinin, qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin birgə fəaliyyəti gücləndirilməli, ailələr və gənclərlə maarifləndirici iş sistemli şəkildə təşkil olunmalıdır.

Uşaqların zərərli informasiya təsirlərindən qorunması, valideynlərin maarifləndirilməsi və sağlam dünyagörüşünün formalaşdırılması daim diqqət mərkəzində saxlanılmalıdır. Eyni zamanda, ideoloji və təbliğat işi formal xarakter daşımamalı, cəmiyyətin aktual ehtiyaclarına uyğun qurulmalıdır. Rəsmi informasiya resurslarında məlumatların operativ, dolğun və düzgün təqdim edilməsi təmin olunmalı, hər bir müəssisə və təşkilat rəhbəri dövlət başçısının müəyyən etdiyi vəzifələrin öz kollektivində izahına və dövlətçilik prinsiplərinin təbliğinə məsuliyyətlə yanaşmalıdır.

RİH başçısı həmçinin, son günlər baş verən məlum hadisələrlə bağlı qardaş Türkiyə Respublikasının bəzi siyasətçiləri və sosial şəbəkə istifadəçiləri tərəfindən ölkəmizə, xüsusən də dövlətimizin başçısı cənab İlham Əliyevin şəxsinə qarşı aparılan böhtan və dezinformasiya kampaniyalarından söz açaraq, Yeni Azərbaycan Partiyası və Milli Məclisin Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bu mövzuda ayrı-ayrılıqda bəyanatlar yaydığını xatırlatdı. Natiq, vurğuladı ki,  ümid edirik ki, bu məsələ qısa müddətdə öz həllini tapacaq və tarix iki ölkə xalqlarının qardaşlıq və qarşılıqlı hörmət üzərində qurulmuş münasibətlərini bundan sonra da qoruyub yaşadacaq.

O da vurğulanıb ki, Azərbaycanda İslama münasibəti heç kim şübhə altına ala bilməz. Ölkəmizdə heç bir tarixi dövrdə, heç bir ictimai-siyasi sistemdə Ulu öndər Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyevin dövründə olduğu qədər çoxlu sayda məscid tikilib, bərpa edilməyib. Belə ki, 2003-cü ildən bəri Azərbaycanda 800-dən artıq məscid tikilib, təmir edilib və ya yenidən qurulub. Burada Qarabağ nümunəsini xüsusilə qeyd etmək olar. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra məscidlərin və digər dini abidələrin bərpası prioritet istiqamətə çevrilib. Dövlət başçısı şəxsən bərpa olunmuş müqəddəs yerləri ziyarət edərək, ölkədə islami və mənəvi irsin qorunmasının vacibliyini vurğulayıb. Bu danılmaz faktdır.

RİH başçısı çıxışının sonunda əminliyini ifadə edərək bildirib ki, aidiyyəti qurumların əlaqələndirilmiş, sistemli və nəticəyönümlü fəaliyyəti nəticəsində Pirallahı rayonunun sosial-iqtisadi inkişafı daha da sürətlənəcək, ictimai həmrəylik möhkəmlənəcək, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və dövlətimizə sadiq vətəndaşlar kimi yetişdirilməsi istiqamətində mühüm nəticələr əldə olunacaq. O vurğulayıb ki, güclü Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi və ölkənin davamlı inkişafına töhfə vermək hər kəsin qarşısında duran mühüm vəzifədir.

Müşavirədə səsləndirilən məsələlərlə bağlı digər iştirakçılar da çıxış edərək müvafiq sahələr üzrə fikir və mülahizələrini bölüşüblər.

Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov müstəqilliyimizin ilk illəri və Ümummilli Lider Heydər Əliyevin rəhbərliyə qayıdışından sonra ölkəmizin keçdiyi inkişaf yolu barədə danışıb. 186 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Elzamin Həsənov uşaqların təlim-tərbiyəsinin əhəmiyyətinə və bu istiqamətdə təhsil müəssisələrinin üzərinə düşən məsuliyyətə toxunub.

“28 May” Neft-Qaz Çıxarma İdarəsinin rəisi Ramin Quliyev ölkənin iqtisadi vəziyyəti, eləcə də Pirallahı rayonunun neft hasilatı göstəriciləri barədə məlumat verib. Vətən müharibəsi şəhidi Babayev Vüsal Sübbuh oğlunun həyat yoldaşı Aynur Babayeva və Vətən müharibəsi iştirakçısı Tural Cəfərov şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı ilə bağlı fikirlərini bölüşüblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sitarə Əhmədova isə dövlət ailə siyasətinin əhəmiyyətindən danışıb.

