Baş redaktordan dəyərli oxuculara İLK SÖZ…

12 Oktyabr 20239:00

Salam, dəyərli oxucular! Xoş gördük sizləri... 

Planetimiz və ölkəmiz miqyasında onlarla dildə, minlərlə maraq mənbəyi olan internet resursları, sosial şəbəkələr, qəzetlər, telekanallar, radiolar və s. olduğu  bir vaxtda qarşınızda doğma Ana dilimizdə daha bir xəbər saytı görürsüz- AZMEDİA.İNFO.AZ...

Hər bir sayt yaşadığımız maraqlı, mürəkkəb və ziddiyyətlərlə dolu dünyaya, kainata yeni bir pəncərə, yeni bir qapıdır. İnsan açdığı hər bir pəncərənin, hər bir qapının ardında onda xoş əhval-ruhiyyə yaradacaq, onu xoşbəxt edəcək yeni bir aləm gözləyir. Ev var ki, pəncərəsinin önündən keçərkən daim içəridən xoşa gələn səslər, ürəkaçan sözlər, gözəl musiqi sədaları eşidirsən və ürəyindən keçir ki, kaş o evin sakinlərindən biri də mən olaydım, heç olmasa, bir saatlıq qonaq olaydım o mənzildə. Ev də var ki, yolun hər qarşısından düşəndə onun pəncərələrindən çığır-bağır, dava-dalaş səsləri, söyüş sədaları eşidirsən və gələn dəfə bir daha həmin mənzilin önündən keçmək istəmirsən... Mətbuat da, qəzet də, telekanal da, xəbər saytı da belədir. Oxucu daim onda həm xoş duyğular oyadan, yaşamağa həvəsləndirən, həm də maraq, təəccüb reaksiyası yaradacaq, gündəlik olay, proses və problemlərlə bağlı sualları cavablandıracaq media obyektini axtarır. Təəssüf ki, bu gün dünyamızda da, ölkəmizdə də bir-birinə bənzəyən monoton, oxşar, bezdirici, üzücü, bəd, pessimist xəbərlərlə dolu qəzetlər, telekanallar, xəbər saytları da çoxalıb. Oxucu, tamaşaçı isə dediyimiz kimi, həmişə digərlərindən fərqlənən, özünəməxsus ruhu, üslubu olan, cahanda və yurdda baş verən hadisə və proseslərə, gündəlik problemlərə fərqli yanaşan xəbər mənbələri axtarır...  

AZMEDİA.İNFO.AZ məhz hər sabah açıb oxuduğunuzda  sizin zövqünüzü oxşayan, qəlbinizdə səadət duyğuları, gələcəyə inam yaradacaq bir xəbər saytı olmağı qarşısına məqsəd qoyub. Ümid edirik ki, siz hər səhər, hər gün, hər axşam AZMEDİA.İNFO.AZ -ı bir “ev” olaraq qarşınızda gördükdə, heç olmasa, bir neçə saatlığa onun qonağı olmağa çalışacaq, sizi maraqlandıran, ruhunuzu oxşayacaq yazı və xəbərlərlə feyziyab olacaqsınız...

AZMEDİA.İNFO.AZ  olaraq ali məqsədimiz, ilahi və bəşəri, mənəvi əxlaqi prinsipləri qorumaqla yanaşı, xalqımızın, Vətənimizin, dövlətimizin, dövlətçiliyimizin maraqlarına xidmət etmək, milli, dini, əxlaqi dəyərlərimizi  mühafizə etməkdir.

Bunun üçün isə  AZMEDİA.İNFO.AZ öncə mümkün qədər azad, müstəqil, tərəfsiz, qərəzsiz olmağa, daim azad söz prinsiplərini qorumağa çalışacaq...

AZMEDİA.İNFO.AZ – doğma Azərbaycan dilinin, Azərbaycan türkcəsinin incəliklərindən bəhrələnməklə yanaşı, onun bütün qrammatik qayda-qanunlarına maksimum əməl etməyi, gündəlik xəbər və yazılarında yabançı söz və terminlərdən mümkün qədər uzaq durmağı da qarşısındakı əsas vəzifələrdən biri kimi görür...

AZMEDİA.İNFO.AZ - buraxılışlarında milli mənafeyimiz, dövlətçilik maraqları və ictimai-siyasi baxımdan bəzi istisnalar olmaqla, cəmiyyətin, xüsusən uşaq, yeniyetmə və gənclərin psixologiyasına mənfi təsir göstərən intihar, oğurluq, zorlama və s. kimi cinayətlərlə bağlı xəbərləri işıqlandırmayacaq...

