Prezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edib.
Azmedia.info.az xəbər verir ki, Kestutis Budris Litva Prezidenti Gitanas Nausedanın salamlarını dövləti başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Litva Prezidentinə çatdırmağı xahiş edib.
Dövlət başçısı bir müddət əvvəl Dublində “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısı çərçivəsində Litva Prezidenti Gitanas Nauseda ilə görüşünü, eləcə də Litvanın Baş naziri Mindauqas Sinkeviçyusla telefon danışığını məmnunluqla xatırlayıb.
Azərbaycan ilə Litva arasında strateji tərəfdaşlıq münasibətlərinin uzun illərdir uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib və nazirin səfərini bu baxımdan vacib addım kimi qiymətləndirib.
Kestutis Budris səfər çərçivəsində “Azərbaycan Respublikası və Litva Respublikası arasında Strateji tərəfdaşlıq haqqında Birgə bəyannamə”nin imzalanacağını bildirib, iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Nazir Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsində əldə olunan uğurlar münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Təbrikə görə təşəkkürünü bildirən dövlət başçısı Azərbaycanın regionda sülhün möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.
Prezident İlham Əliyev münasibətlərin normallaşması fonunda Azərbaycanla Ermənistan arasında iqtisadi və ticari əlaqələrin qurulduğunu, üçüncü ölkələrdən Ermənistana və Ermənistandan üçüncü ölkələrə yüklərin Azərbaycan ərazisindən tranzitlə daşınması üçün imkanların yaradıldığını qeyd edib. Dövlət başçısı son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yükün daşındığını bildirib.
Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərindən danışılarkən qeyd olunub ki, həm Birinci Qarabağ müharibəsi dövründə, həm də 2020–2023-cü illərdə basdırılmış minalar bu işlərə mane olur və insanların həyatı üçün ciddi təhlükə yaradır.
Kestutis Budris Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini bildirərək ölkəsinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcəyini vurğulayıb. O, Litvanın Azərbaycanın NATO ilə əlaqələrinin genişləndirilməsini də dəstəklədiyini qeyd edib.
Prezident İlham Əliyev qarşıdakı sədrlik münasibətilə təbriklərini çatdırıb, bu il Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərlərini və Dublin sammiti çərçivəsində keçirilən görüşləri xatırlayıb. Azərbaycanın Avropa İttifaqına üzv 10 ölkə ilə ikitərəfli strateji tərəfdaşlıq sənədlərinin olduğunu qeyd edən dövlətimizin başçısı Litva ilə münasibətlərin Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı üçün də əlverişli mühit yaratdığını bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda və Xəzər regionunda bağlantı layihələrinin təşəbbüskarı olduğunu vurğulayıb.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi, eyni zamanda, Azərbaycan ilə Litva arasında müxtəlif sahələrdə, o cümlədən energetika və bərpaolunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







Son Xəbərlər
Azərbaycan XİN qəza nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Misirə başsağlığı verib
26 Noyabr 2026 15:23
İranda daha üç məhbus edam edildi
26 Noyabr 2026 15:20
"Sabah" - "Barselona" oyunu ilk üçlükdə qərarlaşdı
26 Noyabr 2026 15:16
XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir
26 Noyabr 2026 15:13
Simonyan Qarabağdan gedən ermənilərə sərt cavab verdi
26 Noyabr 2026 15:07
Slovakiyanın Baş prokuroru Azərbaycandadır - Fotolar
26 Noyabr 2026 15:02
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
25 Noyabr 2026 19:03
Hacıqabulda 62 yaşlı kişi öldürüldü - Kürəkəni tutuldu
25 Noyabr 2026 18:57
Niyazi Bayramov vətəndaş qəbulu keçirdi - Fotolar
25 Noyabr 2026 18:40
Avropa Parlamentinin yeni hesabatları - Sülhə niyə mane olurlar?