Natiqlər çıxışlarında güclü dövlətin, möhkəm dövlətçiliyin, sağlam cəmiyyətin, savadlı və vətənpərvər nəslin Azərbaycanın gələcək inkişafının əsas dayaqları olduğunu vurğulayıblar. Bu dəyərlərin qorunmasının və daha da möhkəmləndirilməsinin hər kəsin üzərinə düşən mühüm məsuliyyət olduğu qeyd edilib.

Müşavirənin yekununda RİH başçısı bir daha vurğulayıb ki, hər bir rayonun və şəhərin inkişaf göstəricisi bütövlükdə Azərbaycanın inkişafını əks etdirir. Hər bir ailənin rifahı dövlətin sosial siyasətinin, hər bir uşağın düzgün tərbiyəsi və keyfiyyətli təhsili isə Azərbaycanın gələcəyinə qoyulan mühüm sərmayənin göstəricisidir.

 












Son Xəbərlər

Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar

17 Noyabr 2026 18:33

Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü

17 Noyabr 2026 18:29

Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO

17 Noyabr 2026 18:27

Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto

17 Noyabr 2026 18:17

Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq

17 Noyabr 2026 18:15

Millimiz İraqla qarşılaşır

17 Noyabr 2026 18:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar

17 Noyabr 2026 18:08

“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”

17 Noyabr 2026 18:04

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

17 Noyabr 2026 17:59

Putinlə ikitərəfli görüş keçirmək istəyir

17 Noyabr 2026 17:50

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar

17 Noyabr 2026 17:46

Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi

17 Noyabr 2026 16:24

Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar

17 Noyabr 2026 16:14

“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı

17 Noyabr 2026 13:54

Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət

17 Noyabr 2026 13:24

Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub

17 Noyabr 2026 12:55

Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto

17 Noyabr 2026 12:53

DİA ilə bağlı iddialara - Rəsmi cavab

17 Noyabr 2026 12:49

Sabah hava necə olacaq?

17 Noyabr 2026 12:44

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü

16 Noyabr 2026 15:43

Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib

16 Noyabr 2026 15:40

Taleh Kazımov: "Qlobal çağırışlara baxmayaraq iqtisadi artımımız davam edib"

16 Noyabr 2026 13:55

Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"

16 Noyabr 2026 13:27

“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva

16 Noyabr 2026 13:22

Aynur Elgünəş əməliyyat olundu

13 Noyabr 2026 17:52

İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi

13 Noyabr 2026 17:48

Küləklə bağlı - Xəbərdarlıq

13 Noyabr 2026 17:44

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir

13 Noyabr 2026 17:40

Baş Prokurorluğun nümayəndəsi Haaqada elektron sübutlar və gender əsaslı kibercinayətlərlə bağlı müzakirələrə qatılıb

13 Noyabr 2026 17:30

“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüş keçirdi - Fotolar

13 Noyabr 2026 17:28

“ASAN xidmət”in qarşısında hamilə qadın qətlə yetirildi

13 Noyabr 2026 17:25

“Gənc bəstəkarlar yanıma gəlib ağlayırlar, işə götürülmürlər”

13 Noyabr 2026 17:24

DOST Agentliyinin işdən çıxarılan əməkdaşı ilə bağlı - Açıqlama

13 Noyabr 2026 17:21

“Azərbaycan Avropa üçün çoxtərəfli diplomatiya sahəsində mühüm tərəfdaşdır”

13 Noyabr 2026 16:55

Məktəblərdə bir həftə dərs olmayacaq

13 Noyabr 2026 15:06

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video

13 Noyabr 2026 14:57

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

13 Noyabr 2026 14:52

Arvadına xəyanət etməyən yeganə milyarder...

13 Noyabr 2026 14:35

“Azərbaycanın sülh təşəbbüsləri regionun inkişafına xidmət edir”

13 Noyabr 2026 14:28

Polad Həşimovun anasının vəziyyəti necədir?

13 Noyabr 2026 14:25

Şəhidin ata-anası qəzada yaralandı - Fotolar

13 Noyabr 2026 13:52

İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

13 Noyabr 2026 13:48

İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

13 Noyabr 2026 13:42

Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaşları qəbul edəcək

13 Noyabr 2026 13:36

“Gənclərin ailə qurmağa marağı azalır”

13 Noyabr 2026 13:32

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

13 Noyabr 2026 13:29

22° isti... - Sabahın havası

13 Noyabr 2026 13:26

Ölkədə bir şagirdə 1700 manat xərclənir

13 Noyabr 2026 13:18

Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb

12 Noyabr 2026 15:46

General Natiq Əliyevin qızı saxlanıldı

12 Noyabr 2026 15:44

Əliyevlə Zelenski Dublində görüşdü - Fotolar

12 Noyabr 2026 15:41

Bu instituta icraçı direktor təyin olundu 

12 Noyabr 2026 15:35

İrlandiyanın Baş naziri Prezidenti qarşıladı

12 Noyabr 2026 15:33

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video

12 Noyabr 2026 15:29

AFFA-nın keçirdiyi liqada biabırçılıq 

12 Noyabr 2026 14:25

Bakıda yanıq xəsarətləri alan şəxs ölüb.