AZMEDİA.İNFO.AZ  – ümumi Vətənimizdə - Azərbaycan Respublikasında dinindən, irqindən, milliyyətindən, siyasi və sosial mənsubiyyətindən, vəzifəsindən aslı olmayaraq bu ölkənin vətəndaşı, eyni zamanda qonağı və yaxud müvəqqəti sakini olan hər bir insanı dinləməyə, onun problemlərini ictimailəşdirməyə, çözməyə və ona tribuna verməyə hazır olacaq...

AZMEDİA.İNFO.AZ  Vətənimiz, xalqımız, dövlətimiz üçün həm çox ürəkaçan, ümidverici, ruhlandırıcı, eyni zamanda çox taleyüklü bir dövrdə fəaliyyətə başlayır. Belə ki, dövlətimizin siyasəti, ordumuzun gücü, şəhid və qazilərimizin canı-qanı hesabına Qarabağ torpaqlarımızın dağlıq hissəsindəki son 35 il ərzində Azərbaycanın başağrısına, xərçəng yarasına çevrilmiş bir separatçılıq-terrorçuluq yuvası məhv edilib və Xocalı, Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd və s. kimi yaşayış məntəqələrimiz üzərindəki suverenliyimiz, yurisdiksiyamız bərpa olmaq üzrədir. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik!..

AZMEDİA.İNFO.AZ  üçün Qarabağ uğrunda mücadilə, onun tarixi, şəhidlər və qazilər, həmçinin işğaldan azad yurdlarımızın məskunlaşdırılması, o bölgələrdəki bərpa və quruculuq prosesləri və s. bəhs edən mövzular öncüllük təşkil edəcək. 

İlk buraxılışımızı da məhz Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı separatçı-terrorçuları son təmizləmə əməliyyatının şəhid və qazilərinə həsr etmək qərarına gəlmişik...

İnsan haqları, məmur bürokratiyası və özbaşınalığı, korrupsiyaya qarşı mübarizə, Azərbaycan vətəndaşının, pensiyaçılarımızın gerçək sosial durumu, gün-güzəranı, gənclərimizin təhsili, işlə təminatı və s.  mövzuları hər gün saytımızın aparıcı mövzularından olacaq... 

Saytımızın bölmələrində ictimai-siyasi, iqtisadi-sosial, maarifləndirici mövzularda araşdırma materialları, köşə və müəllif yazıları, tanınmış ziyalı, alim, şair, yazıçı, iqtisadçı və siyasətçilərin gündəmə uyğun maraqlı  açıqlama və müsahibələrini mütəmadi olaraq izləyə biləcəksiniz...  

AZMEDİA.İNFO.AZ  Azərbaycanda fəaliyyət göstərən bütün  dövlət, hökumət qurumlarını, siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, KİV-i  aktiv əməkdaşlığa dəvət edir.

AZMEDİA.İNFO.AZ  kollektivi bu saytı oxucular üçün gündəlik sevimli və etibarlı xəbər, məlumat, mütaliə mənbəyi, əməkdaşlıq üçün münasib və sadiq tərəfdaş edəcəyinə söz verir.

İndi isə buyurun, yepyeni – AZMEDİA.İNFO.AZ -ın qonağı olun, yazı və xəbərlərimizi səbir və diqqətlə oxuyun. Saytımızla bağlı təklif və tövsiyələrinizi, həmçinin qərəzsiz tənqidlərinizi məmnuniyyətlə oxuyub-dinləməyi, hətta məqamı gələndə dərc etməyi özümüzü bir borc bilirik...

Hamımıza uğurlar!

AZMEDİA.İNFO.AZ  saytının kollektivi adından baş redaktor: Emil Abdullayev

Son Xəbərlər

Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar

17 Noyabr 2026 18:33

Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü

17 Noyabr 2026 18:29

Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO

17 Noyabr 2026 18:27

Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto

17 Noyabr 2026 18:17

Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq

17 Noyabr 2026 18:15

Millimiz İraqla qarşılaşır

17 Noyabr 2026 18:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar

17 Noyabr 2026 18:08

“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”

17 Noyabr 2026 18:04

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

17 Noyabr 2026 17:59

Putinlə ikitərəfli görüş keçirmək istəyir

17 Noyabr 2026 17:50

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar

17 Noyabr 2026 17:46

Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi

17 Noyabr 2026 16:24

Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar

17 Noyabr 2026 16:14

“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı

17 Noyabr 2026 13:54

Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət

17 Noyabr 2026 13:24

Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub

17 Noyabr 2026 12:55

Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto

17 Noyabr 2026 12:53

DİA ilə bağlı iddialara - Rəsmi cavab

17 Noyabr 2026 12:49

Sabah hava necə olacaq?