25 Noyabr 2026 18:37
“Bravo” supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi - Fotolar
25 Noyabr 2026 18:36
Biləsuvarda iri fermer təsərrüfatlarına və emal müəssisələrinə baxış keçirildi - Fotolar
25 Noyabr 2026 18:32
Tacikistan MN-in nümayəndələri ölkəmizdə - Foto
25 Noyabr 2026 18:28
Paytaxtda avtobuslar üçün xüsusi svetofor istifadəyə verildi
25 Noyabr 2026 18:27
Azərbaycanda yeni Mərkəz yaradılır - Fərman
25 Noyabr 2026 16:18
400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb olunub
25 Noyabr 2026 16:17
DTX-nin Hərbi-Tibb baş idarəsində təlim keçirildi - Fotolar
25 Noyabr 2026 14:48
IV “Maarifçi” tələbə-məzun proqramı yekunlaşdı - Fotolar
25 Noyabr 2026 14:43
Əli Əsədov Maka Boçorişvili ilə görüşdü - Foto
25 Noyabr 2026 14:42
Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
25 Noyabr 2026 14:40
Azərbaycanda yeni Mərkəz yaradılır - Fərman
25 Noyabr 2026 14:37
Prezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar
25 Noyabr 2026 13:49
İş yoldaşının boyunbağısını oğurlayıb lombarda qoydu
25 Noyabr 2026 12:28
İmzaladığı 50-yə yaxın Fərman - Ləğv edildi
25 Noyabr 2026 12:11
Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə bərabər 15 nəfər ittiham edilir
25 Noyabr 2026 12:08
“Azərsun Holdinq”in istehsalat müəssisələrinə birgə infotur - Fotolar
25 Noyabr 2026 12:07
Bu ərazilərə qar yağır
25 Noyabr 2026 12:05
Hava soyuyur - FHN-dən xəbərdarlıq
24 Noyabr 2026 16:44
Çağırışaqədərki hazırlıqla bağlı yeni qaydalar...
24 Noyabr 2026 16:36
Azərbaycanlı güləşçiyə ağır cəza
24 Noyabr 2026 16:05
İlham Əliyev: Azərbaycan və Türkiyənin layihələri Avrasiya regionunun bağlantı xəritəsini yenidən tərtib etdi
24 Noyabr 2026 16:01
Yol göstərməliyik ki, təhsili olmayan övladını işə cəlb etməsin!
24 Noyabr 2026 15:03
Türkiyədə sabiq nazir ev dustaqlığına buraxıldı
24 Noyabr 2026 14:59
ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi
24 Noyabr 2026 14:31
Sabah bütün sosial ödənişlərin verilməsi yekunlaşacaq
24 Noyabr 2026 14:27
İlham Əliyev Trampa təşəkkür edib
23 Noyabr 2026 16:37
BYD-nin Avropada satış və istehsalı qadağan edildi
23 Noyabr 2026 16:32
Sabah hava necə olacaq?
23 Noyabr 2026 16:16
“2 TIR mal yolda olarkən sənədləri saxtalaşdırdılar” - İş adamı ortağından şikayətçidir
23 Noyabr 2026 16:10
Ada ilə qəzada həlak olan şəxs iş adamının oğlu deyil
23 Noyabr 2026 16:07
Baş prokuror paytaxtın Binəqədi rayonunda vətəndaşları qəbul edib
23 Noyabr 2026 15:55
DYP-dən blogerin sükan arxasındakı görüntülərinə münasibət - Video
23 Noyabr 2026 15:51
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - Sərəncam
23 Noyabr 2026 15:48
Prezident qəbul keçirdi - Fotolar
23 Noyabr 2026 15:45
Azərbaycan Respublikası Prezidentinin - Sərəncamı
23 Noyabr 2026 15:40
Gələn il Azərbaycan-İtaliya görüşü nəzərdə tutulur
23 Noyabr 2026 15:36
Qurban Qurbanov 900-cü oyununu keçirdi
23 Noyabr 2026 15:25
Ədliyyə Nazirliyinin əməkdaşları arasında şahmat turniri keçirilib
23 Noyabr 2026 15:23
Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı
23 Noyabr 2026 14:23
Polis Akademiyasının komandası Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında - 1-ci yer tutub
23 Noyabr 2026 14:19
Baş Prokurorluğun nümayəndəsi kritik infrastrukturun kibertəhlükəsizliyinə həsr olunmuş beynəlxalq seminarda iştirak edib