12 Noyabr 2026 14:23

Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanıb

12 Noyabr 2026 14:16

Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək

12 Noyabr 2026 14:14

Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi

12 Noyabr 2026 14:11

Qubada qəbiristanlıqdan meyit tapıldı

12 Noyabr 2026 14:08

Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi

12 Noyabr 2026 14:06

100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video

12 Noyabr 2026 13:05

Sabah 20° isti olacaq

12 Noyabr 2026 13:02

Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək

12 Noyabr 2026 12:59

Evdə halı pisləşən gənc qız dünyasını dəyişdi - onun 25 yaşı olduğu deyilir

12 Noyabr 2026 12:54

Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi - Fotolar

11 Noyabr 2026 19:21

Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu

11 Noyabr 2026 19:19

Ermənistan həmin hüququndan məhrum edildi

11 Noyabr 2026 19:17

Gəncədə “TIR” sərnişin avtobusuna çırpıldı

11 Noyabr 2026 19:15

“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”

11 Noyabr 2026 19:12

Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb

11 Noyabr 2026 19:11

Məzuniyyətin pulla əvəzlənməsinin qadağan olunması təklif edilir

11 Noyabr 2026 19:09

Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir

11 Noyabr 2026 19:07

Millimiz İsveçrəyə məğlub oldu

11 Noyabr 2026 19:05

Arvadının iynə vurduğu kişi öldü 

11 Noyabr 2026 19:03

Şamaxıda qadın su çənində boğuldu

11 Noyabr 2026 19:01

Zelenski sabah onlarla görüşəcək

11 Noyabr 2026 18:48

Rəna Soltanovanın təşkilatçılığı ilə VI Estetik Tibb Konfransı böyük uğurla baş tutub - Fotolar

11 Noyabr 2026 18:35

Xocavənd rayonunda mina hadisəsi baş verib

11 Noyabr 2026 18:18

Bu ərazilərdə qaz kəsiləcək

11 Noyabr 2026 18:09

Paşinyan Ərdoğan və Pezeşkianla görüşdü

11 Noyabr 2026 18:05

“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama

11 Noyabr 2026 14:21

“Burger King” paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı! - Fotolar

11 Noyabr 2026 13:57

Prezident həmkarına başsağlığı verdi

11 Noyabr 2026 13:44

Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlandı

11 Noyabr 2026 13:40

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11 Noyabr 2026 13:37

Şöbə rəisi qəfil vəfat etdi 

11 Noyabr 2026 13:28

Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşdü - Fotolar

11 Noyabr 2026 13:14

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı

11 Noyabr 2026 12:42

Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi

11 Noyabr 2026 12:23

2 nəfər dəm qazından boğuldu

11 Noyabr 2026 12:20

FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib

11 Noyabr 2026 12:10

Daxili işlər nazirinin Gəncədə keçirəcəyi vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdi

11 Noyabr 2026 12:04

Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

11 Noyabr 2026 11:59

Dünənin Xəbərləri

Köşə

kriminal

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

1 Sentyabr 2026 13:09

Böyükağa Abdullayev

Meşələrdə itib-batan milyonlar – Nazirliyin odunçuluq biznesi

17 Noyabr 2023 15:35

Böyükağa Abdullayev

Çörəyin Ucuzlaşması  Onun Çəkisinə və Keyfiyyətinə Təsir Göstərməməlidir - TƏHLİL 

1 Noyabr 2023 9:51

Gülşən Məmmədoğlu

Rusiya üçün Ermənistana sahiblənməkdən daha önəmli olan nədir?

22 Oktyabr 2023 14:20

Kamal Əliyev

Ermənistan 3+3 formatına razılaşır?
 

20 Oktyabr 2023 12:10

Kamal Əliyev

Paşinyan Meğri məsələsində güzəştə gedəcəkmi?
 

18 Oktyabr 2023 14:57

Rəşad Ergün

Rövnəq Abdullayev, milli komanda və "peraşki"

18 Oktyabr 2023 12:29

Ələddin Rüstəmli

İsrail-Fələstin münaqişəsində haqlı tərəf hansıdır? 

12 Oktyabr 2023 22:13