17 Noyabr 2026 12:44

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü

16 Noyabr 2026 15:43

Ermənistanda saxlanılan hərbçimizin işi məhkəməyə göndərilib

16 Noyabr 2026 15:40

Taleh Kazımov: "Qlobal çağırışlara baxmayaraq iqtisadi artımımız davam edib"

16 Noyabr 2026 13:55

Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"

16 Noyabr 2026 13:27

“Hər bir qadın öz gücünə inansın” - Leyla Əliyeva

16 Noyabr 2026 13:22

Aynur Elgünəş əməliyyat olundu

13 Noyabr 2026 17:52

İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi

13 Noyabr 2026 17:48

Küləklə bağlı - Xəbərdarlıq

13 Noyabr 2026 17:44

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir

13 Noyabr 2026 17:40

Baş Prokurorluğun nümayəndəsi Haaqada elektron sübutlar və gender əsaslı kibercinayətlərlə bağlı müzakirələrə qatılıb

13 Noyabr 2026 17:30

“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüş keçirdi - Fotolar

13 Noyabr 2026 17:28

“ASAN xidmət”in qarşısında hamilə qadın qətlə yetirildi

13 Noyabr 2026 17:25

“Gənc bəstəkarlar yanıma gəlib ağlayırlar, işə götürülmürlər”

13 Noyabr 2026 17:24

DOST Agentliyinin işdən çıxarılan əməkdaşı ilə bağlı - Açıqlama

13 Noyabr 2026 17:21

“Azərbaycan Avropa üçün çoxtərəfli diplomatiya sahəsində mühüm tərəfdaşdır”

13 Noyabr 2026 16:55

Məktəblərdə bir həftə dərs olmayacaq

13 Noyabr 2026 15:06

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video

13 Noyabr 2026 14:57

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

13 Noyabr 2026 14:52

Arvadına xəyanət etməyən yeganə milyarder...

13 Noyabr 2026 14:35

“Azərbaycanın sülh təşəbbüsləri regionun inkişafına xidmət edir”

13 Noyabr 2026 14:28

Polad Həşimovun anasının vəziyyəti necədir?

13 Noyabr 2026 14:25

Şəhidin ata-anası qəzada yaralandı - Fotolar

13 Noyabr 2026 13:52

İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

13 Noyabr 2026 13:48

İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

13 Noyabr 2026 13:42

Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaşları qəbul edəcək

13 Noyabr 2026 13:36

“Gənclərin ailə qurmağa marağı azalır”

13 Noyabr 2026 13:32

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

13 Noyabr 2026 13:29

22° isti... - Sabahın havası

13 Noyabr 2026 13:26

Ölkədə bir şagirdə 1700 manat xərclənir

13 Noyabr 2026 13:18

Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb

12 Noyabr 2026 15:46

General Natiq Əliyevin qızı saxlanıldı

12 Noyabr 2026 15:44

Əliyevlə Zelenski Dublində görüşdü - Fotolar

12 Noyabr 2026 15:41

Bu instituta icraçı direktor təyin olundu 

12 Noyabr 2026 15:35

İrlandiyanın Baş naziri Prezidenti qarşıladı

12 Noyabr 2026 15:33

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video

12 Noyabr 2026 15:29

AFFA-nın keçirdiyi liqada biabırçılıq 

12 Noyabr 2026 14:25

Bakıda yanıq xəsarətləri alan şəxs ölüb.

12 Noyabr 2026 14:23

Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanıb

12 Noyabr 2026 14:16

Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək

12 Noyabr 2026 14:14

Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi

12 Noyabr 2026 14:11

Qubada qəbiristanlıqdan meyit tapıldı

12 Noyabr 2026 14:08

Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi

12 Noyabr 2026 14:06

100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video

12 Noyabr 2026 13:05

Sabah 20° isti olacaq

12 Noyabr 2026 13:02

Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək

12 Noyabr 2026 12:59

Evdə halı pisləşən gənc qız dünyasını dəyişdi - onun 25 yaşı olduğu deyilir

12 Noyabr 2026 12:54

Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi - Fotolar

11 Noyabr 2026 19:21

Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu

11 Noyabr 2026 19:19

Ermənistan həmin hüququndan məhrum edildi

11 Noyabr 2026 19:17

Gəncədə “TIR” sərnişin avtobusuna çırpıldı

11 Noyabr 2026 19:15

“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”