23 Noyabr 2026 14:15
Kürdə və Qudyalçayda batan şəxslərin axtarışları davam edir
23 Noyabr 2026 14:11
Bu yolda cərimələnə bilərsiniz - Nişanlar dəyişdirilib
23 Noyabr 2026 14:03
“Müxalifət Azərbaycan, Türkiyə və Gürcüstana ərazi iddiası irəli sürür” - Rubinyan
20 Noyabr 2026 20:43
BMT-də islahat və enerji təhlükəsizliyi: Şençjen sənədində Bakı üçün önəmli məqamlar
20 Noyabr 2026 19:20
ƏN-nin PX-nin 15 saylı CÇM-də müasir peşə hazırlığı mərkəzi istifadəyə verilib
20 Noyabr 2026 19:12
Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul edib - Fotolar
20 Noyabr 2026 19:06
Yasamal ictimaiyyəti YAP-ın 34 illiyini qeyd edir - Fotolar
19 Noyabr 2026 14:38
Zəfərdən sonra bu rayon 8 dəfə böyüyüb
19 Noyabr 2026 14:29
İlham Əliyev Vyetnama gedəcək
19 Noyabr 2026 14:22
Dünənin Xəbərləri
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
25 Noyabr 2026 19:03
Hacıqabulda 62 yaşlı kişi öldürüldü - Kürəkəni tutuldu
25 Noyabr 2026 18:57
Niyazi Bayramov vətəndaş qəbulu keçirdi - Fotolar
25 Noyabr 2026 18:40
Avropa Parlamentinin yeni hesabatları - Sülhə niyə mane olurlar?
25 Noyabr 2026 18:37
“Bravo” supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi - Fotolar
25 Noyabr 2026 18:36
Biləsuvarda iri fermer təsərrüfatlarına və emal müəssisələrinə baxış keçirildi - Fotolar
25 Noyabr 2026 18:32
Tacikistan MN-in nümayəndələri ölkəmizdə - Foto
25 Noyabr 2026 18:28
Paytaxtda avtobuslar üçün xüsusi svetofor istifadəyə verildi
25 Noyabr 2026 18:27
Azərbaycanda yeni Mərkəz yaradılır - Fərman
25 Noyabr 2026 16:18
400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb olunub
25 Noyabr 2026 16:17
DTX-nin Hərbi-Tibb baş idarəsində təlim keçirildi - Fotolar
25 Noyabr 2026 14:48
IV “Maarifçi” tələbə-məzun proqramı yekunlaşdı - Fotolar
25 Noyabr 2026 14:43
Əli Əsədov Maka Boçorişvili ilə görüşdü - Foto
25 Noyabr 2026 14:42
Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
25 Noyabr 2026 14:40
Azərbaycanda yeni Mərkəz yaradılır - Fərman
25 Noyabr 2026 14:37
Prezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar
25 Noyabr 2026 13:49
İş yoldaşının boyunbağısını oğurlayıb lombarda qoydu
25 Noyabr 2026 12:28
İmzaladığı 50-yə yaxın Fərman - Ləğv edildi
25 Noyabr 2026 12:11
Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə bərabər 15 nəfər ittiham edilir
25 Noyabr 2026 12:08
“Azərsun Holdinq”in istehsalat müəssisələrinə birgə infotur - Fotolar
25 Noyabr 2026 12:07
Bu ərazilərə qar yağır
25 Noyabr 2026 12:05
Köşə
kriminal
Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
1 Sentyabr 2026 13:09
Böyükağa Abdullayev
Meşələrdə itib-batan milyonlar – Nazirliyin odunçuluq biznesi
17 Noyabr 2023 15:35
Böyükağa Abdullayev
Çörəyin Ucuzlaşması Onun Çəkisinə və Keyfiyyətinə Təsir Göstərməməlidir - TƏHLİL
1 Noyabr 2023 9:51
Gülşən Məmmədoğlu
Rusiya üçün Ermənistana sahiblənməkdən daha önəmli olan nədir?
22 Oktyabr 2023 14:20
Kamal Əliyev
Ermənistan 3+3 formatına razılaşır?
20 Oktyabr 2023 12:10
Kamal Əliyev
Paşinyan Meğri məsələsində güzəştə gedəcəkmi?
18 Oktyabr 2023 14:57
Rəşad Ergün
Rövnəq Abdullayev, milli komanda və "peraşki"
18 Oktyabr 2023 12:29
Ələddin Rüstəmli
İsrail-Fələstin münaqişəsində haqlı tərəf hansıdır?
12 Oktyabr 2023 22:13