11 Noyabr 2026 19:12

Üç yaşınadək uşağa görə verilən müavinətlə bağlı - Yeni tələb

11 Noyabr 2026 19:11

Məzuniyyətin pulla əvəzlənməsinin qadağan olunması təklif edilir

11 Noyabr 2026 19:09

Maaşın gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndirilir

11 Noyabr 2026 19:07

Millimiz İsveçrəyə məğlub oldu

11 Noyabr 2026 19:05

Arvadının iynə vurduğu kişi öldü 

11 Noyabr 2026 19:03

Şamaxıda qadın su çənində boğuldu

11 Noyabr 2026 19:01

Zelenski sabah onlarla görüşəcək

11 Noyabr 2026 18:48

Rəna Soltanovanın təşkilatçılığı ilə VI Estetik Tibb Konfransı böyük uğurla baş tutub - Fotolar

11 Noyabr 2026 18:35

Xocavənd rayonunda mina hadisəsi baş verib

11 Noyabr 2026 18:18

Bu ərazilərdə qaz kəsiləcək

11 Noyabr 2026 18:09

Paşinyan Ərdoğan və Pezeşkianla görüşdü

11 Noyabr 2026 18:05

“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama

11 Noyabr 2026 14:21

“Burger King” paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı! - Fotolar

11 Noyabr 2026 13:57

Prezident həmkarına başsağlığı verdi

11 Noyabr 2026 13:44

Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlandı

11 Noyabr 2026 13:40

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11 Noyabr 2026 13:37

Şöbə rəisi qəfil vəfat etdi 

11 Noyabr 2026 13:28

Fuad Muradov Polşada Azərbaycan icması ilə görüşdü - Fotolar

11 Noyabr 2026 13:14

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı

11 Noyabr 2026 12:42

Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi

11 Noyabr 2026 12:23

2 nəfər dəm qazından boğuldu

11 Noyabr 2026 12:20

FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib

11 Noyabr 2026 12:10

Daxili işlər nazirinin Gəncədə keçirəcəyi vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdi

11 Noyabr 2026 12:04

Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

11 Noyabr 2026 11:59

Dünənin Xəbərləri

Almaniyanın XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib - Fotolar

17 Noyabr 2026 18:33

Lənkəranda 3 ailənin yaşadığı ev külə döndü

17 Noyabr 2026 18:29

Kərim Vəliyev gürcüstanlı həmkarı ilə görüşdü - FOTO

17 Noyabr 2026 18:27

Zakir Həsənov Gürcüstan nümayəndə heyətini qəbul edib - Foto

17 Noyabr 2026 18:17

Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq

17 Noyabr 2026 18:15

Millimiz İraqla qarşılaşır

17 Noyabr 2026 18:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar

17 Noyabr 2026 18:08

“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”

17 Noyabr 2026 18:04

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

17 Noyabr 2026 17:59

Putinlə ikitərəfli görüş keçirmək istəyir

17 Noyabr 2026 17:50

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Fotolar

17 Noyabr 2026 17:46

Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi

17 Noyabr 2026 16:24

Generallara ali hərbi rütbələr təqdim edildi - Fotolar

17 Noyabr 2026 16:14

“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı

17 Noyabr 2026 13:54

Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət

17 Noyabr 2026 13:24

Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə təqdim olunub

17 Noyabr 2026 12:55

Kamran Əliyev BPA-nın İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak etdi - Foto

17 Noyabr 2026 12:53

DİA ilə bağlı iddialara - Rəsmi cavab

17 Noyabr 2026 12:49

Sabah hava necə olacaq?

17 Noyabr 2026 12:44

Köşə

kriminal

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

1 Sentyabr 2026 13:09

Böyükağa Abdullayev

Meşələrdə itib-batan milyonlar – Nazirliyin odunçuluq biznesi

17 Noyabr 2023 15:35

Böyükağa Abdullayev

Çörəyin Ucuzlaşması  Onun Çəkisinə və Keyfiyyətinə Təsir Göstərməməlidir - TƏHLİL 

1 Noyabr 2023 9:51

Gülşən Məmmədoğlu

Rusiya üçün Ermənistana sahiblənməkdən daha önəmli olan nədir?

22 Oktyabr 2023 14:20

Kamal Əliyev

Ermənistan 3+3 formatına razılaşır?
 

20 Oktyabr 2023 12:10

Kamal Əliyev

Paşinyan Meğri məsələsində güzəştə gedəcəkmi?
 

18 Oktyabr 2023 14:57

Rəşad Ergün

Rövnəq Abdullayev, milli komanda və "peraşki"

18 Oktyabr 2023 12:29

Ələddin Rüstəmli

İsrail-Fələstin münaqişəsində haqlı tərəf hansıdır? 

12 Oktyabr 2023 22:13